O vaxt Azərbaycan rəsmilərindən birinin dediyi sözlər indi də yadımızdadır; o demişdi ki, İran istəyir ki, biz onun dostları ilə dost, düşmənlərilə düşmən olaq... İndi isə İran rahat ola bilər; Azərbaycan hökuməti öz amerikafobiyası ilə İranı da ötüb keçib...
Vaxtilə biz də yazmışıq, elə başqaları da dəfələrlə yazıblar ki, iki şeyi qarışdırmaq lazım deyil: biri var, sovet ədəbiyyatı və əsl ideoloji ədəbiyyat, biri də var, sovet dövrünün ədəbiyyatı...
İndi Azərbaycan düz 22 ildir ki, vəziyyəti düzəltməyə çalışır. Amma buna nail ola bilmir ki, bilmir... İstəməzdik ki, Ukrayna da bu acı təcrübəni təkrarlasın.
Azərbaycan bəlkə də unikal bir ölkədir. Burada hətta parlament üzvünün belə özünü siyasətçi saymaması adi haldır...
Hər əsrin öz şeyx Nəsrullahları olur. İndi də ətraf onlarla-şeyx Nəsrullahlarla tamam doludur. Sadəcə, onları ifşa edən İsgəndərlər - düz eşitdiniz, kefli İsgəndərlər çatışmır, onların yeri boş görünür.
Kiçik bir ölkə özünü elə apardı ki, sanki Qərb dünyası sanksiyaları Rusiyaya deyil, ona qarşı tətbiq edir...
Bir şair köçdü bu dünyadan...
Angela Merkel-in son bəyanatı olduqca maraqlı oldu. Xanım Merkel ikicə cümlə ilə elə bir şeyi dedi ki, böyük dövlətlərin başçıları, hətta ən yaxın müttəfiqlər belə ona toxunmamağa üstünlük verirdilər-o, problemdə Rusiyanın iştirakına işarə etdi...
Cəmiyyət 1988-93-cü illərdə qazandıqlarını, azadlığını və sərbəstliyini yavaş-yavaş xərcləməklə məşğul olub...
SSRİ-nin məşhur amerikanistlərindən olan məşhur Valentin Zorin sovet televiziyasının siyasi şərhçisi və çox məşhur beynəlxalq jurnalist idi... SSRİ-nin süqutundan sonra bu adam illərlə yalançı anti-amerikan təbliğatı ilə məşğul olduğuna və insanları aldatdığına görə üzr istədi!..
Ən aciz hakimiyyətlərin də əlində böyük təzyiq arsenalı, silah-sursat var. İnsanlar öz hakimiyyətlərinə qarşı zor müstəvisində mübarizədə acizdirlər. Bu halda ən düzgün yol hakimiyyəti başqa müstəviyə - zorsuz mübarizə müstəvisinə çəkməkdir. Mahatma daim bunu təbliğ edirdi...
İcra strukturlarının təzyiqləri sanki azmış kimi ilin sonunda Milli Məclis də KİV-ləri “unutmadı”.
«Növbəti ildə nə olacaq?» sualının cavabı əhəmiyyətli dərəcədə, bəlkə də elə tamamilə neftin qiymətindən asılıdır...
Bu il üçün ilk dəfə olaraq dörd partiyanın təşəbbüsü və on yeddi partiyanın iştirakı ilə keçirilən iqtidar–müxalifət dialoqu axır ki, baş tutdu. Çox möhtəşəm səslənir, deyilmi?
Əski marksistlər kimi hər böyük sosial problemin böyük sosial qarşıdurmaya çevriləcəyini iddia etmək fikrində deyilik. Amma bunun əksini düşünmək üçün də elə bir əsas yoxdur - kəskin sosial problemlərlə böyük sosial partlayışlar arasında hər halda bir sinxronluq olur.
Seçki görüntüsü yaradan heç nə yoxdur və hakimiyyətə yaxın adamları da dilxor edən odur ki, deyəsən, bu tamaşa çox sönük olacaq - nə rəqiblər görünür, nə təbligat aparan var, nə də namizədliyinin qeydə alınmamasından qeyzlənən...
Yerli hakimiyyətdə elə bir narahatlıq sezilmir. Bilirlər ki, «böyük köç» olmayacaq, ən azı ona görə ki, onları Azərbaycanda heç kim gözləmir.
Avtoritar siyasi sistemin resursları tükənmədiyi kimi bu ölkənin mübariz insanlarının da sıraları tükənmir: biri siyasi səhnəni tərk edir, o birisi gəlir, beləcə davam edir...
O vaxta qədər ki, ölkədə siyasi mübarizə ssenarilərini hakimiyyət diktə edəcək, heç bir dəyişiklik olmayacaq. Siyasi mübarizə üsullarını hakimiyyət deyil, cəmiyyət özü yazmalıdır. Yalnız o halda islahatlar, dəyişiklik real ola bilər.
Adam inana bilmir ki, ABŞ və yaxud da Qərbi Avropa ölkələri hansısa kiçik avtoritar ölkə ilə bacarmasın. Amma dərindən fikirləşəndə görürsən ki, bu da siyasi yanaşma deyil. Avropa nə etsin? Dəyənək götürüb azərbaycanlı məmurları döysün?
Davamı