Keçid linkləri

Təcili xəbərlər

Zibil – mühacir


Səfalətin xəritəsi...

Dünyada zibillik şəhərlərin movcud olduğundan xəbəriniz var idimi? Mənim son vaxtlara qədər xəbərim yox idi. Tulladığım zibil barədə isə çox bəsit təsəvvürə malik idim. Qafqazda düşünürdüm ki, hamısı yandırılır. Avropada düşünürdüm ki, bio çürüyür, metal, plastik, kağız yenidən emal edilir. Amma hər şey dəhşətli dərəcədə başqa cürə imiş.

Dünyada bu zibillərin arıtlaınb, yenidən emala göndərildiyi zibillik şəhərlər varmış.

Ötən əsrin yetmişinci illərində Avropa və ABŞ artıq öz tullantılarının öhdəsindən gələ bilmir.

Əvvəldən başlayaq. Ötən əsrin yetmişinci illərində Avropa və ABŞ artıq öz tullantılarının öhdəsindən gələ bilmir. Xüsusilə, elektron zibillərin. Yəni köhnəlmiş soyuducu, kondisioner, qızdırıcı, kompüter, telefon kimi texnikanın öhdəsinən gəlmək mümkün olmur. ABŞ və Avropa fiziki və dövrü baxımdan sıradan çıxan elektron tullantıları nəhəng konteynerlərə doldurub, Afrika, Hindistan, Misir və sair (əsasən, insanların sosial rifahının aşağı olduğu ölkələr) ölkələrə təkrar emal üçün göndərməyə başlayır. Bu ölkələrdə işsizlik, kasıblıqdan əziyyət çəkən əhali bu bahalı zibili lütf kimi qəbul edir və onu sortlaşdırmağa başlayır.

Bir ton zibil, bir gün üçün 12-15 iş yeri deməkdir. Hindistanda Mumbaidəki Dxaravi qəsəbə-zibilliyində illik mal dövriyyəsi 650 milyon təşkil edir. Burda bir milyona yaxın insan hər gün zibillə işləyir. Arıtlayır, xırdalayır, yenidən emal edir. Bir milyondan çox insan zibilin içində doğulur, zibilin içində yaşayır, zibilin içində ölür. Ömürləri boyu onların çörəyi zibildən çıxır.

Onların uşaqları zibilliyin içindən çıxan oyuncaqlarla oynayır. Qadınlar üzlərinə zibillikdən çıxan kosmetikanı çəkir. Saxladıqları heyvanlar zibil yeyərək çəki artırır.

Misirdəki Zabbalin şəhərində vəziyyət daha acınacaqlıdır. Üfunət qoxuyan bu şəhərdə uşaqların, böyüklərin bütün bədənləri mikrob qaynayır. Çünki onları dünyaya bu zibilin içində böyüyən, orzaniqmləri zəhərlənmiş insanlar gətirir. Onların uşaqları zibilliyin içindən çıxan oyuncaqlarla oynayır. Qadınlar üzlərinə zibillikdən çıxan kosmetikanı çəkir. Saxladıqları heyvanlar zibil yeyərək çəki artırır. Ev əşyaları, paltarları da zibillikdən çıxanlardan düzəlir. Bu şəhərdə hətta zibil alveri edən zibil baronları, zibil kralları da var. Şəhər o qədər çirkli, qoxulu və xəstəlik doludur ki, bura polis belə gəlmir. Şəhər əhalisi baş verən kriminalın öhdəsindən ağsaqqalların köməyi ilə gəlir. Bütün günü dəriləri zibillə təmas edən insanlar bəzən çarəsiz dəri xəstəliyinə tutulur, bədənlərinin ya bütünü, ya bir hissəsi çürüyür.

Afrika. Gana. Aqmoqbloşi şəhəri. Cəmi on il əvvəl bu şəhərdə yaşıl otlaqlar, ağaclar olub, bol sulu çaylarda balıqlar üzüb, göylərində quşlar uçub. İndi bu şəhərə cəhənnəm qapıları deyirlər. Hər ay bu şəhərə 800-1000 konteyner elektron zibil gətirilir. Şəhər əhalisi bu zibilin hesabına yaşayır və bu zibilin ucbatından ölür. Zibilliklərdə sındırılan, yandırılan, arıtlanan elektron texnikadan yayılan civə, qurğuşun və digər zəhərli maddələr onu sortlaşdıran adamların orqanizmlərini zəhərləyir. Burda otlar, ağaclar quruyub, çayların suyu çəkilib, balıqlar, quşlar yoxa çıxıb. İnsanların orta yaş həddi 30 yaşa düşüb. Şəhərdə qoca adam daha yoxdur. İnsanlar qocalana qədər qalmır. Bəzən insanlar bu nəhəng zibillikdə yoxa çıxır. İtkin düşür və heç kim onları axtarmır.

Cızılan əllərindən, qollarından qanlarına keçən infeksiyalar, beyinlərini, ciyərlərini, böyrəklərini sıradan çıxaran zəhərli tüstülər bəzən 18, 25 yaşına çatmamış onların canını alır.

Bu şəhərdə uşaqlar məktəbdən qayıdıb, böyük kisələr götürür və zəhər qaynayan zibilliyə dalaraq, sata biləcəkləri metalı toplayırlar. Cızılan əllərindən, qollarından qanlarına keçən infeksiyalar, beyinlərini, ciyərlərini, böyrəklərini sıradan çıxaran zəhərli tüstülər bəzən 18, 25 yaşına çatmamış onların canını alır.

Bütün dünyada 70-ə yaxın zibillik-şəhər var. Milyonlarla insan bu ziblin içində doğulur, böyüyür, ölür.

Bütün bunlar niyə baş verir? Ona görə ki, biz telefonumuz köhnəlməmiş yenisini almaq istəyirik. Ona görə ki, son model komputer, son model telefon, son model televizor, son model kondisioner bizim həyat hədəfimizə çevrilib. Ona görə ki, guya çox təmizkarıq, guya çox steril adamlarıq kimi marketdə 15-20 dənə sellofan torba götürürük, ona görə ki, paltarlarımız köhnəlməyə macal tapmır, qarderobumuz az qala hər həftə təzələnir.

Keçid dövrü yadıma düşür. Sellofan torbalar hələ belə çox deyildi. İnsanlar qəzeti oxuyandan sonra dürgək düzəldib, alma, kartof, konfet alanda bu dürgəklərə doldururdular.

Keçid dövrü yadıma düşür. Sellofan torbalar hələ belə çox deyildi. İnsanlar qəzeti oxuyandan sonra dürgək düzəldib, alma, kartof, konfet alanda bu dürgəklərə doldururdular. Sonra təndirə atıb, ocağı alışdırırdılar. Bir ətək köhnələnə qədər geyinilirdi, bir yanı cırılandan sonra döşəkcə üzü olurdu, süzülüb gedəndən sonra süfrə əskisinə çevrilirdi. Corablar yamanırdı, bir balonda az qala otuz il turşu tutulurdu, bir plastik qab illərlə işlənirdi.

Maddi rifah yüksəldikcə, biz harınlaşdıq, bu maddi rifahı sadəcə daha çox zibil istehsal eləməyə xərclədik.

Halbuki dünyadakı o yetmiş zibil şəhərlərin sayı ildən ilə artacaq. Bizə çatmasa da, bir gün övladlarımızın burnunun dibində olacaq o şəhərlər, balalarımız o zəhərli havanı udacaq.

Bütün bunlar doğrudan da çox kədərlidir.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG