Prosesin gedişində aydın olmalıdır ki, maydan hadisələri iddia edildiyi kimi heç də “ABŞ-ın oyunu” deyil, cəmiyyətin iradəsinin təzahürü, avtoritar siyasətin məntiqi yekunudur ki, digər dövlətlərə də ondan ibrət götürməyi tövsiyyə edir.
Fransa prezidentinin Bakıya səfəri haqda hələ bundan sonra da çox şey deyiləcək, amma hamının etiraf etdiyi budur: insanların yadına saldı ki, bu ölkədə müxalifət də var...
«Dünyanın aparıcı ölkələri bu prosesdən düzgün nəticə çıxarsalar nə vaxtsa vəziyyətin düzələcəyinə ümid etmək olar... Əgər çıxarmasalar onda vəziyyət ağır olacaq»
Erməni lobbisi amili imkan vermir ki, Qərb Qarabağ probleminin də arxasında Rusiyanın dayandığını etiraf etsin.
«Təqdirəlayiq haldır ki, təkliflər ABŞ-dan gəldi. O təkliflər təbii ki, tam şəkildə Azərbaycanın maraqlarına cavab vermir… Amma digər ölkələr daha yaxşı təkliflər səsləndirəcəkdilərmi?»
Bir həqiqət var ki, tarix heç vaxt bir rəngdən ibarət olmur-onu sadəcə, «rəngsaz» tarixçilər malalamağı sevirlər..
«Bu cəmiyyət çoxdan qəhrəmanlara ehtiyac duyur. O, çoxdan «ağ atlı oğlan»ın sorağındadır. Amma o öz qəhrəmanlarını qalib kimi görmək istəyir. Həmin qəhrəmanların boynuna nə qədər yükün düşdüyünü düşünəndə adam hətta o qəhrəmanlara da acıyır...»
Türkiyə Rusiyanın aqressiv planlarına cavab vermək, ən başlıcası isə onların qarşısını almaq dərəcədə qüvvətli dövlət deyil. Amma dayaq dayaqdır.
Hiss olunan budur ki, buradakı rəsmilərin öz siyasi qənaətləri var-onlar böyük dövlətlərin və təşkilatların diqqətinin daha çox Ukraynadakı proseslərə yönəldiyindən yararlanaraq daxildəki “vint”ləri bir az da möhkəmləndirməyə cəhd edirlər
«Separatizm ocaqlarının sayına görə Ukraynanı indi yalnız keçmiş Yuqoslaviya ilə müqayisə etmək olardı»
Bu mifin ən azı 11 yaşı var. Bu 11 ildə çox şey olub, çox sular durulub, amma nə islahat olub, nə də ki, islahat aparan. Ümidlər isə hələ də qalır...
Kremldə qlobal missiya daşıdıqlarına nəinki özlərini inandırıblar, hətta başqalarını da buna inanmağa və bununla hesablaşmağa təhrik edirlər.
Tədbirin təşkilat komitəsi gərək əvvəldən bəzi nüansları nəzərə alaydı ki, sonradan ironiya üçün predmet qalmayaydı. İroniya da məqsədli və ən başlıcası qərəzli xarakter daşımır.
MDB məkanında separatçı münaqişələrin hamısı yerləşdiyi dövlətlərin müstəqilliyilə yaşıddır. Bunun özü simvolik deyilmi?
«Ölkədə hamı prezidentliyə iki real namizəd görür. Bunlardan biri indiki prezident A. Gül, o birisi isə baş nazir R.T. Erdoğandır. Siyasi olimpdə hələ ki, bu iki siyasətçilə mübarizə aparmaq iqtidarında olan digər siyasətçi görünmür...»
Dövlətlər var ki, yüz illərdir seçki keçirir və yorulmurlar. Rusiyada isə cəmi 23 ildir ki, seçki keçirilir və artıq məlum olur ki, hətta bu da insanları yorub...
«Keçmiş SSRİ ərazisində donmuş, əvvəlki vəziyyətdə bir münaqişə ocağı qalıb - bu da Dağlıq Qarabağdır»
Vəziyyət situasiyanı güç strukturlarının köməyilə dəyişməyi tələb edir. Amma hətta xarici müşahidəşilər də güc tətbiq ediləcəyi təqdirdə Ukraynanın daha ağır duruma düşəcəyini proqnozlaşdırırlar.
İran Ermənistanı təcavüzkar dövlət kimi tanıyıb. Amma bu, ona Ermənistanla çox geniş spektrli münasibətlər saxlamağa mane olmur. İran bölgədə Rusiyadan sonra Ermənistanın ən yaxın tərəfdaşıdır.
Ukraynada etiraz edən bir neçə min adamı gah federalizm tərəfdarı, gah da separatçı kimi təqdim edirlər. Amma bu adamlar daha çox separatçıdır. Bu adamlar yalnız “Rusiya!” qışqırırlar.
Davamı