Keçid linkləri

Təcili xəbərlər

Niyə metroda öpüşmək olmaz?


Dünən Azərbaycan iki hadisə ilə diqqətimi çəkdi. Azərbaycan jurnalistlərindən biri metroda başına gələnləri təsvir etmişdi. Deməli, iki övladı ilə metroya minən ata qarşıda oturmuş 16-17 yaşlı cütlüyün öpüşmək istədiyini görür.

Bu mənzərənin iki azyaşlı uşağının (hərçənd, öpüşmək istəyənlər də azyaşlı imiş) gözləri qarşısında baş verməyini həzm edə bilməyən ata əsəbiləşir, yeniyetmələrə təpik vurur, onlara “eşşəklər, qabağınızda balaca uşaqlar oturub” deyə bağırır, stansiyada qapı açılanda gəncləri qatardan zorla çıxarır.

İkinci hadisə bu idi ki, rayonlardan birində 30 yaşlı ata 7 yaşlı uşağının başını çəkiclə yararaq, qətlə yetirib.

Bu iki xəbər iki ayrı yerdə baş versə də, hadisələrin “qəhrəmanları” ayrı adamlar olsalar da, əslində, bu iki hadisə arasında olduqca yaxın və sıx əlaqə vardı.

Bu iki xəbər iki ayrı yerdə baş versə də, hadisələrin “qəhrəmanları” ayrı adamlar olsalar da, əslində, bu iki hadisə arasında olduqca yaxın və sıx əlaqə vardı.

Avropa ölkələrinin bir çoxunda uşaqların gözləri önündə mübahisə edən, bir-birinə fiziki və ya psixoloji şiddət tədbiq edən, ümumiyyətlə azyaşlı övladını hər hansı şiddət olayına şahid olmaqdan qoruya bilməyən valideynlər ata-analıq hüququndan məhrum edilir. Çünki zorakılıq, aqressivlik gələcək şəxsiyyətin psixologiyasını, əsəblərini korlayan, ona sağalmaz mənəvi yaralar, zədələr vuran amillərdən biri hesab olunur və hər bir haminin, valideynin bilavasitə borcudur ki, himayəsində olan azyaşlını zorakılıq olaylarından qorusun.

Bu cəmiyyətlərdə zorakılıq toplum tərəfindən pislənilir, zorakılıqdan qorxulur. Belə cəmiyyətlərdə insanlar yaşlı analarını, balaca uşaqlarını, əsəbləri zəif ailə üzvlərini, hamilə qadınlarını, həddən artıq emosional yaxınlarını zorakılıqdan, şiddətdən, aqressivlikdən uzaq tutmağa çalışırlar. Bu cəmiyyətlərdə sevdiyini zorakılıqdan uzaq tutmaq qayğının bir növüdür.

Öpüş, sevgi nümayişi isə sıradan davranış hesab olunur və ata uşaqlarının, valideynlərinin gözü qarşısında həyat yoldaşını öpməkdən çəkinmir. İctimai nəqliyyatda öpüşənləri görəndə bu cəmiyyətlərin nümayəndələri gülümsəyir ya da cütlükləri iqnor edirlər. Çünki, sevgi qorxulu deyil, sevginin təhlükəsi ola bilməz. Sevgi nümayişi görən insan isə normal psixologiyaya sahibdirsə, bundan qəzəblənə, pis ola, stress yaşaya bilməz.

Buna görə də, normal cəmiyyətlərdə sevgi nümayişi sərbəst, zorakılıq nümayişi isə qadağandır. Sevgi təhlükəsiz, zorakılıq isə çox təhlükəlidir.

Buna görə də, normal cəmiyyətlərdə sevgi nümayişi sərbəst, zorakılıq nümayişi isə qadağandır. Sevgi təhlükəsiz, zorakılıq isə çox təhlükəlidir.

Bu gün bir atanın oglunun, qızının gözü qarşısında sevgililərə təpik vurmağı, sonra da bu hərəkətini qəhrəmanlıq edibmiş kimi fəxrlə nağıl etməyi o dəqiqə diqqətimi öz 7 yaşlı balasının başını kəsən kişiyə çəkdi. Və düşündüm ki, bu uşaq, övlad qatili də, “uşağının tərbiyəsi pozulmasın deyə” metroda öpüşənləri təpikləyən ata da əslində eyni adamlardır. Zorakılığı normal, yeniyetmələri təpikləməyi normal, gəncləri təhqir etməyi normal, qəbuledilən, amma sevgini, öpüşməyi ədəbsizlik, əxlaqsızlıq sayan toplumda bu “ədəbli” ataların “qatil” atalara çevrilmələri an məsələsidir.

İnsanların gözü qarşısında 4 azyaşlıya aqresivlik göstərən bir insan üçün sabah o azyaşlının başını kəsmək də çox asandır.

İnsanların gözü qarşısında 4 azyaşlıya aqresivlik göstərən bir insan üçün sabah o azyaşlının başını kəsmək də çox asandır.

Ən pisi isə odur ki, metrodakı o səhnəyə şahid olan iki övlad. Ataları tərbiyələri pozulmasın deyə zorakılığa əl atan iki övlad da sabah rahatca qatil ola, baş kəsə bilər. Çünki atası uşaq vaxtı ona göstərib ki, sevgi qadağandır, əxlaqsızlıqdır, zorakılıq isə qanunidir, qəbulediləndir. Çünki ataları bu hərəkəti edəndə metro qatarı dolusu insanlar öpüşmək istəyən gənclərin yox, onların atalarınını tərəfində olub.

Və nə qədər ki toplum sevginin yox, zorakılığın, öpüşməyi yox, təpik atmağın, nəvazişin yox, təhqir etməyin tərəfindədir, biz hələ mətbuatdan qətl haidsələrini çox, çox, çox oxuyacağıq.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG