Uzun zamandır ki, alimlər brokolinin əsl superqida olduğunu qeyd edirlər. Daha öncə aparılan araşdırmalara görə, brokoli xolesterinin səviyyəsini aşağı salır, sümüklərin sağlamlığını möhkəmləndirir, həzmi asanlaşdırır, görmə qabiliyyətini yaxşılaşdırır və hətta şişlərin inkişafını da dayandırır.