Təxminən 9 il əvvəl idi. Avropaya ilk səfərimdi, rəfiqəmlə Almaniyaya iki həftəliyə gəlmişdik. O zaman həm də çox gənc idik, deyib-gülən, həvəsli qızlar. Bol-bol da boş vaxtımız vardı, rəhmətlik “Toy olsun” verilişinin aparıcıları demişkən, geyinib-keçinib, şəhərə çıxırdıq, gəzirdik. İndi gənc qızları daha nə maraqlandırmalıdır ee, əlbəttə ki, düşünürdük ki, oğlanlarla tanış olarıq, oturarıq, söhbət edərik-filan. Amma bir həftə oldu on gün, nə küçədə, nə kafe-restoranda filanda bizə heç kim yaxınlaşmadı, söz atmadı, fit çalmadı, maşın saxlamadı.
Avropa görməmiş, burdakı davranış tərzindən, əxlaqdan xəbərsiz iki qız, bir az klassik şairlərimizin sözü olmasın, pəjmürdə olduq ki, yəni biz çirkin qızlarıq ki, bizə baxan yoxdur?
Avropa görməmiş, burdakı davranış tərzindən, əxlaqdan xəbərsiz iki qız, bir az klassik şairlərimizin sözü olmasın, pəjmürdə olduq ki, yəni biz çirkin qızlarıq ki, bizə baxan yoxdur? Amma küçədə hündür, yaraşıqlı oğlanarın yanlarındakı balacaboy, özümüz kimi qarabuğdayı qızları görəndə, fikirləşdik ki, yox e, bu qızlar da elə bizim kimidir də, bəs necə olub, onlara diqqət yetirbilər, bizə yox...
Belə düşündüyümüz yerdə, Almaniyada çoxdandır ki, yaşayan başqa bir rəfiqəmiz bizi bir gecə klubuna dəvət elədi. Getdik. Bu dəfə daha məyus idik deyə, çox da bəzənib düzənmədik. Amma içəri girib, oturan kimi, bizə oğlanlar yaxınlaşdı, rəqsə dəvət edən, tanış olmağa cəhd edən, pivə içmək təklif edənlər oldu, bir sözlə, pürdiqqət.
Ondan sonrakı günlərdə anladıq ki, Avropada insanların tanış olmaq üçün ayrı, rahat gəzmək üçün ayrı yerləri var və onlar bu yerləri qarışdırmırlar. Buna görə də, küçəyə çıxan qadın “sən allah, gəl, məni bişir” janrında geyinib-gecinmir, özünü seksual obyekt kimi yox, cinsini arxa plana atmış insan kimi aparır. Yaxasını, ayaqlarını açmır, saç düzəltməyə, makiyaja saatlar xərcləmir, bir dəst rahat paltarı keçirib əyninə, saçına nəsə keçirib, çıxır evdən.
Amma bara, kluba, hansısa əyləncəli tədbirə gələndə, məqsədi tanış olmaqdırsa, hə, onda yaxa da açılır, ətək də qısalır, dodaq da boyanır, saç da düzəlir. Adamlar rəsmən hər şeyin yerin bilir...
Amma bara, kluba, hansısa əyləncəli tədbirə gələndə, məqsədi tanış olmaqdırsa, hə, onda yaxa da açılır, ətək də qısalır, dodaq da boyanır, saç da düzəlir. Adamlar rəsmən hər şeyin yerin bilir. Yəni o əyləncə gecəsində ona yaxınlaşan oğlan, kişi, küçədə, işdə o qadına “bəlkə axşam bir qədər şərab içək” ya da “anama gəlin olasan” kimi sözlərlə dünyasında yaxınlaşmaz. Yaxınlaşsa da, qadın bunu tərbiyəsizlik kimi qəbul edər, narahat olar, əsəbləri pozular və s. Ümumiyyətlə, mən avropalıların hər şeyi, işi, istirahəti, ailə ilə istirahəti, dostlarla istirahəti, işi, mütaliəni, şəxsi zamanı dəqiqliklə ayırmalarına həm bərk heyrət edir, həm heyran qalır, həm də babat qıcıq oluram.
Qafqaz xaosundan çıxmış adamın bu mənəvi, fiziki səliqə-səhmana alışmağı çox çətindir.
Ona görə də, avropada darıxdığını deyən adam görəndə, onların məhz nədən ötrü darıxdığını o dəqiqə anlayıram. Bu dostlar, doğmalar, doğma məhəllə, doğma şəhər üçün darıxmaq deyil, bu, əslində xaos üçün darıxmaqdır.
İndi yaşadığım şəhərdə küçədə hündürdaban ayaqqabıda qadın görəndə o dəqiqə bilirəm ki, gəlmədir. Boyalı, gözəl geyimli, saçı səliqəli, bol aksesuarlı qadın, bəzənmiş, düzənmiş kişilər görəndə, anlayıram ki, gəlmələrdir.
İndi yaşadığım şəhərdə küçədə hündürdaban ayaqqabıda qadın görəndə o dəqiqə bilirəm ki, gəlmədir. Boyalı, gözəl geyimli, saçı səliqəli, bol aksesuarlı qadın, bəzənmiş, düzənmiş kişilər görəndə, anlayıram ki, gəlmələrdir.
Avropada təvazökarlıq trenddir. Bahalı geyim, ayaqqabı, çanta, maşın insanlarda sənə qarşı hörmətdən çox skeptik yanaşma qazandırır. Düşünürlər ki, sən axı niyə bu qədər pulu bu paltara xərcləmisən. Halbuki o məbləği bir fonda bağışlaya, səyahət edə bilərdin. Bahalılıq, parıltı, şıqlıq yox, sadəlik, ucuzluq, təvazökarlıq hörmət yaradır. Burda adamlar tanıyıram, maaşları bahalı brendlər geyinməyə imkan verdiyi halda, second handdan paltar alırlar ki, həm ucuz olsun, həm də istehsalın və bununla da təbiətin çirklənməsinin qarşısını alsınlar.
Azərbaycanda, Gürcüstanda özümə mütləq bir dəst təzə, baha paltar və ayaqqabı saxlayırdım ki, tədbirlərdə geyinim. Amma Avropada buna ehtiyac yoxdur. Maaşı ildə 300 min, 500 min olan adamların əynində belə köhnə, sürtülmüş pencək, rəngi getmiş ayaqqabı görəndə, əynindəki bahalı paltar daha sənə özgüvən zad vermir, əksinə, görməmişliyindən utanırsan.
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.