Keçid linkləri

Təcili xəbərlər

Əgər Avropa budursa...


Strasburqda Avropa Şurasının yerləşdiyi bina.
Strasburqda Avropa Şurasının yerləşdiyi bina.
.

BURADA MÜXALİFƏT DƏ VARMIŞ?

Fransa prezidentinin Bakıya səfəri haqda hələ bundan sonra da çox şey deyiləcək, mübahisələr ediləcək, amma hamının etiraf etdiyi budur: insanların yadına saldı ki, bu ölkədə müxalifət də var. Az qala səfərin ertəsi günü müxalifətin siyasi birliyi-Milli Şura siyasi məhbuslarla bağlı tədbir keçirdi.

Amma həmin bu tədbiri BMT TŞ-nın qeyri-daimi üzvü olduqdan sonra Azərbaycanın daha bir yeni missiyaya – bu dəfə Avropa Şurasının Nazirlər Komitəsinə başçılıq etməyə başlaması ilə əlaqələndirənlər daha çox oldu.

Şübhəsiz ki, bu, Azərbaycanın Avropa Şurasına üzv olandan bəri aldığı ən yüksək təyinatlardan biridir. Bir neçə ay ərzində ölkə Avropa Şurasının yürütdüyü siyasəti koordinasiya etməli olacaq.

Sözsüz ki, siyasət olduqca mürəkkəb sahədir. Bir çox hallarda ictimai həyatda alışdığımız dəyərləri siyasətə gətirmək, transfer etmək olmur.

Amma bir mənəvi haqq məsələsi də var - NİDA-çı gənclərə hökm oxunmasından, sabiq deputat G.Əhmədovanın şərti azadlığa buraxılmasından, hüquq müdafiəçisi L.Yunusun böyük əks-sədaya səbəb olmuş dindirilməsindən çox az zaman keçib...
Avropa Şurasına üzv olandan bu yana Azərbaycanda öyünüləsi yalnız iki məqam var: ölkə qanunvericiliyi Avropa standartlarına qismən yaxınlaşdırıldı və Avropa İnsan Haqları Məhkəməsinin yurisdiksiyası tanındı.


Özlüyündə bu hadisələrin hər biri Azərbaycanın Avropa Şurasında qalmasını mübahisəli edə bilərdi. Amma birinci dəfə deyil ki, belə mübahisəli, ziddiyyətli situasiyalar yaranır.

Təbii ki, Nazirlər Komitəsinə başçılıq etmək üzvlükdən irəli gələn, təqvim xarakterli bir məsələdir. Buna görə heç kim Şura üzvlərini qınamır.

Qınaq hissi bundan xeyli əvvəl baş qaldırmışdı. Şuraya üzv olanda hamı düşünürdü ki, ölkə bundan sonra demokratiya istiqamətində irəli gedəcək.

Avropa Şurasına üzv olandan bu yana Azərbaycanda yalnız iki öyünüləsi məqam var: bir sıra hüquqi aktlar ratifikasiya olundu, ölkə qanunvericiliyi Avropa standartlarına qismən yaxınlaşdırıldı və Avropa İnsan Haqları Məhkəməsinin yurisdiksiyası tanındı.

“PODXOD” TAPILANDAN SONRA...

Amma bunları yetərli saymaq olarmı? İndi insanların dilindən daha çox bir fikir duymaq mümkündür: əgər Avropa budursa...

Təbii, Avropa bu, deyil. Bura elə Azərbaycandır və Azərbaycan kimi də qalıb- öz “dəyərləri” ilə, insanlara “podxod”u ilə...

“Podxod” dedik, yadımıza başqa detal düşdü. 70 illik sovet dövründə bir çox xalqlar rus sözlərinə özəl məna verdilər, elə bir məna ki, o, orijinalda yox idi, onu yalnız yerli rus “ləhcə”sində tapmaq olardı. İndi sovet də gedib, onun dili də, amma həmin sözlər qalıb. Onlardan biri də elə “podxod” sözüdür...

SSRİ məmurları ilə işləməyə alışmış yerli məmurlar bir qədər özlərini itirəndən, bir qədər tərəddüd edəndən sonra axır ki, avropalılara da “podxod” tapa bildilər. Bundan sonra ölkənin işləri getməyə başladı. Amma bilmirik ki, buna ölkənin işləri deyək, yoxsa məmurların?
İndi insanların dilindən daha çox bir fikir duymaq mümkündür: əgər Avropa budursa... Təbii, Avropa bu, deyil. Bura elə Azərbaycandır və Azərbaycan kimi də qalıb- öz “dəyərləri” ilə, insanlara “podxod”u ilə...


Kim birinci dəfə dilə gətirdi, bilmirik, amma indi “kürü diplomatiyası” çox işlək ifadədir. Hətta o qədər işlək ki, siyasi terminlər lüğətinə də düşə bilmək iqtidarındadır.

Yox, bütün avropalıları qınamaqdan, hamının və hər şeyin üstünə kölgə salmaqdan çox-çox uzağıq. Kimisə tutanda, kimisə incidəndə səsini çıxaran yenə də Avropadır və avropalılardır, nə türk dünyasıdır, nə də ki, uzaq Fil Dişi ölkəsi.

Fransa prezidentindən bir qədər əvvəl Azərbaycana Türkiyənin baş naziri də səfər etmişdi. Prinsipcə, o da müxalifətlə və ictimai fəallarla görüşə bilərdi, amma görüşmədi...

Fəqət, məsəl var, deyirlər ki, od olmasa tüstü çıxmaz. Tüstü isə yetərincədir, hətta o qədərdir ki, adamın gözləri yaşarır...

TƏK MƏHKƏMƏ HƏR ŞEYİ HƏLL EDİRMİ?

Demək olar ki, Avropa Məhkəməsi olan yerdə bir çox problemlər aradan qalxır. Bu Məhkəmə istənilən vətəndaşa öz hakimiyyətindən şikayət etməyə imkan verir. Düzdür, amma kiçik bir düzəlişlə - məhkəmə təxminən əllidən çox dövlətin vətəndaşının şikayətinə baxmalıdır. Bu isə o deməkdir ki, vətəndaşın işinə baxılmasının ehtimalı heç bir halda əllidə birdən çox ola bilməz...

Üstəlik, bu dövlətlərin başçılarının hamısı İngiltərə kraliçası deyil ki, ölkəsinə qarşı doqquz məhkəmə prosesini udmuş vəkili mükafatlandırsın!

Bu adamlar, əksinə çalışırlar ki, Məhkəmənin qərarlarını mümkün qədər özlərindən sovuşdursunlar. Min bir bəhanə ilə onlara əməl etməməyə, hətta belə məsələlərdə də “podxod”larını işə salmağa çalışırlar.

Amma nə yaxşı ki, həmin “podxod” hələ ki, “yuxarı”lara – Məhkəməyə yol tapa bilməyib...
Gözlə

No media source currently available

0:00 0:04:16 0:00
Direct-ə keçid

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG