Keçid linkləri

Təcili xəbərlər

Zəhərlənmiş körpələrimiz...


passive smoking children
passive smoking children

Üç il əvvəl Berlindən Tbilisiyə qayıdanda, ilk yaşadığım ziddiyyətlərdən biri, bizə qonaq gələnlərin çoxunun evdə rahatca siqaret yandırması idi. Bir il ərzində Berlində qonağımız olan almanlar mənə Qafqazın bəzi gerçəklərini yadırğatmışdı. Onu da yadırğatmışdılar ki, evdə, qapalı otaqda siqaret çəkmək burda normal hal sayılır. Avropada isə bütün qonaqlar siqareti hansı balkonda, ya evdən çıxıb çəkə biləcəklərini soruşurdular. Həmçinin, gecə məhz alkohol, siqaret, əyləncə üçün nəzərdə tutulmuş istirahət məkanları xaric, kafe-restoranlarda siqaret çəkən adamlara rast gəlmək mümkün deyildi. Bir il ərzində buna o qədər öyrəşmişdim ki, Tbilisidə ilk günlər evdə, otaqda siqaret çəkən qonaqlar özümü naqolay hiss etməmə səbəb olurdular.

Təbiətən kaprizli adam olmadığımdan, tez də öyrəşdim, bir şərtlə ki, bunu uşaq olan otaqda etməsinlər, pəncərəni mütləq açsınlar və s.

...məni və yeni doğulmuş oğlumu görməyə gələn atam 3 aylıq oğlumun yanında siqaret alışdıranda, dəhşətə gəldim. Tez uşağı başqa otağa apardım, ona dedim ki, neynirsən, körpənin yanında da siqaret çəkərlər. Məndən bərk incidi.

Ora məni və yeni doğulmuş oğlumu görməyə gələn atam 3 aylıq oğlumun yanında siqaret alışdıranda, dəhşətə gəldim. Tez uşağı başqa otağa apardım, ona dedim ki, neynirsən, körpənin yanında da siqaret çəkərlər. Məndən bərk incidi. Yadıma düşdü ki, atam bütün uşaqlığımız boyu biz olanda siqaret çəkib, evə gələn kişilər (bəzən beş-altı nəfər) bizim, 6-7-8 yaşlı uşaqların yanında siqaret çəkiblər. Yadıma düşdü ki, uşaqlıqda bəzən otaqda nəfəs ala bilmirdik, soba bircə otaqda yandığına görə qışda başqa otaqlara da keçə bilmirdik, gecə yarısına qədər domino oynaya-oynaya siqaret çəkilən otaqda boğula-boğula qalırdıq.

Bir ailə deyildi, iki deyildi, qohum-qonşuda bütün ailələr belə idi. Evdə, uşaqların yanında siqaret çəkmək, otağı tüstü-dumanla doldurmaq normal sayılırdı, ev sahibi özü bir az qanan adam çıxıb, öz uşaqlarının yanında siqaret çəkməsə də, otaqda siqaret alışdıran qonağa “çıx, balkonda, eyvanda çək” demək ayıb sayılırdı. Nəticədə olan uşaqlara olurdu, astma, bronxit, siqaretə meyl, oğlan uşaqlarının siqaret çəkən kişilər kimi böyük, ciddi görünmək istəyi, kötük yığıb gizlicə çəkmə vərdişləri...

Düşünürdüm ki, bu problemlər artıq geridə qalıb. Fikirləşirdim ki, insanlarımız yəqin daha körpələrin, balacaların yanında siqaret çəkmirlər. Axı indi sovet vaxtı deyil ki, yüzlərlə sosial reklam çəkilib bu mövzuda, başqa insanların xüsusilə də uşaqların yanında siqaret çəkməyin onlara verdikləri zərər barədə nə qədər verilişlər hazırlarnır.

Amma sosial şəbəkələrdə müşahidə eləyirəm ki, bu problem hələ də bütün ölkədə, xüsusilə regionlarda aktualdır. İnsalar evlərindən, qonaq otaqlarından çəkilmiş foto paylaşırlar, fotoda azyaşlı uşaqlar və onların yanında siqaret çəkən ata və ya kimsə.

Amma sosial şəbəkələrdə müşahidə eləyirəm ki, bu problem hələ də bütün ölkədə, xüsusilə regionlarda aktualdır. İnsalar evlərindən, qonaq otaqlarından çəkilmiş foto paylaşırlar, fotoda azyaşlı uşaqlar və onların yanında siqaret çəkən ata və ya kimsə. Bu şəkillərə şərh yazanlar nadir hallarda bu detala fikir verir, belə dəhşətli hərəkəti qınayırlar. Sanki siqaret tüstüsünü səhhəti, bədəni, orqanizmi kövrək məxluqların üzünə üfürmək, onlara bu tüstütən, bu zəhərdən daddırmaq, o kövrək orqanizmləri zəhərləmək adi haldır.

Əlbəttə, ailə, uşaq məsələləri ilə məşğul olan qurumların da laqeydliyi bu məsələyə təsir edir. Normal öılkələrdə siqareti qapalı otaqda, uşağın yanında çəkən valideynlərdən tutub alarlar, qalar mələyə-mələyə. Həmçinin, cəmiyyətdə belə şeylərə qarşı qınağın olmaması da vacib amildir. Hamı fikirləşir ki, öz uşağıdır, mənə nə. Yazıq körpələr qalıb vəhşilərin əlində. Hələ körpə ikən minlərlə siqaretin tüstüsünü udmağa məhkumdurlar.

Mən ədəb, əxlaq dərsi keçməkdən uzağam. Siqaretə, içkiyə qarşı da kifayət qədər açığam. Məsələn, indi alkoqol qəbul edə bilmirəm, ilk stəkan pivə içəcəyim günü səbirsizliklə gözləyirəm. Öz orqanizmi, öz rasionu ilə bağlı qərar vermək hər bir insanın öz haqqıdır və bu qətiyyən əxlaq məsələsi deyil.

Körpənin yanında siqaret çəkmək artıq əxlaq məsələsidir. Çünki sən onu öz bədəninə vurduğun zərərə şərik edir, bu zərəri ona da vurursan.

Amma yetkinlik yaşına çatan adamda. Amma o halda ki, azyaşlını özümüzə rəva bildiyimiz bu zəhərə şərik çıxarmayaq. Körpənin yanında siqaret çəkmək artıq əxlaq məsələsidir. Çünki sən onu öz bədəninə vurduğun zərərə şərik edir, bu zərəri ona da vurursan. Körpənin yanında sərxoş olmaq, aqressivlik və ya qeyri-adekvat hərəkət etmək artıq əxlaq məsələsidir – sən uşaq psixologiyasına bəlkə də heç vaxt silinməyəcək zədə vurursan.

Sivil dünya artıq ictimai, hamının sıx oturduğu, dayandığı, nəfəs aldığı yerlərdə siqaret çəkmək qadağasını qəbul edib. Artıq hər hansı bir kafedə siqaret çəkilirsə, girişdə müştərilərə xəbərdarlıq edilir. Yəni burda sənin orqanizminə təhlükə var. Bu təhlükəni nəzərə alırsansa, qəbul edirsənsə, elə keç içəri. Qəbul etmirsənsə, biz sənə xəbərdarlığımızı edirik, get, rahat nəfəs ala biləcəyin yerdə otur.

Çünki bütün dünya hər bir insanın sağlam yaşamaq haqqına hörmət və diqqətlə yanaşmağın vacibliyini anlayır. Biz isə hələ də körpələrimizin dərdini çəkirik...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG