Keçmiş sovet filosoflarının işi isə həmişə “burjua dövlətləri”ni, “burjua demokratiyası”nı yamanlamaq olub - ABŞ və Avropadakı ictimai-siyasi fikrə daim opponentlik etmək, demokratiyanı Lenin-in ardınca “qovorilnya” adlandırmaq onlar üçün çox xarakterikdir...
İndi hamı Çinə Rusiyanın neftini və qazını xilas edəcək bir ölkə kimi baxır. Amma Çin heç vaxt ABŞ-la münasibətlərini korlamaz, çünki onun əsas ticari tərəfdaşlarından biri ABŞ-dır...
...guya hər bir millət öz hakimiyyətinə layiqdir. Bu fikirdən çıxış etsək, bilmək olmur ki, koreyalılar hansı dövlətə layiqdir - Şimali, yoxsa Cənubi Koreyaya?
Bu həftə bir hadisə səssiz, elə bir diqqət çəkmədən sovuşub keçdi-düz 23 il bundan əvvəl Azərbaycan parlamenti Dağlıq Qarabağın muxtariyyatını ləğv etmişdi.
Doğrudanmı, iki-üç, hətta on adam hər şeyi bilir və insanlara nə lazım olduğunu onların özlərindən yaxşı hiss edirlər? Doğrudanmı, insan öz taleyini tamamilə bir neçə adamın öhdəsinə buraxar və bundan zərrə qədər də narahatlıq duymaz?..
Son vaxtlar ucuzlaşan təkcə neft və qızıl deyil. Ucuzlaşmış anlayışlar da var. Onlardan biri də dialoqdur. Amma bir müddətdir ki, yenə də hakimiyyətlə siyasi müxalifət arasında siyasi dialoq problemi gündəmə gəlib.
Sədr Arif Hacılı deyil, Qubad İbadoğlu seçilsəydi belə, istefalar olacaqdı. Məsələ bundadır ki, indiki formatda və biçimdə partiya İsa Qəmbər üçün nəzərdə tutulmuşdu və bütün mənalarda bu partiya onun partiyası idi...
Bu yazını qəsdən bir gün sonra yazdım. Fikirləşdim ki, baxım görüm, Dirçəliş günü ilə bağlı nə deyəcəklər, nə göstərəcəklər...
Onsuz da Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü təxminən bir ildən sonraya planlaşdırılırdı. Əgər bəyanatlara inansaq tərəflər bu müddət ərzində böyük siyasi sazişə münasibətlərini cilalamalı və onun üzərində iş aparmalı idilər.
Ukraynalı siyasətçilər ATƏT-dən şikayətlənirlər. Bu bizə, doğrusu, bir qədər gülməli göründü. Dərhal da ağlımıza gəldi ki, bir görün Azərbaycan ATƏT-dən nə deyir, Azərbaycan ATƏT-in əlindən nələr çəkir?
Bəlkə də elə Avropa Şurasının özündə də başa düşüblər ki, Azərbaycanı bu Birliyə qəbul edərkən daha çox geosiyasi mülahizələrə üstünlük veriblər. Elə onlar da düşünürdü ki, Azərbaycan üçün Şurada olmaq kənarda qalmaqdan daha faydalı olacaq.
Bu gün-Konstitusiya günü daha təmtəraqlı, daha da əlamətdar ola bilərdi. Amma parlamentində çox asanlıqla «Lazım gələrsə konstitusiyanı dəyişərik!» deyilən ölkədə bu gün bəlkə də elə məhz bu cür də olmalıdır...
İranda da, elə Rusiyada olduğu kimi, gözəl dərk edirlər ki, ortalıqdakı kiçik ixtilaflara və narazılıqlara rəğmən məhz indiki hakimiyyət onların maraqlarına daha çox cavab verir...
Gürcüstanın yenidən Rusiyanın geosiyasi maraq sferasına qayıtması ona hansısa divident qazandıra bilərmi? Düşünmürük. Moskva göz yaşlarına inanmır və aldıqlarını da geri qaytarmır...
Rusiya mətbuatı tatarları millətçilkdə ittiham edir. Maraqlıdır, görən tatarlar buna nə ilə rəvac veriblər? Məlum olur ki, Qazanda tatarlar rus millətçilərinə «Rus marşı» keçirməyə icazə verməyiblər....
Bələdiyyələrin formal bir qurum olması hakimiyyəti sakitləşdirmir, onlar hətta bu formal qurumlara belə seçkiləri saxtalaşdırırlar...
Təsəvvür edin, ukraynalı deputat öz ölkəsini öz ərazisində işğalçı siyasət yürütməkdə ittiham edirdi...
İnsanlar seçkiyə gedirmi? Gedir. Onlar rüşvətsiz yaşamaq istəyirmi? İstəyir. Yaxşı təhsil almağa cəhd edirmi? Edirlər. Deməli, problem heç də insanların qüsurlu olmasında yox, siyasi sistemdədir...
Ermənistan işğal olunmuş ərazilərdə həbs edilmiş iki azərbaycanlıya prezidentlərin Parisdə görüşdüyü gün «məhkəmə» qurmaya da bilərdi.
Avropa rəqsləri oynanır, bəylə gəlin bir masada əyləşir... Başlanğıcda hər şey Avropa qaydalarına, müasir dəbə uyğun baş verir. Amma elə ki, toy bitir, feodalizm dövrü başlayır. Sanki bunla heç həmin müasir gənclər deyilmişlər...
Davamı