Keçid linkləri

Təcili xəbərlər

Ana dili davası


Uzaqdan başlayaq. Bu günlərdə yaşadığım ölkədə qaçqın statusu ilə yaşayan bir kürd gənc dedi ki, burda yaxınlıqda bir qəsəbə var və orda 300-dən artıq kürd ailə yaşayır. Kommunadan kürd ailələrinə belə bir bildiriş gəlib: “əgər kürd ailələri ana dillərində məktəb və ya dərs saatları istəyirləsə bunu müraciət şəklində kommunaya yazsınlar və kommuna bu istiqamətdə fəaliyyətə başlasın”.

“Baba, vəli yevrupada kürd dili nəmənə gərəkdi? Kürdücə evdə ata-ana danışır da. Uşaq buranın dilində məktəb oxusun ki, sonra yaxçı işi olsun, betər integraşonu olsun (yəni yaxşı inteqrasiya etsin)”

Amma kürd ailələri bu tələbi irəli sürməyiblər. Kürd gənc (İran kürdlərindəndir və güney azərbaycan şivəsində gözəl danışır) bu istəksizliyin səbəbini belə izah edirdi: “Baba, vəli yevrupada kürd dili nəmənə gərəkdi? Kürdücə evdə ata-ana danışır da. Uşaq buranın dilində məktəb oxusun ki, sonra yaxçı işi olsun, betər integraşonu olsun (yəni yaxşı inteqrasiya etsin)”.

Bir az yaxına gələk. Gürcüstanda 500 mindən çox etnik azərbaycanlı yaşayır. Rəsmi statistikaya görə, ölkə əhalisinin 7.5 faizi azərbaycanlılardır. Onların kompakt yaşadıqları rayonlarda demək olar ki, bütün məktəblər azərbaycan dilindədir. Təbii ki, gürcü dili saatları tədris edilməklə. Azərbaycan dilində mədəniyyət evləri, radio, yerli televiziyaları var, qəzetləri çıxır. Çox gözəl.

Bəs, bütün bunların müqabilində Gürcüstandakı soydaşlarımız necə yaşayır. Əvvəla, yüzdə biri gürcü dilində bir az danışa bilir. Orta məktəbi yaxşı bitirən olsa da, ali məktəblərə qəbul oluna bilmirlər, çünki gürcü dili saatları onların bu dili yetərincə öyrənməsi üçün kifayət etməyib. Dövlət qulluğunda çalışa bilmirlər – çünki dövlət dili olan gürcü dili bunun üçün şərtdir. Banklar onların gürcü dilini bilməməsindən istifadə edərək, kredit, ipoteka müqavilələrinə özlərinə sərf edən bəndlər artırırlar. İş məhkəməlik olanda da, banklar udur.

Tbilisi Yazarlar Evinin rəhbəri mənə dedi ki, bir dəfə də olsun, bir azərbaycanlı şair, yazıçı bura gəlib xahiş etməyib ki, kitabımın təqdimat mərasimini keçirək. Səbəb də budur ki, azərbaycan dilində yazır, bu dildə danışır, gürcü dilini də bilmirlər.

Gürcüstanın jurnalistika, mədəniyyət, ədəbiyyat sahəsində kifayət qədər yenilikçi, qeyri-millətçi insalar olsa, soydaşlarımız olan jurnalistlər, yazarlar, aktyorlar, musiqiçilər bu sahələrə, bu çevrələrə də düşə bilmirlər. Məsələn bir dəfə Tbilisi Yazarlar Evinin rəhbəri mənə dedi ki, bir dəfə də olsun, bir azərbaycanlı şair, yazıçı bura gəlib xahiş etməyib ki, kitabımın təqdimat mərasimini keçirək. Səbəb də budur ki, azərbaycan dilində yazır, bu dildə danışır, gürcü dilini də bilmirlər. Gürcü dilini yaxşı bilən, tərcümələr edən Oqtay Kazımovu isə bütün şair-yazıçı tayfası tanıyır, hörmət edir, sifarişlər verirlər.

İki il əvvəl Human Rigts House Tbilisi ofisi bir layihə başladı. Gürcüstanda yaşayan azərbaycanlı jurnalistlərə bu ölkədəki soydaşlarının həyatından, problemlərindən yazmağa imkan verən bir layihə idi. Ordakı azərbaycanlıların faciəvi problemləri üzə çıxdı. Məlum oldu ki, onlar gürcü dilini bilmədikləri üçün dövlət idarələrində pis vəziyyətə düşür, alçalır. Bacarıqları olsalar da, ancaq xidmət sektorunda ancaq ən qara işlərə sahib ola bilirlər. Bir dəfə bir azərbaycanlı jurnalistə şikayət etmişdi ki, Tiflis hamamlarında azərbaycanlıları ancaq xadimə, kisəçi kimi işə götürürlər. Kassada, adminitrasiyada mütləq gürcü işləməlidir. O bunu diskriminasiya kimi görsə də, əslində səbəb sadə idi, gürcü, rus, ingilis dilindən heç birini bilməyən etnik azərbaycanlı kassada otursa, tursitik yer olan hamam müştərilərinə necə xidmət göstərəcəkdi? Gürcü hamam sahibi olmasın, biz olaq, biz kassaya ölkəni öz dilini belə bilməyən bir adamı qoyarıqmı?

Gürcüstanda yaşadığım iki il ərzində gürcü dilini yaxşı bilən üç gənc tanıdım. Üçünün də əla işi, gəliri, gürcülər arasında hörməti, yaxşı dostları və əlaqələri vardı. Məhz gürcü dilini bildiklərinə görə.

Gürcüstanda yaşadığım iki il ərzində gürcü dilini yaxşı bilən üç gənc tanıdım. Üçünün də əla işi, gəliri, gürcülər arasında hörməti, yaxşı dostları və əlaqələri vardı. Məhz gürcü dilini bildiklərinə görə. İddia etmirəm ki, gürcülərdə millətçilik heç yoxdur. Var. Amma sən əvvəl gəl bu vətəndaşı olduğun ölkənin dilini öyrən, sonra o diskriminasiya ilə o dildə mübarizə apar.

İndi Gürcüstan azərbaycanlıları arasında yenilikçi gənclər arasında başqa dönüş başlayıb. Onlar orta məktəblərdə ana dillərinin tədrisinin məhdudlaşdırılmasını, gürcü dilinin daha çox tədris edilməsini istəyirlər. Çünki ağıllıdırlar. Gürcü dilin bilməməyin onlara necə pis təsir etdiyini illərdir ki, görürlər.

İndisə lap yaxına gələk. Bu günlərdə bir xeyli insanı qıcıqlandıran bir məqalə dərc olundu. Talışların ana dillərinə oxuyub-yazmaq istədikləri barədə. Məqalənin, ya da bir millətin öz dilində oxuyub-yazmaq istəyinin niyə qıcıq yaratması sualı qalsın bir yana. Bu da təbiidir ki, hər bir millətin öz dilində oxuyub-yazma istəyi də normaldır və hörmətlə qarşılanmalıdır. Mən sadəcə bu məqaləni oxuyanda, bir anlıq öz ana dillərində orta məktəb oxuyan talışların gələcəyini düşündüm.

Hazırda bütün talışlar ən az ikidillidir. Çünki orta məktəbi azərbaycan dilində oxumağa məcburdular və bu da dili mükəmməl öyrənmələrini qaçılmaz edir. Dövlət dili olan Azərbaycan dilində sərbəst yazıb-oxuya bilirlər.

Hazırda bütün talışlar ən az ikidillidir. Çünki orta məktəbi azərbaycan dilində oxumağa məcburdular və bu da dili mükəmməl öyrənmələrini qaçılmaz edir. Dövlət dili olan Azərbaycan dilində sərbəst yazıb-oxuya bilirlər. Dili yaxşı bildiklərinə görə də, ali təhsilə və ya iş yerlərinə qəbul zamanı diskriminasiya hallarının olmadığını özləri də təsdiq edirlər. Ali məktəb oxuyur, dövlət qulluğunda işləyir, rahat ünsiyyətdə olur, şair-yazıçıları azərbaycan dilində kitablar buraxır, müğənnilər azərbaycan dilində oxuyur və bütün telekanalların qapıları üzlərinə açıqdır. Bəyəm pisdir. İndi gəlin təsəvvür edək ki, onlar da Gürcüstandakı azərbaycanlılar kimi qaldılar ancaq talış dilinin ümidinə. Onları da ordakı azərbaycanlıları gözləyən problemlər gözləmirmi?

Və sonda. Bizim onlara bu canıyanalığımız və ehtiyatlanmamız heç bir etnosun öz ana dilində kitab, mahnı, qəzet, jurnal oxumaq istəyinə mane olmamalıdır.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG