Keçid linkləri

Təcili xəbərlər

Qarabağ suçu: Rusiyanı qoyub Qərbi döyəcləmək məntiqi...


Bakıda Maştağa qəsəbəsi yaxınlığında neft Arxiv fotosu: buruqlarının mənrəzəsi.
Bakıda Maştağa qəsəbəsi yaxınlığında neft Arxiv fotosu: buruqlarının mənrəzəsi.

-

Gözlə

No media source currently available

0:00 0:04:14 0:00
Direct-ə keçid

İNSANLAR NİYƏ MÜƏYYƏNLİYİ SEVİR?

Müəyyənlik insana xas olan ən qabarıq hisslərdən biridir. İnsanlar qeyri-müəyyənliyi sevmir, həyatlarında və fəaliyyətlərində müəyyənliyə can atırlar.

Bəlkə də buna görə hər ilin sonunda insanlar növbəti il üçün proqnozlara daha həssas olurlar.

Hətta aralarında ulduz fallarına inananlar da tapılır. Amma böyük böhran özü sovuşduğu kimi onun təzahürləri də - hər deyilənə inanmaq, bir az da mövhumata qapılmaq kimi adətlər də sovuşub. Ona görə də insanlar hələ ki, doğru-dürüst, soyuqqanlı mülahizələrə daha diqqətlidirlər...

Amma növbəti illə bağlı düşünəndə hamıda bir məchulluq duyğusu hiss olunur desək, bəlkə də yanılmarıq. Bu nə deməkdir? Doğrudanmı dünya növbəti böhran ərəfəsindədir?

TİLSİMLİ 60 ƏDƏDİ...

Bunu təsdiq edən sözlər demək çətin olduğu kimi, təkzib etmək də asan deyil. İndi dünyanın “neft əqrəbi” Azərbaycan üçün təhlükəli bir həddə-60 ədədinin ətrafında rəqs edir.

...“Növbəti ildə nə olacaq?” sualının cavabı əhəmiyyətli dərəcədə, bəlkə də elə tamamilə neftin qiymətindən asılıdır...

Bu elə bir həddir ki, Azərbaycanda hökumət neftin qiymətinin bu həddə qalacağı təqdirdə iqtisadiyyatda böyük kataklizmlərin, sarsıntıların olmayacağını vəd etmişdi...

Amma hələ bu vaxta qədər heç kimə vədlərdən kökə bişirmək mümkün olmayıb. Elə bu səbəbdən də narahatlıq var. Üstəlik, milli valyutanın alıcılıq qabiliyyəti də tədricən düşür. Düzdür, bu, bir qədər ləng, hiss olunmayacaq səviyyədə gedir, amma bu,bir fakt kimi faktlığında qalır...

İndi hərə bir söz deyir. Böyük əksəriyyət bu fikirdədir ki, hal-hazırda qlobal soyuq savaş olmasa da, soyuq çəkişmə dövrüdür. Hədəf də Rusiyadır. Amma fərqli düşünənlər də tapılır.

BÜTÜN BUNLAR RUSİYAYA GÖRƏ DEYİLMİ?

Bir qisim belə hesab edir ki, neft ətrafında baş verənlər daha çox İŞİD-i cəzalandırmaq istəyən ərəb ölkələrinin işidir. Nə demək olar? Prinsipcə, hər bir fikir müzakirə oluna bilər. Sadəcə, onu deyək ki, Rusiyanı cəzalandırmaq üçün nəzərdə tutulan növbəti neft böhranı həm də İŞİD-ə zərbə vurursa, bunu yalnız təqdir etmək olar - uşaqlar buna bir güllə ilə iki dovşan vurmaq deyirlər, hərçənd ki, Rusiya da, İŞİD də qətiyyən dovşanla assosiasiya yaratmır...

Onu da nəzərə almaq lazımdır ki, insanlar heç də təkcə qlobal qayğılarla yaşamırlar, əksər hallarda onları daha çox yaxın çevrələrində baş verən olaylar və proseslər maraqlandırır.

2014-ÜN AĞIR NƏFƏSİ...

2014-cü il Azərbaycanda ən azı mənəvi baxımdan ağır oldu - təqiblər, təzyiqlər və hətta həbslər. Ölkə siyasi ritorika, leksika baxımından ilin sonunda az qaldı ki, lap Şimali Koreyaya bənzəsin. Müəyyən qədər bənzədi də...

Bunun özü çox maraqlı detaldır. Ölkə rəsmiləri niyə birdən xorla Qərbə qarşı “opponent”lik etməyə başladılar?

Qərbi Qarabağ probleminə münasibətdə fəaliyyətsizlikdə qınamaq olar. Amma doğrudanmı bu məsələdə suçu Qarabağ problemini yaradan Rusiya qədər böyükdür? Nədən bircə dəfə belə olsun Azərbaycan rəsmiləri Qarabağa görə Rusiyanı tənqid etmirlər?

Prezident Administrasiyasının sözçülərindən birinin, ictimai-siyasi şöbənin rəhbəri Əli Həsənovun buna cavabı şox lakonik oldu. Bu cavabı təxminən belə ifadə etmək olar:

-Biz Qərbi ona görə tənqid edirik ki, onlar bizi tənqid edirlər!

Ən maraqlısı isə odur ki, Əli Həsənov bundan bir qədər əvvəl ölkə siyasətinin mərkəzində yalnız Azərbaycanın maraqlarının dayandığını demişdi. Amma bir sual yaranır: Azərbaycan rəsmilərinin heç bir vaxt açıq mətnlə tənqid etmədiyi Rusiya və İran “milli maraqlar” baxımından daha problemli deyillərmi?

Məsələ də elə bundadır. Dövlət rəsmilərinin “biz” dediyi məqam “milli maraq”la üst-üstə düşəndə ikinci də bundan azacıq da olsa qazanır. Amma o vaxt ki, qayğılar daha çox “biz”lə bağlı olur, onda milli maraqlar heç yada da düşmür...

RUSİYA, İRAN TANIMASA...

Qərbi Dağlıq Qarabağ probleminə münasibətdə fəaliyyətsizlikdə, hətta etinasızlıqda qınamaq olar. Amma doğrudanmı Qərbin Azərbaycan qarşısında suçu Qarabağ problemini yaradan Rusiya qədər böyükdür?

Bəs, onda nədən bircə dəfə belə olsun dövlət rəsmiləri Rusiyanı tənqid etmirlər? Səbəb sadədir. Rusiya Azərbaycanın dostu və müttəfiqi deyil, amma o, Azərbaycandakı hakimiyyətin dostudur...

Əgər Rusiya və İran durub, tutaq ki, Azərbaycandakı seçkilərin nəticəsini tanımasa, Qərb dövlətləri bunu etməyə tələsərlərmi? Əlbəttə ki, seçkini tanımamağa tələsməzlər, bir qədər düşünər və hətta ola bilsin ki, onlar da kəskin addımlar atarlar...

Bu məsələlərin üzərində niyə belə ətraflı dayandıq? Məsələ bundadır ki, “Növbəti ildə nə olacaq?” sualının cavabı əhəmiyyətli dərəcədə, bəlkə də elə tamamilə dünya birjalarındakı vəziyyətdən - neftin qiymətindən asılıdır...

Ona görə də növbəti il də neft qoxuyur və bu qoxunu hiss etmək üçün məşhur bir filmin personajı kimi hissiyatlı olmağa ehtiyac yoxdur...

Yazıdakı fikirlər müəlliflərin şəxsi mülahizələridir.

XS
SM
MD
LG