Təxminən 9 il əvvəl idi. Avropaya ilk səfərimdi, rəfiqəmlə Almaniyaya iki həftəliyə gəlmişdik. O zaman həm də çox gənc idik, deyib-gülən, həvəsli qızlar. Bol-bol da boş vaxtımız vardı, rəhmətlik “Toy olsun” verilişinin aparıcıları demişkən, geyinib-keçinib, şəhərə çıxırdıq, gəzirdik.