-
Hər yazarın bir üslubu var. Biz də hansısa hadisə haqqında dərhal deyil, bir qədər ötəndən sonra yazmağa üstünlük veririk - bu, yazıların emosional yükünü bir az azaldır, onları daha təmkinli edir.
Bu yaxınlarda biri-birinə diametral şəkildə zidd olan iki məhkəmə qərarı oldu - sabiq deputat G. Əhmədovanın cəzası şərti cəza ilə əvəz olundu, NİDA-çı gənclərə isə üst-üstə 59 il iş kəsildi. G. Əhmədovanın azadlıqdan şərti məhkum olunmasını YAP-ın icraçı katibi Ə. Əhmədov insanpərvərlik motivlərilə izah etdi. Amma nədənsə NİDA-çı gənclərə münasibətdə oxşar motivləri sezmədik.
MƏHKƏMƏLƏRƏ GÜLƏNDƏ...
Azərbaycanda üçüncü hakimiyyətin - məhkəmələrin vəziyyəti hamıya yaxşı məlumdur. Bəlkə də burada izafi söz-söhbətə heç ehtiyac da yoxdur. Amma vaxtilə deyilmiş bir fikri burada təkrarlamaya bilmirik. Tanınmış hüquq müdafiəçisi M. Novitski deyirdi ki, parlamentin və icra hakimiyyətinin qərarına gülmək olar, amma o yerdə ki, məhkəmələrin qərarlarına gülürlər, deməli o ölkə çox faciəli durumdadır.
Demirik ki, məhkəmələrin qərarına gülürük. Yox, qəhər adamın boğazında donub qalanda gülmək olmur, kiçik bir hərəkət kifayətdir ki, əməlli-başlı, özü də utanıb-çəkinmədən ağlayasan...
O qətiyyətlə ki, məhkəmələr gəncləri cəzalandırır, özü də ədalətsiz olaraq cəzalandırır, bu, adamı təəccübləndirməyə bilmir.
SƏHV ETMƏK İMTİYAZI...
Bəli, deyirlər ki, gənclərin də imtiyazı səhv etməkdir. Gənc səhv də edə bilər. Bu anda onu bağışlamağı və ya cəzasını yüngülləşdirməyi bacarmaq lazımdır.
Bundan dövlət və cəmiyyət heç nə itirməz. Ona görə ki, hələ neçə illər bundan irəli müdriklər bir söz deyiblər.
Bəli, aqil insanlar deyib ki, dövlət iki halda tənəzzül edir: cəza olub cinayət olmayanda və cinayət olub cəza olmayanda. Bu iki halın bir qədər əvvəl sadaladığımız iki misala necə aid olmasını fərasətli oxucu elə özü də müəyyən edə bilər. Təkrar-təkrar nəyisə vurğulamağa ehtiyac yoxdur.
Vurğulamalı başqa məsələdir. Bu hakimiyyətdən gənclər haqqında soruşsan deyəcəklər ki, bizim hətta onlarla bağlı dövlət proqramımız da var... Nədir bu proqram? Gəncləri həbsə atmaqmı? Gənclər proseslərə daha həssas olurlar. Məsələn, mən - əlli yaşlı adam eşidəndə ki, bir yubileylə bağlı bir ildə düz on səkkiz sənədli film çəkilib, bundan təəccüblənmirəm, bunu çox sakit, hətta bir qədər də etinasız qarşılayıram, «Olsun da, mən ki, onlara baxmamışam!» deyirəm.
Gəl, gənclik belə deyil, o hadisələri bir qədər emosional tərzdə qarşılayır. Həm də maraqlısı budur ki, təbliğatın belə qabarıq olması gəncləri çaşdırmır, onlar öz ideallarına sadiq qalırlar.
Bəli, biz artıq çox sakit qarşılayırıq ki, il boyu bir neçə adamın təbliğ olunmasına rəğmən M. Ə. Rəsulzadənin 130 illiyi, Ə. Hüseynzadənin 150 illiyilə bağlı bir tele-süjet verdilər və bununla da yubiley tədbirlərini bitmiş hesab etdilər!
Amma gənclər belə şeyləri sakit və etinasız qəbul edə bilmir, onlar belə duruma qarşı etiraz edirlər. Məsələ heç yubileylərdə də deyil. Başqa sahələrdə guya ədalətsizlik yoxdurmu?
Məsələ də elə bundadır. Ədalətsizlik hər addımdadır. Bəzən onları görməmək adamdan böyük iradə, fiziki güc tələb edir...
CƏMİYYƏTİN GÖRMƏK İSTƏDİYİ QƏHRƏMANLAR...
Deyirlər ki, daha qəhrəmanlar yoxdur. Amma bu, kökündən yanlış fikirdir. Onlar var. Bunun üçün, onları görmək üçün sadəcə məişət qayğılarından bir qədər ayrılmaq lazımdır.
Həm də deyiblər ki, qəhrəmanlara ehtiyacı olan cəmiyyət faciəli durumdadır.
Bu cəmiyyət çoxdan qəhrəmanlara ehtiyac duyur. O, çoxdan «ağ atlı oğlan»ın sorağındadır. Amma o öz qəhrəmanlarını qalib kimi görmək istəyir. Həmin qəhrəmanların boynuna nə qədər yükün düşdüyünü düşünəndə adam hətta o qəhrəmanlara da acıyır...
Bəli, onlar işğal olunmuş torpaqları qaytarmalı, idarə və təşkilatlarda qayda-qanun yaratmalı, bu ölkəyə ədalət gətirməli, maaşı və təqaüdü az olanların məvacibini artırmalı, şəhərdə bir şəhər əhalisi qədər mənzil olduğu halda hələ də evsiz olanlara mənzil verməli, bu torpağın altını-üstünü, sərvətini onun millətinə qaytarmalıdır...
Cəmiyyət belə qəhrəmanların sorağındadır. O, öz qəhrəmanlarını müttəhim kürsüsündə deyil, hakim kürsüsündə görmək istəyir. Nə demək olar? Burada yalnız «Arzunuza tuş gələsiniz!» deməkdən başqa çarə qalmır...
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir