Keçid linkləri

Təcili xəbərlər

Böyük neft blefi...


Arxiv fotosu: Bakıda gənclərin etiraz aksiyalarından birində şüar. 23 noyabr 2010
Arxiv fotosu: Bakıda gənclərin etiraz aksiyalarından birində şüar. 23 noyabr 2010

-

Gözlə

No media source currently available

0:00 0:04:11 0:00
Direct-ə keçid

BU YORĞUNLUQ ÇOX ÇƏKMƏDİMİ?

Bu günlərdə Ermənistanda müxalifət daha bir izdihamlı mitinq keçirdi. İnsanlar hakimiyyətdən narazılığını ən kəskin şüarlarla ifadə etdilər.

Bunu niyə xatırladıq?

Məsələ bundadır ki, qonşu ölkənin cəmiyyəti daha dinamik görünür. Orada insanlar böyük küçə yürüşləri keçirdiyi bir halda Azərbaycan müxalifətçiləri şəhərin ən ucqar yerlərində etiraz aksiyası keçirmək üçün zorla icazə alırlar. Hələ onu demirik ki, bu aksiyalara müxalifətin özünün beş-üç üzvündən savayı heç kim gəlmir...

Bunun səbəbini yozmaq üçün çox cəhdlər edilib. Kimi cəmiyyətin yorulduğunu deyir, kimi də insanların mövcud siyasi institutlara inamsızlığını qabartmağa çalışır.

Amma bu cəhdlərin heç biri inandırıcı görünmür. Ən azı ona görə ki, keçmiş sovet ölkələrinin hamısı eyni vəziyyətdən start götürüb.

Bu illər ərzində “stabil” qalan isə yalnız bəzi Mərkəzi Asiya ölkələri və bir də Azərbaycan olub.

HƏTTA ƏN OPTİMİSTLƏR DƏ ETİRAF EDİR...

İndi Azərbaycanda repressiya hiss olunacaq səviyyəyə çatıb. O, insanlar həbs edilib ki, başqa vaxt onların həbs edilə biləcəyini heç fərz etmək belə mümkün deyildi.

Əski marksistlər kimi hər böyük sosial problemin böyük sosial qarşıdurmaya çevriləcəyini iddia etmək fikrində deyilik. Amma bunun əksini düşünmək üçün də elə bir əsas yoxdur - kəskin sosial problemlərlə böyük sosial partlayışlar arasında hər halda bir sinxronluq olur.

Ona görə ki, onlar bilavasitə siyasi fəaliyyətlə məşğul olmur və həm də böyük beynəlxalq əlaqələrilə seçilirdilər. Amma onlar da həbs edildilər...

Bunu hakimiyyətin siyasi evolyusiyasının məntiqi yekunu kimi qiymətləndirmək də azdır. Hələ ABŞ prezidenti Thomas Jefferson yazırdı ki, ən pis hakimiyyət ən çox hakimiyyətdən törəyir, ondan yaranır.

Azərbaycanda da iqtidar qarşısında maneə görmədiyindən hakimiyyəti artır və artdıqca da mürtəceləşir. Amma burada başqa bir detalı da qeyd etməmək olmur. Məsələ bundadır ki, repressiyaların artmasını başqa səbəblərlə də izah etmək olur...

BƏLKƏ HAKİMİYYƏT YAXIN GƏLƏCƏYİ GÖRÜR?

Təbii ki, böyük hakimiyyət böyük müstəbidddir. Bu, öz yerində. Amma düşünürük ki, hakimiyyət həm də siyasi planlaşdırma ilə məşğuldur. İndilər nə baş verir?

Dünya bazarında neftin qiyməti kəskin şəkildə düşür. Bu prosesdə hədəf kimi Rusiya götürülsə də digər neft ölkələri də böyük ziyanlarla üzləşəcəklər. Bu mənada Azərbaycan da heç də istisna deyil.

Düzdür, hökumət neftin qiymətinin 60 dollar çivarında qalacağı halda belə milli iqtisadiyyatın duruş gətirəcəyini vəd edir.

Amma birdən neftin qiyməti bundan da aşağı düşdü? Onda nə olacaq? Artıq ölkə böhranın ilk nəfəslərini hiss edir, hökumət bəzi böyük sənaye layihələrini təxirə salmağı düşünür.

Fəqət, bu, hələ hamısı deyil. Neft tamam ucuzlaşanda insanlar “böyük neft strategiyası”nın necə böyük blef olduğunu başa düşməyəcəklərmi? İnsanlar o vaxt bunu böyük şok kimi yaşamayacaqlarmı?...

HƏR PROBLEM ETİRAZ YARATMASA DA...

İstisna deyil ki, onda böyük sosial problemlər yaşanacaq, cünki büdcənin əhəmiyyətli hissəsi neftdən gələn gəlirlər hesabına formalaşır. Bu gəlirlərin olmayacağı təqdirdə hökumət büdcədəki boşluğu nə ilə dolduracaq?

Əski marksistlər kimi hər böyük sosial problemin böyük sosial qarşıdurmaya çevriləcəyini iddia etmək fikrində deyilik. Amma bunun əksini düşünmək üçün də elə bir əsas yoxdur - kəskin sosial problemlərlə böyük sosial partlayışlar arasında hər halda bir sinxronluq olur. İstisna deyil ki, hakimiyyət həmin günə hazırlıq görür.

Neft tamam ucuzlaşanda insanlar “böyük neft strategiyası”nın necə böyük blef olduğunu başa düşməyəcəklərmi? İnsanlar o vaxt bunu böyük şok kimi yaşamayacaqlarmı?...

AZƏRBAYCAN BÜDCƏSİNDƏN NEFTİ ÇIXSAN...

Ermənistanın prezindeti bir dəfə Azərbaycanın “iqtisadi uğurları”nı şişirtməməyi tövsiyyə etmişdi. O demişdi ki, Azərbaycan büdcəsindən neftdən gələn gəlirləri çıxsan, təxminən Ermənistanın büdcəsi alınar...

İndi böyük neft böhranı yaşanacağı halda bu proqnoz özünü doğrultmayacaqmı? O vaxt məlum olmayacaqmı ki, Azərbaycanın böyük iqtisadi artımları, rəqabət qabiliyyətli iqtisadiyyatı haqqında deyilənlər böyük bir blefdən başqa bir şey deyilmiş?

HƏTTA ELEKTRO-ŞOK DA KÖMƏKSİZ OLA BİLƏR...

Onda insanlar nə edəcək? Azərbaycan polisinin təzəcə əldə etdiyi elektro-şokların o vaxt tilsimi sınmayacaqmı? Təbii ki, sınacaq, çünki insanlar hətta indikindən də qəddar hakimiyyətlər görüblər, amma onlara qarşı da çıxmağı bacarıblar...

Bəlkə hakimiyyətin analitikləri bu ssenarini əvvəlcədən görürlər? Axı ölkə düz 21 ildir ki, məhz belə idarə olunur - hər böyük problemdən əvvəl müxalifətə, ölkənin fəal ictimai-siyasi adamlarına qarşı böyük təzyiqlər və böyük təqiblər başlayıb...

Buna bəzən “preventiv siyasət “ də deyilir. Həm də nəzərə almaq lazımdır ki, bu hakimiyyət ölkəni daha çox rusiyalı siyasi texnoloqların tövsiyyələri əsasında idarə edir. Situasiyalar isə eynidir - istər o, Rusiyada olsun, istərsə də Azərbaycanda. Hər iki ölkədə bu illər ərzində insanlara böyük siyasət əvəzinə böyük blef “sırınıb”...

Yazıdakı fikirlər müəlliflərin şəxsi mülahizələridir...

Ən son yazılan

XS
SM
MD
LG