Keçid linkləri

Təcili xəbərlər

Bakının yenidən kəşf etdiyi Tehran


Arxiv fotosu: Prezident İlham Əliyev Tehrana səfəri zamanı İranın Ali Dini lideri Ayətullah Ali Khamenei (sağda) ilə görüşür. 9 aprel 20014
Arxiv fotosu: Prezident İlham Əliyev Tehrana səfəri zamanı İranın Ali Dini lideri Ayətullah Ali Khamenei (sağda) ilə görüşür. 9 aprel 20014
Gözlə

No media source currently available

0:00 0:04:05 0:00
Direct-ə keçid

Bu gərgin aprel günlərində İ.Əliyevin İrana səfəri bir qədər diqqətdən kənarda qaldı desək gercəkliyi bir o qədər də təhrif etmərik. Düzdür, səfər zamanı fövqəladə marağa səbəb olan bir hadisə baş verməmişdi. Amma maraqlısı bu idi ki, İ.Əliyev əvvəllər də bir neçə dəfə İrana dəvət almışdı.

Amma o, hər dəfə müxtəlif bəhanələrlə bu ölkəyə səfəri təxirə salırdı.

İndi nəhayət ki, səfər baş tutdu. Üstəlik, yaxın və münasib vaxtlarda İran prezidentinin də Bakıya səfər edəcəyi bildirildi.

Bəs, münasibətlərin nisbətən mülayimləşməsinin səbəbi nədir? Məsələ bundadır ki, Qərblə İranın münasibətləri son vaxtlar işgüzar müstəviyə keçib və daha əvvəlki kimi müharibə məzmunlu bəyanatlar səslənmir. Elə Bakının özündə də əvvəllər olduğu kimi Iranda yaşayan azərbaycanlılar problemi qabardılmır.

Bu məsələ demək olar ki, siyasi müstəvidən yığışdırılıb –daha orada yaşayan azərbaycanlı əhlinin siyasi və mədəni hüquqları haqqında danışan təşkilatlar qalmayıb. Çox az sayda qalmış fəalları isə Azərbaycana buraxmırlar.

Məsələn, iranlı fəal M.Çöhrəqanlı bir neçə dəfə Azərbaycana gəlməyə cəhd edib, amma hər dəfə də rədd cavabı alıb. Maraqlıdır ki, indiki İran prezidenti H.Ruhani seçki vaxtı yerli azərbaycanlılara mədəni haqlarla bağlı bir neçə ciddi vəd vermişdi. Görünür, hətta bu detal vəziyyəti ciddi şəkildə dəyişmək iqtidarında deyil.

YAXIN QONŞULUQ SİYASƏTİ

Dərindən baxanda görürsən ki, A.Davudoglunun “Qonşularla minimum problem” doktrinası daha çox Azərbaycanda tətbiq olunur. Rəsmi Bakı ölkə daxilindəki dözümsüzlükdən fərqli olaraq ölkənin xaricində çox ehtiyatlı və
tədbirli siyasət yürüdür.
İran Ermənistanı təcavüzkar dövlət kimi tanıyıb. Amma bu, ona Ermənistanla çox geniş spektrli münasibətlər saxlamağa mane olmur. İran bölgədə Rusiyadan sonra Ermənistanın ən yaxın tərəfdaşıdır.


Düzdür, bu siyasətdə bəzən böyük diplomatiyanın tələbləri nəzərə alınır. Bu da təbiidir, siyasətdə bunsuz mümkün deyil - dünya siyasətinin reallıqları var və bu reallıqlar onları nəzərə almağı diktə edir.

Amma İranla münasibətlərdə tam anlaşmanın bərqərar olduğunu demək də hələ tezdir. İran Azərbaycanla münasibətdə hələ də “siyasi boss” roluna iddia edir, öz qonşusunun siyasətini korrektə etməyə çalışır.

Bəli, İran Ermənistanı təcavüzkar dövlət kimi tanıyıb. Amma bu, ona Ermənistanla çox geniş spektrli münasibətlər saxlamağa mane olmur. İran bölgədə Rusiyadan sonra Ermənistanın ən yaxın tərəfdaşıdır. Elə İ.Əliyevin də İrana səfərlərini təxirə salması həm də bu ölkədəki tədbirlərə Ermənistan prezidentinin də dəvət alması ilə bağlı idi.

İran Qarabağ problemində vasitəçiliyə də can atır. Amma Bakıda bu təklifi ciddi qəbul etmirlər. Bəlkə də ona görə ki, 1992-ci ilin acı epizodu - Şuşanın
işğalı hələ də yaddan çıxmayıb.

Bu il Qarabağ problemi üçün ciddi dönəmdir. May ayında atəşkəs rejiminin 20 ili tamam olur. İndi bu haqda çox danışmaq olar. Atəşkəsin Azərbaycana nələr verdiyini çox təhlil etmək olar. Bircə onu deyək ki, bu 20 ildə Azərbaycanın əraziləri mütəmadi olaraq adi və iri çaplı silahlardan atəşə tutulub, zabit və əsgərlər həlak olub.

Amma nə etmək olar? Bunu atəşkəslə bağlı razılıq əldə edərkən düşünmək lazım idi, bilmək lazım idi ki, bu, hələ sülh demək deyil... Əsl sülhə hələ çox var. Əsl sülhün bərqərar olması, Azərbaycanın haqlarının tanınması üçün ola bilsin ki, regionda çox ciddi proseslərin baş verməsi labüd olsun...

XƏZƏRDƏN DƏ PAY OLARMI?

Azərbaycanla İran arasında həllini tapmayan, müşkülə çevrilmiş problemlərdən biri də Xəzərin bölgüsüdür. İran bu məsələdə hələ də özünün qeyri-konstruktiv siyasətini davam etdirir.
Xəzər məsələsində İrana baxanda hətta Rusiya da konstruktiv mövqedədir...


Əslində 20-ci əsrin birinci yarısında İranla Sovet İttifaqı arasında bağlanmış iki müqavilə bu ölkənin Xəzərlə bağlı iddialarına nöqtə qoya bilərdi. Amma İran bu iki müqavilənin tələblərinə məhəl qoymur, Xəzərin yenidən bölünməsində israr edir.

İran bir qayda olaraq Qərb dövlətlərini Azərbaycanla münasibətlərində maneə hesab edir. Amma mütərəqqi iradə nümayiş etdirmək üçün şans var - bu, Xəzər problemidir.

Görək, İran bu iradəni nümayiş etdirməyə hazırdırmı? Hələ ki, bu hazırlığın əlamətləri görünmür. Xəzər məsələsində İrana baxanda hətta Rusiya da konstruktiv mövqedədir. Bunun özü çox şey demirmi? Əslində deyir, özü də şey çox deyir və iransayağı “qonşuluq və dostluq səmimiyyəti”nə bir aydınlıq gətirir...
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.
Sən də fikirlərini aşağıdakı foruma qeyd edib,
polemikaya qoula bilərsən.
XS
SM
MD
LG