Keçid linkləri

Təcili xəbərlər

Dialoq xatirinə dialoq olurmu?


İqtidar-müxalifət danışıqları - 13 dekabr 2014
İqtidar-müxalifət danışıqları - 13 dekabr 2014

-

Gözlə

No media source currently available

0:00 0:04:16 0:00
Direct-ə keçid

GÖRÜŞDÜLƏR, DANIŞDILAR, HƏTTA KÜSÜŞDÜLƏR...

Bu il üçün ilk dəfə olaraq dörd partiyanın təşəbbüsü və on yeddi partiyanın iştirakı ilə keçirilən iqtidar–müxalifət dialoqu axır ki, baş tutdu. Çox möhtəşəm səslənir, deyilmi? Amma yaxşı olardı ki, belə görüşlər müzakirə olunan məsələlərin sanbalına görə də möhtəşəm olaydı...

Amma təssəvür edin ki, dəvətli olmayan partiyaların da görüşə qatıldığına görə iştirak etməkdən imtina edənlər də olub...

Təşəbbüsçülərin sayında bir azca anlaşılmazlıq oldu. Əvvəlcə belə dedilər ki, səkkiz partiya görüş təşəbbüsü ilə çıxış edib. Amma sonradan onların dörd olduğu bildirildi. İlk baxışda bu, elə də əhəmiyyətli detal deyil. Amma təssəvür edin ki, dəvətli olmayan partiyaların da görüşə qatıldığına görə iştirak etməkdən imtina edənlər də olub...

Bir detalı da qeyd etmək lazımdır ki, iki partiya-Müsavat və AXCP görüşə, ümumiyyətlə, maraq göstərməmişdi, onlar nə təşəbbüsçülərin, nə də ki, görüşə qatılanların sırasında olmamışdılar.

Görüşdə müzakirə olunan problemləri müəyyən etmək elə də çətinlik törətmədi. Təşəbbüsçü partiyalar əsasən siyasi məhbus probleminə görə görüş təşəbbüsü ilə çıxış etmişdilər.

SİYASİ PARTİYA LİDERLƏRİ KİMİNLƏ GÖRÜŞMƏK İSTƏYİR?

Hakimiyyət tərəfdən görüşdə məlum olduğu kimi, Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov iştirak edirdi.

Bu məsələnin özü partiyalar tərəfindən həmişə böyük narazılıqla qarşılanıb və partiyalar daha yüksək çinli məmur və yaxud da partiya funksionerilə görüşmək istəyində olublar.

Amma İlham Əliyev də 11 ildir ki, prezidentdir. Bu illər ərzində vaxt tapıb heç olmasa, bir dəfə siyasi partiyalarla görüşə bilərdi.

Təbii ki, Azərbaycanda siyasi vəziyyət o dərəcədə gərgin deyil ki, görüşə hakim partiyanın lideri-prezident qatılsın.

Amma İlham Əliyev də 11 ildir ki, prezidentdir. Bu illər ərzində vaxt tapıb heç olmasa, bir dəfə siyasi partiyalarla görüşə bilərdi.

İlham Əliyev nəinki siyasi partiyalara və hüquq-müdafiə təşkilatlarına, hətta yerli mediaya da çox etinasız yanaşır. Bir vaxt ondan müsahibə götürmək istəyən qəzet və telekanalları barmaqla saymaq olradı. Di gəl, indi hər şey tərsinə dəyişib- çox güman ki, bütün media strukturları istərdi ki, prezidentdən müsahibə götürsün. Amma xarici media strukturlarına həvəslə müsahibə verən İlham Əliyev bu fürsəti yerli media strukturlarına çox görür...

Deyilənə görə, hətta xarici media strukturlarına da prezidentdən müsahibə götürmək axır vaxtlar bir o qədər də asan başa gəlmir. Jurnalistlərlə əvvəlcə çox ciddi iş aparılır və onlara da faktiki olaraq hansı sualları verib-verməmək «izah» edilir...

SİYASİ PARTİYALARI NİYƏ «SAYMIRLAR»?

Ona görə də prezidentin biganəliyinə təkcə siyasi partiyalar tuş gəlməyib, elə jurnalistlər də həmin problemi yaşayırlar. Prinsip etibarilə, Əli Həsənovla görüşdə də müəyyən məsələləri qaldırmaq mümkündür. Ən azı ona görə ki, o da özünün vasitəçi olduğunu və müzakirə olunacaq məsələləri prezidentə çatdıracağını vəd edir.

Əli Həsənovla görüşdə də müəyyən məsələləri qaldırmaq mümkündür. Ən azı ona görə ki, o da özünün vasitəçi olduğunu və müzakirə olunacaq məsələləri prezidentə çatdıracağını vəd edir.

Amma əsas problem nə müxalifətin, nə də prezidentin istəyində deyil. Siyasət adamları bu və ya digər qrupa münasibətini iki meyar əsasında müəyyən edirlər: bu, ya siyasi mədəniyyət amili ola bilir, ya da ki, siyasi güc məsələsi...

Azərbaycan şəraitində hansı meyarın daha funksional ola biləcəyini oxucu özü də müəyyən edə bilər. Təbii ki, bu, siyasi gücdür.

Açıq soruşsaq ki, İlham Əliyev niyə siyasi partiyalarla, yerli media ilə görüşmək istəmir, «Ona görə ki, onları güc hesab etmir!» cavabını verməli olarıq...

LEGİTİMLİYİN MƏNBƏYİ NƏDİR?

Heydər Əliyevin vaxtında azacıq fərqli situasiya idi. Təbii ki, o da müxalifətə elə bir önəm vermir, daim özünün müxalifətdən və müxalif fikirdən asılı olmadğını diqqətə çatdırmağa çalışırdı.

Amma indikindən fərqli olaraq o, mediaya qarşı bir qədər diqqətli idi. Ona görə ki, Heydər Əliyev «ənənəvi-yerli siyasi üsullar»dan savayı həm də digər parametlərə görə də lider olmağa cəhd edirdi və elə buna görə də ictimai rəyə bir qədər həssas idi.

Amma indi tamam başqa situasiyadır. Bu hakimiyyət özünü hansı meyarlara görə legitim hakimiyyət hesab edir - bunu müəyyən etmək elə də asan deyil, o, səbəbdən ki, onlar ictimai rəyin kimin tərəfində olmasının, insanların nə düşündüyünün, demək olar ki, fərqində deyillər.

Cəmiyyət bu ismarıcları necə qəbul edir, onlar haqqında nə düşünür, sanki bu, hakimiyyətdəkilərin heç biri üçün əhəmiyyət kəsb etmir...

Cəmiyyətlə biristiqamətli monoloq gedir. Hər hansı dövlət adamı, elə o cümlədən də prezidentin özü birtərəfli qaydada hansısa fikirlər söyləyir və cəmiyyətə ismarıclar göndərir...

Amma onları cəmiyətin cavab reaksiyası maraqlandırmır. Cəmiyyət bu ismarıcları necə qəbul edir, onlar haqqında nə düşünür, sanki bu, hakimiyyətdəkilərin heç biri üçün əhəmiyyət kəsb etmir...

Bunu necə başa düşmək lazımdır? Çox sadə. Hakimiyyət özünün avtroritar mahiyyətini gizlətməyə çalışmır. Sanki demək istəyir ki, siyasi oyun qaydaları budur və bunu hakimiyyət diqtə edir: Kim istəyir bunu könüllü qəbul etsin, könüllü qəbul etməyəni isə məcbur edərik!..

Necə deyərlər, izafi şərhə artıq ehtiyac yoxdur...

Yazıdakı fikirlər müəlliflərin şəxsi mülahizələridir.

XS
SM
MD
LG