Valideynlərimi çıxmaq şərtilə, sual verdiyim ilk insan hərbçi olub. Rusiyada yaşayırdıq, mən də ikinci ya üçüncü sinifdə oxuyurdum, balaca, arıq, civirtdək bir qız idim, civə kimi qaynayırdım. Günlərin bir günü məktəbimizdə dedilər ki, uşaqların maraqlı insanlarla görüşünü təşkil ediblər. Aralarında müxtəlif peşələrdən insanlar vardı, hərəsi öz hayatından, gördüklərindən, işindən bu yaşda məktəblilər üçün maraqlı olacaq şeylər danışırdılar.
Bu rus hərbçisi mənim həyatda gördüyüm ilk və son maraqlı hərbçi oldu. Ya mən böyüyüb, həmişə elə hərbçilərlə ünsiyyətdə oldum ki, adətən maraqsız, savadsız, kobud olduqları qənaətinə gəldim, ya da bəlkə böyük əksəriyyəti belədir, bilmirəm.
Nə danışdığı yadımda olmasa da, dəqiq yadımdadır ki, mənə ən maraqlı gələn hərbçinin danışdıqları oldu. Yerimdən durub, ona sual da verdim. O da cavab verəndən sonra mənə çoxlu kitab oxumağı, kitab oxusam çox şey biləcəyimi məsləhət gördü və yenə də maraqlı nələrsə danışdı. Bu rus hərbçisi mənim həyatda gördüyüm ilk və son maraqlı hərbçi oldu. Ya mən böyüyüb, həmişə elə hərbçilərlə ünsiyyətdə oldum ki, adətən maraqsız, savadsız, kobud olduqları qənaətinə gəldim, ya da bəlkə böyük əksəriyyəti belədir, bilmirəm.
Sadəcə onu bilirəm ki, uşaq vaxtı olsa da, həyatda maraqlı ola biləcək, ağıllı məsləhətlər verə biləcək heç olmasa bir nəfər hərbçi görmüşəm.
Bu yaxınlarda sosial şəbəkələrdə dostluğmda olan bir aktyorun səhifəsində filmdən paylaşım gördüm. Filmin nə olduğuna baxdım. Azərbaycanın Milli Qəhrəmanı İbad Huseynov barədə yerli istehsal olan bədii film.
Maraqlı, ağıllı hərbçi barədə xatirəmi nahaq yerə danışmadım. İbad Huseynov - Azərbaycanda qəhrəmanlıq, döyüşkənlik, şücaət rəmzi olan bu adam barədə heç bir fikrim yoxdur. Mən pasifist adamam, insanın müharibədə neçə adam öldürməyi, öldürdüyü adam rəqib tərəf, düşmən tərəf olsa da qəlbimi riqqətə gətirmir. Bununla yanaşı, heç bir ittihamım və ya etirazım da yoxdur, müharibə müharibədir və qarşı-qarşıya dayanmış iki adamdan hansısa tez tərpənib atəşi birinci açmalıdır.
Məsələ başqa şeydir. Gənclərin qəhrəmanlıq, şücaət simvolu olan İbad Hüseynovun dəfələrlə çıxışının şahidi olmuşam. Bir dəfə də olsun bu insandan bir maraqlı söz, fikir eşitməmişəm. Savad yox, bilgi yox, danışıq qabiliyyəti yox, hərəkətlər, davranış ancaq daha yaxşısına ümid etməyə çağırır. Yenə də deyirəm, heç bir iradım yoxdur, İbad niyə də daha savadlı olmalı və ya daha maraqlı danışmalıdır ki...
Məni üzən şey odur ki, aktyora baxırsan, cavandır, yaxşı da aktyordur, aktyor kimi xarizması, yapışıqlığı öz yerində. Adamın könlündən keçir ki, onda bir az da dərinlik olsun, maraqlılıq olsun, insan kimi də boş olmasın, xarakterə, duruşa sahib olsun.
Məni üzən şey odur ki, aktyora baxırsan, cavandır, yaxşı da aktyordur, aktyor kimi xarizması, yapışıqlığı öz yerində. Adamın könlündən keçir ki, onda bir az da dərinlik olsun, maraqlılıq olsun, insan kimi də boş olmasın, xarakterə, duruşa sahib olsun. Amma indidən bu aktyoru aparıb insan kimi, xarakter kimi heç bir üstünlüyü olmayan bir şəxsiyyətin roluna çəkirlər. Nə aktyorda o fəhm var ki, baxsın desin ki, mən bu adamı axı niyə oynamalıyam, nə də rejissorda insaf var ki, İbad roluna aktyor yox, idmançı, döyüşçü, kaskadyor çəksin.
Mən həmişə azərbaycanlı aktyorların halına yanmışam. Həmişə ürək ağrısı ilə yanaşmışam onlara. Hərdən Qurban Ələkbərov, Ayşad Məmmədov, Abbas Qəhrəmanov, Zemfira Əbdülsəmədova və indi adları yadıma düşməyən aktyorlara baxıram, göstərdikləri peşəkarlığa baxıram, səhnəyə ya ekrana yaraşmaqlarına baxiram və düşünürəm ki, niyə bu yaşda tanımışıq biz onları? Bəs cavanlıqlarında harda olublar, niyə görməmişik, görsək də heç bir təsir etməyib, yadımızda qalmayıblar bu aktyorlar...
Onların hamısınını bir düşməni, bir uğursuzluğu olub. Dayaz rejissorlar. Dayaz ssenarilər. Dayaz rollar, dayaz xarakterlər. Dayaz yanaşma tərzi. Rolu, oynadığı əsəri anlamaq istəyinin olmaması. Çox aktyor heç vaxt cəhd edə eləməyib oynadığı rolu, əsəri anlasın, analiz etsin, öz xarakterini götür-qoy eləsin, ağlında onunla söhbət etsin. Belə istəyi, bacarığı olanlar da rejissorun, ssenaristin eqosuna tabe olmalı olublar. Mən inanmıram ki, bizdə hansısa rejissor baş rol ifaçısını götürsün özü ilə aparsın bir kafeyə, ya təbiət qoynuna, ya gəzintiyə, saatlarla aktyorun oynayacağı personajdan danışsın, müzakirə etsinlər, mübahisə eləsinlər, fikir mübadiləsi aparsınlar, nəsə bir qənaətə gəlsinlər rolla, situasiya ilə bağlı. Ekrana, səhnəyə baxanda elə başa düşürsən ki, hə bu yerdə rejissor aktyora, aktrisaya “ağla” deyib, o da ağlayıb, “burda hirslən” deyib, o da yumruğunu sıxıb. Nə müzakirə, nə xarakteri açmaq, nə yaşamaq, nə çevrilmə, nə zad...
Qonorarları qəpik-quruş, rejissor gedir nazir müavininə yaltaqlanmaq üçün onun pyesini qoyur, aktyoru mənasız pyeslərdə oynadır, qaz idarəsinin direktorundan pul alıb tamaşa qoyur, yazıq aktyor bu vulqarlıqda iştirak etməlidir, bir deyil, iki deyil dərd...
Qonorarları qəpik-quruş, rejissor gedir nazir müavininə yaltaqlanmaq üçün onun pyesini qoyur, aktyoru mənasız pyeslərdə oynadır, qaz idarəsinin direktorundan pul alıb tamaşa qoyur, yazıq aktyor bu vulqarlıqda iştirak etməlidir, bir deyil, iki deyil dərd...
Bu yaxınlarda “Pərdə” filminə baxdım. Baş rollardan birinin ifaçısı olan Azər Aydəmirovu başqa filmlərdə də görmüşdüm. Mənə elə gəlirdi ki, bu adam ancaq boy-buxunun, yaşıl gözlərin hesabına aktyordur. Amma “Pərdə” filmində rejissor Azərlə necə işləmişdisə, adama elə gəlirdi aktyor ekrana yapışıb. Aktyoru yox, problemi, vəziyyəti görmək olurdu birbaşa. Deməli, mümkündür. Deməli bir-bir gəncliyini, istedadını, ümidlərini, gələcəyini xərcləyib adsız, şöhrətsiz qocalan bu aktyorların bacarığı var, potensialı var, sadəcə ölkədə nə normal kino istehsalat yoxdur ki, onlar inkişaf etsinlər, nə də onları işçi, fəhlə kimi deyil, xarakter, aktyor kimi görən rejissorlar...
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.