.
Şərhi burada dinlə: Bəli, diqqətimizi nə qədər başqa siyasi məsələlərə yönəltməyə çalışsaq da bir məsələ adamı qətiyyən rahat buraxmır - Ukraynada vəziyyət dramatik xarakter alır.
Ukraynanın şərq regionları özlərini rusiyapərəst etirazçılara sürətlə və o asanlıqla təslim edirlər ki, yəqin ən iflic olmuş dövlətin də təcrübəsində belə hallara təsadüf olunmayıb. Adam sözün həqiqi mənasında bilmir buna nə izah tapsın - bütün bunları bir siyasi təxribat hesab etsin, yoxsa rusiyapərəst separatçıların gücünü etiraf etmək məcburiyyətində qalsın?
Üstəlik, Rusiya da pusquda dayanıb. Kreml birmənalı bəyanat vermir ki, dövlətlər və insanlar Rusiyanın Ukraynaya birbaşa müdaxiləsinin sovuşduğuna əmin olsunlar.
Düzdür, bu günlərdə Rusiyanın müdafiə naziri amerikalı həmkarını əmin etməyə çalışdı ki, ölkəsinin Ukraynaya müdaxilə etmək fikri yoxdur. Amma bununla belə o, NATO qüvvələrinin şərqi Avropada cəmləşməsindən narahat olduğunu da ifadə etdi – “narahat” Rusiya isə buz üstünə çıxmış dana kimidir, özünü hara çırpacağını heç kim müəyyənləşdirə bilməz...
Əslində NATO qüvvələrinin haradasa cəmləşməsi Rusiya müdafiə nazirini narahat etməməli idi - Qərbin Rusiya ilə vuruşmaq fikri olsaydı bunu Krım ilhaq olunarkən edərdi. Amma Qərb ölkələri ictimai qınaq və dinc sanksiyalar yolunu tutdular.
Üstəlik, hər bir dövlətə sanksiyaları müstəqil şəkildə müəyyənləşdirmək hüququ verildi. Bu isə o demək idi ki, ABŞ Avropa ölkələrinin Rusiyadan enerji asılılığını nəzərə alır.
HEÇ NƏ BAŞ VERMƏYİB, YOXSA...
Bəs, Rusiyanı nə narahat edir?
Birincisi, Rusiya Ukraynanın onun nüfuz sferasından çıxması ilə heç cür barışa bilmir, bütün vasitələrlə bunun qarşısını almağa cəhd edir. Ona görə də birmənalı bəyanat vermir, ukraynalıları təşvişdə saxlamağa çalışır. Təşviş üçün əsas isə yox deyildir. Sadəcə, təqdirəlayiqdir ki, Ukrayna rəhbərliyi də bütün baş verənlərə rəğmən öz kursundan dönməyəcəyini bəyan edir.
İkincisi, NATO məsələsi Rusiya üçün az qala paranoik xarakter alıb. Soyuq müharibə bitəndən sonra alyans bir neçə dəfə bəyan etdi ki, daha Rusiyanı rəqib qismində görmür.
Bu illər ərzində Rusiyaya tam üzvlükdən tutmuş birgə əməkdaşlıq Şurası yaratmağa qədər bir neçə əməkdaşlıq formulu təklif olundu. Amma Rusiya NATO-dan həmişə “xüsusi status” tələb etdi.
Artıq Gürcüstana müdaxilə zamanı NATO Rusiya ilə münasibətlərini təftiş etmək yolunu tuta bilərdi. Amma gözlədilər. Yalnız Krım ilhaq olunandan sonra Atlantika Bloku Rusiya ilə əlaqələri dayandırdı və hətta Rusiya - NATO Şurasının fəaliyyətinə xitam verdi.
Rusiya isə özünü elə aparır ki, sanki heç nə olmayıb, sadəcə, NATO ölkələri ona qarşı qərəzli mövqe tutublar. Amma həqiqətdə belədirmi?
ABŞ prezidenti hətta Krımın ilhaqından sonra da bildirdi ki, əvvəlki kimi soyuq müharibə olmayacaq, ona görə ki, Rusiya heç bir ciddi hərbi blokun başında dayanmayıb və hansısa qlobal ideyanın daşıyıcısı deyil!
Bəs, Rusiyada buna nə reaksiya verdilər? Təsəvvür edin ki, “incidilər”! Dedilər ki, niyə bizi regional dövlət hesab edirlər?!.
BÖYÜLKÜK İDDİASININ MENTAL KÖKLƏRİ…
Rusiyanın siyasi təbiətinə, onun geosiyasi iddialarına yalnız ictimai-siyasi aspektdən yanaşmaq bu ölkə haqqında heç nə deməmək, bəlkə də onun haqqındakı həqiqətləri bir qədər təhrif etmək olradı.
Bu iddiaların bəlkə də mental, etno-psixoloji kökləri də var. Məsələn, bir neçə dəfə alman siyasətçilərinin dilindən eşitmişik ki, onların ölkəsinin heç bir qlobal missiyası yoxdur.
Bəlkə də bizim belə bəyanatlara inanmağımızı kimsə sadəlövhlük kimi qəbul edəcək. Ona görə ki, siyasətçilər dediklərini etmir, etdiklərini də demirlər. Amma bizim bu bəyanatlara şübhə etməyimiz üçün də ciddi əsasımız yoxdur. Kim olmasa da Almaniyada qlobal utopiyaların öz ölkələrini və eləcə də digərlərini hara sürüklədiyini görüblər…
Rusiya ictimai-siyasi və fəlsəfi fikir tarixi isə belə deyil. Onlar qlobal missiya daşıdıqlarına nəinki özlərini inandırıblar, hətta başqalarını da buna inanmağa və bununla hesablaşmağa təhrik edirlər.
Qlobal utopiyalara görə digər ölkələr utanc hissi keçirir. Amma Rusiya prezidenti bir neçə dəfə deyib ki, biz belə hissləri, xüsusən də baş verənlərə görə günah kompleksini özümüzə yaxın buraxmamalıyıq!
Bəli, Rusiyada hər il faşizm üzərində qələbəni böyük təntənə ilə qeyd edirlər - faşizm milyonlarla insanın həyatını aparıb… Amma kommunizm xülyası, utopiyası bundan azmı zülm edib insanlara? Təkcə düşərgələrdə yüz minlərlə insan tələf oldu… İ.Stalin deyirdi ki, problemləri ölüm həll edir – insan yoxdur, problem də yoxdur…
Bu, Rusiyanın çox da uzaq olmayan keçmişindən gələn sədadır. O keçmişdən ki, V.Putin ona görə qəti utanc hissi keçirməməyi, günah kompleksini özünə yaxın buraxmamağı tövsiyyə edir. Ona görə də nə baş verirsə-versin, bir sual aktuallığını daim saxlayır: Rusiyaya inanmaq olarmı…?

Kremldə qlobal missiya daşıdıqlarına nəinki özlərini inandırıblar, hətta başqalarını da buna inanmağa və bununla hesablaşmağa təhrik edirlər.

Rusiyada hər il faşizm üzərində qələbəni böyük təntənə ilə qeyd edirlər - faşizm milyonlarla insanın həyatını aparıb… Amma kommunizm xülyası, utopiyası bundan azmı zülm edib insanlara? Təkcə düşərgələrdə yüz minlərlə insan tələf oldu… İ.Stalin deyirdi ki, problemləri ölüm həll edir – insan yoxdur, problem də yoxdur…
Bu iddiaların bəlkə də mental, etno-psixoloji kökləri də var. Məsələn, bir neçə dəfə alman siyasətçilərinin dilindən eşitmişik ki, onların ölkəsinin heç bir qlobal missiyası yoxdur.
Bəlkə də bizim belə bəyanatlara inanmağımızı kimsə sadəlövhlük kimi qəbul edəcək. Ona görə ki, siyasətçilər dediklərini etmir, etdiklərini də demirlər. Amma bizim bu bəyanatlara şübhə etməyimiz üçün də ciddi əsasımız yoxdur. Kim olmasa da Almaniyada qlobal utopiyaların öz ölkələrini və eləcə də digərlərini hara sürüklədiyini görüblər…
Rusiya ictimai-siyasi və fəlsəfi fikir tarixi isə belə deyil. Onlar qlobal missiya daşıdıqlarına nəinki özlərini inandırıblar, hətta başqalarını da buna inanmağa və bununla hesablaşmağa təhrik edirlər.
Qlobal utopiyalara görə digər ölkələr utanc hissi keçirir. Amma Rusiya prezidenti bir neçə dəfə deyib ki, biz belə hissləri, xüsusən də baş verənlərə görə günah kompleksini özümüzə yaxın buraxmamalıyıq!
Bəli, Rusiyada hər il faşizm üzərində qələbəni böyük təntənə ilə qeyd edirlər - faşizm milyonlarla insanın həyatını aparıb… Amma kommunizm xülyası, utopiyası bundan azmı zülm edib insanlara? Təkcə düşərgələrdə yüz minlərlə insan tələf oldu… İ.Stalin deyirdi ki, problemləri ölüm həll edir – insan yoxdur, problem də yoxdur…
Bu, Rusiyanın çox da uzaq olmayan keçmişindən gələn sədadır. O keçmişdən ki, V.Putin ona görə qəti utanc hissi keçirməməyi, günah kompleksini özünə yaxın buraxmamağı tövsiyyə edir. Ona görə də nə baş verirsə-versin, bir sual aktuallığını daim saxlayır: Rusiyaya inanmaq olarmı…?
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.