-
DALİSAYAGI SİYASƏT
Mayın 11-də təkcə qonşu Türkiyədə hakim partiyanın prezidentliyə namizədinin adı açıqlanmayacaq və yaxud da sənətsevərlər böyük rəssam S.Dalinin 110 illiyini qeyd etməyəcəklər, o gün həm də Dnepropetrovskda Ukraynanın şərq bölgəsinin təmsilçiləri birgə qurultaya toplaşacaqlar.
Onlar bu qurultayda rəsmi Kiyevə qarşı necə duruş gətirəcəklərini müzakirə edəcəklər-bəli, separatçılar səylərini əlaqələndirməyə çalışır...
Niyə Ukrayna hadisələrinə belə önəm veririk? Ona görə ki, indi bu ölkədə bir neçə məsələnin taleyi həll olunur. Hətta Ukraynada proseslər başlayandan sonra Qarabağ probleminə baxışda da bir ayılma, onu daha düzgün dərk etmək cəhdi duyuldu.
Təbii ki, aktuallığa görə öndə Ukraynanın özü gəlir, çünki həqiqi müstəqilliyə can atan bu ölkə ciddi dövlətçilik problemi yaşayır desək, bir o qədər də ifrata varmarıq.
HƏRƏNİN ÖZ QƏNAƏTİ...
Amma eyni hadisədən irəli gələn nəticələr, qənaətlər fərqlidir. Halbuki Ukraynadakı proseslərdən də müəyyən ortaq, ən başlıcası isə real qənaətlərin olacağını güman edirdik. Xüsusən də Azərbaycanda.
Amma hiss olunan budur ki, buradakı rəsmilərin öz siyasi qənaətləri var-onlar böyük dövlətlərin və təşkilatların diqqətinin daha çox Ukraynadakı proseslərə yönəldiyindən yararlanaraq daxildəki “vint”ləri bir az da möhkəmləndirməyə cəhd edirlər.
XEYİRDƏN VƏ ŞƏRDƏN O TƏRƏFƏ...
Əslində isə ölkənin siyasi sistemi yetərincə avtoritardır. Bundan o tərəfə elə bir yol da görünmür, çünki bundan o tərəfə artıq totalitar qaydalar başlayır ki, onların tətbiqi hətta hakimiyyətdəkilərin öz maraqlarına belə cavab verməzdi.
Amma di gəl, siyasi xətti azacıq da olsa mülayimləşdirmək cəhdi də hiss olunmur. Bəli, təhlükəsizlik çox mühüm məsələdir, bəlkə də məsələlərin ən birincisidir, amma onun ətrafında həmişə siyasi spekulyasiyalar qurulub, özü də tək Azərbaycanda yox. Sadəcə, Azərbaycan kimi ölkələrdə bunu daha primitiv etdiklərindən o, daha tez nəzərə çarpır.
Prosesləri qətiyyən qabaqlamaq istəməzdik, amma müəyyən detallar var ki, onları qeyd etməmək də olmur.
Ya dövlət strukturları tamam səriştəsizlik göstərir, ya da ki, onlar fəaliyyətlərinə peşəkarlıq örtüyü verməyə ehtiyac duymurlar. Çünki bir neçə il ölkədən kənarda yaşayan adi bir jurnalistin dövlət sirlərindən nə qədər agah ola bilməsi və yaxud kiçik bir dini təriqətin dövlət üçün nə qədər təhlükə törətməsi o qədər də aşkar problemlər deyil və bunları apriori olaraq qəbul etmək çətindir. Hər halda, düşünməyə dəyər, düşünəndə isə başqa qənaətlər əldə edirsən...
DEMOKRATİYAYA YUMŞAQ KEÇİD...
Əvvəldə qeyd etdik ki, Ukrayna proseslərindən çox fərqli nəticələr çıxarıldı. Birinci nəticə təbii ki, N.Nazarbayevin çıxardığı nəticədir ki, bu proseslərdən sonra onun ölkəsi Rusiyaya daha möhkəm-möhkəm sığındı.
Digərləri, o cümlədən də Azərbaycan rəsmiləri bunu etməyə tələsmədilər, ona görə ki, Rusiya ilə həddən ziyadə yaxınlıq da onların maraqlarına cavab vermir. Onlar ölkə içində daha da möhkəmlənmək yolunu tutdular, müxalifəti, ictimai fəalları və jurnalistləri bir az da sıxışdırmağa başladılar.
Amma başqa yol da vardı. Özü də bu yol təkcə indi görünmür, hələ 1993-cü ildən ictimaiyyət və siyasət fəalları təkrar-təkrar ona işarə ediblər.
Qarışıq siyasi sistemlərdə və siyasi dəyərlərin hələ tamam oturuşmadığı ölkələrdə təkcə hakimiyyətə gəlmək məharət tələb etmir, elə hakimiyyətdən problemsiz getmək və ən azı özünə rahat qocalıq təmin etmək də xüsusi bacarıq tələb edir. Ukraynadakı proseslər bütün bunlara daha bir işarə idi...
Bu il ölkədə bələdiyyə, bir ildən sonra isə parlament seçkiləri keçiriləcək. Bu, bir şansdır. Hakim partiya heç olmasa bircə dəfə seçkiləri həqiqətən də udmaq yolunu tuta bilərdi.
Düzgün seçki milli barışığa və legitim hakimiyyətə aparan ən doğru yoldur.
Heç kim demir ki, mandatların hamısını bizə verin və ya yalnız biz prezident seçilməliyik-yox, heç kim belə tələblərlə çıxış etmir. Amma düzgün seçki tələbi ilə çıxış edən çoxdur.
Düzdür, əvvəllər bəziləri yalnız özlərinin qalib gəldiyi seçkiləri düzgün hesab edirdi. Amma bu, artıq arxada qalıb. İndi isə elə məqamdır ki, arxaya yox, bir qədər irəli baxmaq lazımdır, çünki finişə az qalıb, özü də çox az...
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir
DALİSAYAGI SİYASƏT
Mayın 11-də təkcə qonşu Türkiyədə hakim partiyanın prezidentliyə namizədinin adı açıqlanmayacaq və yaxud da sənətsevərlər böyük rəssam S.Dalinin 110 illiyini qeyd etməyəcəklər, o gün həm də Dnepropetrovskda Ukraynanın şərq bölgəsinin təmsilçiləri birgə qurultaya toplaşacaqlar.
Onlar bu qurultayda rəsmi Kiyevə qarşı necə duruş gətirəcəklərini müzakirə edəcəklər-bəli, separatçılar səylərini əlaqələndirməyə çalışır...
Niyə Ukrayna hadisələrinə belə önəm veririk? Ona görə ki, indi bu ölkədə bir neçə məsələnin taleyi həll olunur. Hətta Ukraynada proseslər başlayandan sonra Qarabağ probleminə baxışda da bir ayılma, onu daha düzgün dərk etmək cəhdi duyuldu.
Təbii ki, aktuallığa görə öndə Ukraynanın özü gəlir, çünki həqiqi müstəqilliyə can atan bu ölkə ciddi dövlətçilik problemi yaşayır desək, bir o qədər də ifrata varmarıq.
HƏRƏNİN ÖZ QƏNAƏTİ...
...daxildəki “vint”ləri bir az da möhkəmləndirməyə cəhd edirlər
Amma hiss olunan budur ki, buradakı rəsmilərin öz siyasi qənaətləri var-onlar böyük dövlətlərin və təşkilatların diqqətinin daha çox Ukraynadakı proseslərə yönəldiyindən yararlanaraq daxildəki “vint”ləri bir az da möhkəmləndirməyə cəhd edirlər.
XEYİRDƏN VƏ ŞƏRDƏN O TƏRƏFƏ...
Əslində isə ölkənin siyasi sistemi yetərincə avtoritardır. Bundan o tərəfə elə bir yol da görünmür, çünki bundan o tərəfə artıq totalitar qaydalar başlayır ki, onların tətbiqi hətta hakimiyyətdəkilərin öz maraqlarına belə cavab verməzdi.
Ya dövlət strukturları tamam səriştəsizlik göstərir, ya da ki...
Prosesləri qətiyyən qabaqlamaq istəməzdik, amma müəyyən detallar var ki, onları qeyd etməmək də olmur.
Ya dövlət strukturları tamam səriştəsizlik göstərir, ya da ki, onlar fəaliyyətlərinə peşəkarlıq örtüyü verməyə ehtiyac duymurlar. Çünki bir neçə il ölkədən kənarda yaşayan adi bir jurnalistin dövlət sirlərindən nə qədər agah ola bilməsi və yaxud kiçik bir dini təriqətin dövlət üçün nə qədər təhlükə törətməsi o qədər də aşkar problemlər deyil və bunları apriori olaraq qəbul etmək çətindir. Hər halda, düşünməyə dəyər, düşünəndə isə başqa qənaətlər əldə edirsən...
DEMOKRATİYAYA YUMŞAQ KEÇİD...
Əvvəldə qeyd etdik ki, Ukrayna proseslərindən çox fərqli nəticələr çıxarıldı. Birinci nəticə təbii ki, N.Nazarbayevin çıxardığı nəticədir ki, bu proseslərdən sonra onun ölkəsi Rusiyaya daha möhkəm-möhkəm sığındı.
Digərləri, o cümlədən də Azərbaycan rəsmiləri bunu etməyə tələsmədilər, ona görə ki, Rusiya ilə həddən ziyadə yaxınlıq da onların maraqlarına cavab vermir. Onlar ölkə içində daha da möhkəmlənmək yolunu tutdular, müxalifəti, ictimai fəalları və jurnalistləri bir az da sıxışdırmağa başladılar.
Düzgün seçki milli barışığa və legitim hakimiyyətə aparan ən doğru yoldur