Keçid linkləri

Təcili xəbərlər

2014 seçilmişlərin həbsi ilə yadda qalır


-

Gözlə

No media source currently available

0:00 0:04:38 0:00
Direct-ə keçid

HƏBS EDİLMİŞ TANINMIŞLAR

Bəlkə də yaddaşımızı qurdalasaq ölkə kənarında baş verən hansısa müsbət məzmunlu, əlamətdar bir hadisəni yada salmaq olar. Amma ölkə içində bunu etmək çətindir, olduqca çətin...

İl daha çox həbsləri, təqibləri ilə yadda qaldı. Bu il ölkənin ən tnınmış vəkillərindən biri, ən tanınmış hüquq müdaifiəçilərindən biri, ən tanınmış və hakimiyətin uzun müddət cəzalandırmaq istədiyi jurnalistlərindən biri və ən tanınmış tarixçi-alimlərindən biri həbs edildi...

Başqa vaxt onların həbs olunmasını təsəvvür etmək belə mümkün deyildi, ona görə ki, onların hər birinin immuniteti vardı: onlar kifayət qədər tanınan, bir neçə dəfə beynəlxalq mükafatlara layiq görülən və bilavasitə siyasətlə məşğul olmayan insanlar idi...

Amma onları həbs etdilər. İndi yeni il ərəfəsində əfv olacağını deyirlər. Fəqət, çətin ki, həmin əfv fərmanı bu insanlara şamil edilsin. Ona görə ki, bu adamlar haqqında məhkəmənin qərarı hələki yoxdur.

Ölkədə əfv olmanın isə standart proseduru var: əvvəlcə istintaq və məhkəmə bu insanların “təqsirli” olması haqda qərar verməli, daha sonra bu insanlar bir müddət həbsdə olmalı, bundan sonra əfv ərizəsi ilə müraciət etməli və yalnız bunlardan sonra hakimiyyət “müdriklik” və “humanizm” nümayiş etdirərək bu adamları azad etməlidir...

ONLARIN TƏQSİRSİZ OLDUĞUNUETİRAF EDƏ BİLMİRLƏR...

Bu minvalla onların azad olması növbəti ildə baş tutsa, buna da sevinmək olar.

Prinsipcə, bu insanlara qarşı ədalətsiz istintaq qapana da bilərdi. Amma hakimiyyət heç vaxt buna getməz - onda belə bir fikir yarana bilər ki, insanlar əbəs yerə həbs edlibmiş, onların heç bir günahı yox imiş... Bu isə Azərbaycan iqtidarının siyasi üslubuna yaddır. Bu adamlar üzücü istintaq prosesini keçməli və hakmiyyətə etiraz etməyin nə qədər böyük səhv olduğunu “başa düşməlidirlər”...

Bir ümidverici detal da var, o, da budur ki, qarşıdan Avropa oyunları gəlir. Bu tədbirə yüzlərlə əcnəbi jurnalist qatılacaq. Onların bir hissəsi təbii ki, ölkədəki vəziyyətlə, demokratiyanın və insan haqlarının durumu ilə maraqlanacaq...

Avtoritar siyasi sistemin resursları tükənmədiyi kimi bu ölkənin mübariz insanlarının da sıraları tükənmir: biri siyasi səhnəni tərk edir, o birisi gəlir, beləcə davam edir...

Qəti şəkildə demək olar ki, Azərbaycan Avropa oyunlarına 100 siyasi məhbusla gedə bilməyəcək, onların bir hissəsi mütləq azad olunacaq.

Amma bu, ölkənin ən tanınmış ictimai-siyasi simalarına şamil olunacaqmı? Bax, bunu demək çox çətindi, çünki ölkə kriminal qanunlara yaxın qaydalarla idarə olunur, burada “izmena”nı bağışlamırlar, bunun arxasınca mütləq “nakazanie” gəlir...

Ona görə də ötməkdə olan ilin müsbət yükü olmadı. Amma ilin günahı nə? İl bir ağ vərəqdi və onu insanlar yazırlar...

SİYASİ MƏHBUS PROBLEMİ NİYƏ HƏLL OLUNMUR?

Hər dəfə siyasi məhbus problemindən yazanda bir detalı mütləq qeyd edirik: ölkədə bir siyasi məhbus siyahısı o birisini əvəz edir, bir qrup əfv olunur və bunun ardınca digər siyasi məhbuslar dəstəsi gəlir...

Niyə belə olur? Avtoritar siyasi sistem qalır, o, islah olunmur, dəyişmir, necə var, elə də qalır (ən yaxşı halda!). İnsanlar da ona qarşı mübarizə aparırlar... Bu, sonu çox da asan təsəvvür olmayan və sonu çətin görünən bir yoldur. Kim nə qədər bacarırsa bu yolun o qədər hissəsini gedir. Heç kim heç kimi də qınamır. Bu yol mütləq həbsdən keçir, çünki ölkə belədi.

Amma bir məsələ var. Avtoritar siyasi sistemin resursları tükənmədiyi kimi bu ölkənin mübariz insanlarının da sıraları tükənmir: biri siyasi səhnəni tərk edir, o birisi gəlir, beləcə davam edir...

Fəqət, 2014-cü ilin həbslərində bir detal da nəzərə çarpdı: bu hakimiyyət öz opponentlərini zərərsizləşdirmək üçün heç nədən çəkinmir, onu nə beynəlxalq dəstək dayandırır, nə də hansısa ictimai və siyasi fəalın malik olduğu siyasi kapital...

BUZ ÜSTÜNƏ ÇIXMIŞ BUZOV KİMİ...

hakimiyyət istəsə də, istəməsə də həbsdə olan siyasi məhbuslar hamsısı gec-tez azad ediləcək. Çünki dünyada hələki ədalət hissini itirməyən, yaxınlığına və uzaqlığına baxmayaraq mübariz insanlara biganə qalmayan şəxslər var. Onlar da az deyil, çoxdurlar, lap çox, ən azı bu hakimiyyətin qəddar qərarlarının qarşısına sipər çəkə biləcək qədər çoxdurlar...

Azərbaycanlılar arasında bir deyim var. Bir adam ağına-bozuna baxmadan harınlıq edəndə deyirlər ki, filnakəsin gözlərini pul tutub. İndi hakimiyyətin də təmsilçilərinin bəzisinin gözünü pul və sərvət tutub...

Hətta daha peşəkar, daha tədbirli hərəkət etməyin də fərqində deyillər. Bəzən o qədər kobud, o qədər qeyri-peşəkar hərəkət edirlər ki, təsadüfən buz üstünə çıxmış buzova bənzəyirlər...

Bütün deyilənlərə rəğmən, bir detalı da qeyd etmək lazımdı: bacarmırlar... Öz opponentlərini istədiklrəri qədər və istədikləri kimi cəzalandıra bilmirlər. Bu, onları bir az da özlərindən çıxarır, bir az da qəddarlaşdırır və bir az da hövsələlərini daraldır.

İndilik demək olar ki, hakimiyyət istəsə də, istəməsə də həbsdə olan siyasi məhbuslar hamsısı gec-tez azad ediləcək. Çünki dünyada hələki ədalət hissini itirməyən, yaxınlığına və uzaqlığına baxmayaraq mübariz insanlara biganə qalmayan şəxslər var. Onlar da az deyil, çoxdurlar, lap çox, ən azı bu hakimiyyətin qəddar qərarlarının qarşısına sipər çəkə biləcək qədər çoxdurlar...

Yazıdakı fikirlər müəlliflərin şəxsi mülahizələridir...

XS
SM
MD
LG