-
Ukrayna ətrafında cərəyan edən proseslər haqlı olaraq siyasi gündəmi zəbt etsə də digər maraqlı siyasi hadisələr də yox deyildir. Onlardan biri də qonşu Türkiyədəki prezident seçkiləridir.
Seçkilərə hələ bir neçə ay qalsa da (prezident seçkilərinin birinci turu avqustun 10-da, ikinci turu isə avqustun 28-də olacaq) artıq ölkə indidən kimin prezident olacağını müəyyənləşdirməyə çalışır. Bir qədər tələskənlik təəssüratı bağışlasa da məsələ predmetsiz də deyildir - ona görə ki, ölkədə hamı prezidentliyə iki real namizəd görür. Bunlardan biri indiki prezident A. Gül, o birisi isə baş nazir R.T. Erdoğandır. Siyasi olimpdə hələ ki, bu iki siyasətçilə mübarizə aparmaq iqtidarında olan digər siyasətçi görünmür.
Bu iki nəfərdən kimin prezident olacağı isə mayın 9-11-də keçiriləcək qurultayda bilinəcək. Bu qurultayda hakim partiya öz namizədini müəyyən edəcək.
KİMİN ŞANSI DAHA BÖYÜKDÜR?
Şanslar təxminən bərabərdir. Amma martın 30-da keçirilən yerli seçkilərdən 45,5 faizlik qələbə ilə çıxan R. T. Eradoğanın şansları daha yüksək qiymətləndirilir. Heç kim şübhə etmir ki, R. T. Erdoğan öz namizədliyini irəli sürərsə seçkidən qələbə ilə çıxacaq.
Halbuki, yerli seçkilərə qədər çoxu belə düşünmürdü. Böyük korrupsiya qalmaqalından sonra hamı belə düşünürdü ki, Erdoğanın partiyası seçkiləri uduzacaq. Hətta məğlubiyyətin ünvanları (böyük şəhərlər) da göstərilirdi. Amma deyilənlər doğru çıxmadı - Erdoğanın partiyası seçkilərdən qalib çıxdı.
İndi hakim partiya iki nəfərdən birinin üzərində dayanmalıdır. Təbii ki, partiya daxilində də R. T. Erdoğanın şansları daha böyükdür. Amma o, hələ ki, birmənalı bəyanatlar verməkdən çəkinir.
A. Gül bu vaxta qədər onun siyasi resurslarından yararlanıb. Ona görə partiya daxilində onun R. T. Erdoğana rəqib ola biləcəyini düşünmək üçün heç bir əsas yoxdur.
Həm seçki qanununa, həm də partiya nizamnaməsinə görə R. T. Erdoğan daha baş nazir ola bilməz. A. Gül haqqında isə bunu demək olmur - qanun ona daha bir dəfə prezident olmağa və ən azı iki dəfə baş nazir olmağa imkan verir.
Nə qədər gizlətməyə çalışsa da A. Gül də növbəti dəfə prezident olmaq istəyir. Amma o da R. T. Erdoğan kimi birmənalı və kəskin bəyanatlardan qaçır. Bəzən isə hətta gələcəklə bağlı planlarını hələ müəyyənləşdirmədiyini deyir. Təbii ki, o, nə qədər belə desə də, cəmiyyət onu R. T. Erdoğanla bir tandemdə görməyə alışıb...
NÖVBƏTİ TANDEMOKRATİYA?
Yox, tələsməyək. Siyasət tələskənliyi sevmir. Düzdür, əksəriyyət belə düşünür ki, nə R. T. Erdoğan, nə də A. Gül yaxın vaxtlarda böyük siyasətdən getməyəcək. Amma bu, o halda mümkün olardı ki, prezident A. Gül R. T. Edoğanın dövründə baş nazir olmağa razılıq versin. Amma A. Gül buna razı olacaqmı?
Məsələ də elə bundadır. Artıq A. Gül bildirib ki, o, R. T. Erdoğanın Medvedevi olmaq istəməzdi. Bu isə o deməkdir ki, tandemokratiya bu dəfə baş tutmaya da bilər.
R. T. Erdoğanın çıxışlarında arabir güzəşt notları sezilir. Amma hələ heç kim bilmir ki, bu notlar nə qədər ciddidir? R. T. Erdoğan çox ambisiyalı siyasətçidir. Eyni zamanda öz gücünə çox arxayındır. Hətta o qədər arxayındır ki, axır vaxtlar qeyri-populyar siyasi qərarlar qəbul etməkdən də çəkinmir.
Prinsipcə, o, A. Gülə daha bir şans verə bilər. Amma siyasət siyasətdir, bəzən prosesləri proqnozlaşdırmaq çox çətin olur...
Üstəlik, R. T. Erdoğanın seçki müddətində böyük siyasətdən kənarda qala biləcəyini düşünmək bir qədər çətin olardı.
A. Gülün D. Medvedev olmaq istəməməsinə gəldikdə isə, artıq bir neçə dəfə o, R. T. Ərdoğanla siyasi tandemdə olub. Əgər Erdoğan Gülün vaxtında baş nazir olmağa razı olubsa, bunu Gül niyə etməsin?
Təbii ki, biz Türkiyə siyasətçilərinin əvəzinə qərar verə bilmərik. Həm də qərar veriləcəyi günə də çox qalmayıb - cəmi iki həftədən sonra Türkiyəni bir neçə ilə idarə edən siyasi tandemin növbəti qərarını biləcəyik...
Bütün hallarda isə məsələni növbəti demokratik seçki həll edəcək. Açığı bunu bir qədər qibtə ilə deyirik - ona görə ki, hələ də azad və demokratik seçkilərin həsrətini çəkən millətlər var.
R. T. Erdoğanın Bakıya səfəri zamanı keçirilən birgə mətbuat konfransında İ. Əliyev dedi ki, 2018-ci ildə böyük qaz layihəsinin açılışını da elə birlikdə keçirəcəyik. Nə qədər qəribə olsa da demokratik yolla seçilən R. T. Erdoğanı İ. Əliyevin 2018-ci ildə də prezident olmaq istəməsi təəccübləndirmədi...
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir
Ukrayna ətrafında cərəyan edən proseslər haqlı olaraq siyasi gündəmi zəbt etsə də digər maraqlı siyasi hadisələr də yox deyildir. Onlardan biri də qonşu Türkiyədəki prezident seçkiləridir.
Seçkilərə hələ bir neçə ay qalsa da (prezident seçkilərinin birinci turu avqustun 10-da, ikinci turu isə avqustun 28-də olacaq) artıq ölkə indidən kimin prezident olacağını müəyyənləşdirməyə çalışır. Bir qədər tələskənlik təəssüratı bağışlasa da məsələ predmetsiz də deyildir - ona görə ki, ölkədə hamı prezidentliyə iki real namizəd görür. Bunlardan biri indiki prezident A. Gül, o birisi isə baş nazir R.T. Erdoğandır. Siyasi olimpdə hələ ki, bu iki siyasətçilə mübarizə aparmaq iqtidarında olan digər siyasətçi görünmür.
Bu iki nəfərdən kimin prezident olacağı isə mayın 9-11-də keçiriləcək qurultayda bilinəcək. Bu qurultayda hakim partiya öz namizədini müəyyən edəcək.
KİMİN ŞANSI DAHA BÖYÜKDÜR?
İndi hakim partiya iki nəfərdən birinin üzərində dayanmalıdır.
Halbuki, yerli seçkilərə qədər çoxu belə düşünmürdü. Böyük korrupsiya qalmaqalından sonra hamı belə düşünürdü ki, Erdoğanın partiyası seçkiləri uduzacaq. Hətta məğlubiyyətin ünvanları (böyük şəhərlər) da göstərilirdi. Amma deyilənlər doğru çıxmadı - Erdoğanın partiyası seçkilərdən qalib çıxdı.
İndi hakim partiya iki nəfərdən birinin üzərində dayanmalıdır. Təbii ki, partiya daxilində də R. T. Erdoğanın şansları daha böyükdür. Amma o, hələ ki, birmənalı bəyanatlar verməkdən çəkinir.
A. Gül bu vaxta qədər onun siyasi resurslarından yararlanıb. Ona görə partiya daxilində onun R. T. Erdoğana rəqib ola biləcəyini düşünmək üçün heç bir əsas yoxdur.
Həm seçki qanununa, həm də partiya nizamnaməsinə görə R. T. Erdoğan daha baş nazir ola bilməz. A. Gül haqqında isə bunu demək olmur - qanun ona daha bir dəfə prezident olmağa və ən azı iki dəfə baş nazir olmağa imkan verir.
Nə qədər gizlətməyə çalışsa da A. Gül də növbəti dəfə prezident olmaq istəyir. Amma o da R. T. Erdoğan kimi birmənalı və kəskin bəyanatlardan qaçır. Bəzən isə hətta gələcəklə bağlı planlarını hələ müəyyənləşdirmədiyini deyir. Təbii ki, o, nə qədər belə desə də, cəmiyyət onu R. T. Erdoğanla bir tandemdə görməyə alışıb...
NÖVBƏTİ TANDEMOKRATİYA?
Yox, tələsməyək. Siyasət tələskənliyi sevmir. Düzdür, əksəriyyət belə düşünür ki, nə R. T. Erdoğan, nə də A. Gül yaxın vaxtlarda böyük siyasətdən getməyəcək. Amma bu, o halda mümkün olardı ki, prezident A. Gül R. T. Edoğanın dövründə baş nazir olmağa razılıq versin. Amma A. Gül buna razı olacaqmı?
Məsələ də elə bundadır. Artıq A. Gül bildirib ki, o, R. T. Erdoğanın Medvedevi olmaq istəməzdi. Bu isə o deməkdir ki, tandemokratiya bu dəfə baş tutmaya da bilər.
Əgər Erdoğan Gülün vaxtında baş nazir olmağa razı olubsa, bunu Gül niyə etməsin?