Keçid linkləri

Təcili xəbərlər

Rusiya güclə hesablaşır, amma indi güc tək nüvə başlıqlarının sayında deyil


Arxiv foto: Rusiya tərəfdarı aksiyaçı Slavyanskda Rusiya bayrağı sancdığı barrikadanı qoruyur. 14 aprel 2014
Arxiv foto: Rusiya tərəfdarı aksiyaçı Slavyanskda Rusiya bayrağı sancdığı barrikadanı qoruyur. 14 aprel 2014
-
Gözlə

No media source currently available

0:00 0:04:42 0:00
Direct-ə keçid

RUSİYANIN TARİXİ SƏHVİ

Təhlilçilər və reportyorlar Ukraynanın artıq parçalandığını iddia etsələr də proses hələ davam edir və davam etdikcə də Ukraynanın bu problemi dəf edə biləcəyinə ümidlər qalır.

Həqiqətən də olduqca çətin durumdur. Vəziyyət ona adekvat qərarlar qəbul etməyi, situasiyanı güç strukturlarının köməyilə dəyişməyi tələb edir. Amma nəinki yerli təhlilçilər, hətta xarici müşahidəşilər də güc tətbiq ediləcəyi təqdirdə Ukraynanın daha ağır duruma düşəcəyini proqnozlaşdırırlar.

Problem isə birinci növbədə Rusiya ilə bağlıdır. Əksəriyyət bu fikirdədir ki, Rusiya fürsət gözləyir.

Düzdür, Krımın ilhaqından sonra Rusiyanın Ukraynanı şərq rayonlarına da göz dikdiyini təxmin etmək çətindir. Ona görə ki, bu ölkənin artıq diqqətinə çatdırılıb ki, Ukraynanın şərq bölgələrinə müdaxilə etmək onun tarixi səhvi olardı.

Amma səhvi tək Rusiya etmir. Ölkənin şərqində vəziyyəti normallaşdırmaq üçün Kiyevin göndərdiyi hərbi birləşmələrin bəzisi etirazçıların tərəfinə keçir, silah-sursatı, texnikanı etirazçılara verir. Problemin qəlizliyi bundadır - Ukraynanın şərq regionlarının hətta qeyri-rus əhalisi də Rusiyaya isti münasibəti ilə seçilib.

MƏNTİQ OLMAYANDA

Rusiyanın özünün siyasətini və siyasətçilərini məntiq çərçivələrinə sığışdırmaq olmur. Onlardan hər şeyi gözləmək mümkündür.
...vəziyyəti normallaşdırmaq üçün Kiyevin göndərdiyi hərbçilərin bəzisi etirazçıların tərəfinə keçir, silah-sursatı onlara verir. Problemin qəlizliyi bundadır. Ukraynanın şərq regionlarında hətta qeyri-rus əhalinin də Rusiyaya isti münasibəti var.

İndi xarici işlər naziri S.Lavrov deyir ki, Ukrayna öz vətəndaşlarının qarşısına tankları çıxarmamalıdır. Rusiya mediası bir verilişdə D.Umarovun öldürüldüyünü böyük sevinclə xəbər verir, o biri verilişdə Ukraynanın özünün şərq bölgəsində vəziyyəti dəyişmək üçün gücdən istifadə etməyini az qala böyük faciə kimi qələmə verir.

Ukraynanın şərqindəki etirazçılar dinc deyil. Dinc etirazçı hakimiyyət binalarını zəbt etmir, silahlanmır qurmur. Onlar bir meydana toplaşır və dinc şəkildə öz etirazlarını bildirirlər.

Amma Ukraynada belədirmi? Əsla. Etiraz edənlər, şərq rayonlarının Ukraynaya birləşməsini tələb edənlər çox yaxşı silahlanıblar. Rusiya isə gücün məntiqini diktə edir.

Çeçenistanda Rusiya nə etdi? Kütləvi qırğın silahları isitisna olunmaqla bütün müasir silahlardan - tanklardan, təyyarələrdən istifadə etdi və bölgəni xarabalığa çevirdi. Çeçenistanda bu gün də hərbi əməliyyatlar davam edir. Bu bölgənin 90-cı illərdə yaşadıqlarını təsəvvür etmək olduqca çətindir.

FEDERALLAŞMA ZƏRURİ OLSA...

Siyasət lazımi vaxtda lazimi qərarları qəbul etmək sənətidir. Ola bilsin ki, federallaşma Ukrayna üçün zəruri olacaq. Bundan ehtiyat etmək lazım deyil və düşünmək lazım deyil ki, Rusiyanın iddia etdiyi kimi federallaşma Ukraynanın dövlət kimi sonu olacaq.

Əgər federallaşma sondursa niyə federativ dövlət olan Rusiyanın özü parçalanmır? Niyə dünyanın ən qüdrətli dövləti olan ABŞ-ı federalizm sona sürükləmir?
Rusiya mediası bir verilişdə D.Umarovun öldürüldüyünü böyük sevinclə xəbər verir, o biri verilişdə Ukraynanın özünün şərq bölgəsində vəziyyəti dəyişmək üçün gücdən istifadə etməyini az qala böyük faciə kimi qələmə verir.

Bu xüsusda Rusiya mediasının dedikləri spekulyasiyadan başqa bir şey deyil.

Onlara bir qədər az qulaq asmaq lazımdır. Məsələ bundadır ki, Rusiya dünyanı çaşdırmaq üçün şərq bəlgəsində müqavimət göstərənləri federallaşma tərəfdarları adlandıdırır.

Əslində onlar adi separatçılardır. Federallaşma tərəfdarları əllərində Ruisiyanın yox, Ukraynanın bayraqlarını tutardılar. Bəli, önlar Rusiya yox, Ukrayna qışqırardılar.

Amma onlar belə etmir. Ona görə ki, Rusiyadan idarə olunduqları hiss olunur.
Rusiya onlara haqq qazandırır, bəlkə də zəruri texnika ilə təchiz edir.

MÜASİR DÜNYADA GÜC ANLAYIŞI

Bəli, U.Cherchill deyirdi ki, Rusiya yalnız güclə hesablaşır. Amma onun güclə bağlı təsəvvürləri bir az məhduddur. Müasir dünyada güç deyildikdə nə nəzərdə tutulur?
U.Cherchill deyirdi ki, Rusiya yalnız güclə hesablaşır. Amma onun güclə bağlı təsəvvürləri bir az məhduddur. Müasir dünyada güç deyildikdə nə nəzərdə tutulur?


Geniş və mürəkkəb məsələdir.

Amma bir şey aydındır ki, milli güc yalnız hərbini, nüvə başlıqlarını nəzərdə tutmur. Heç coğrafi və demoqrafik meyarlar da əsas deyil.

İndi ciddi şəkildə Rusiya iqtisadiyyatında gedən prosesləri araşdırmaq lazımdır. İqtisadiyyat artıq ləngər vurur, göstəricilər aşağı düşür. Hətta ölkənin qüruru sayılan “Qazprom”un aksiyaları düşür.

Halbuki Krım münaqişəsindən bir qədər əvvəl rusiyalı təhlilçilər aksiyaların bir trillion dollara çatacağını proqnazlaşdırırdılar. Amma əksinə oldu, aksiyalar düşdü.

Təəssüf ki, Rusiyaya qarşı tətbiq ediləcək sanksiyalar məsələsində tam aydınlıq yoxdur. Bəzi ölkələr tərəddüd edir. Ona görə ki, onların, xüsusən də Almaniyanın və Fransanın Rusiyadan enerji - qaz asılılığı var.

Amma Ukrayna tək də qalmayacaq. İndi əsas məsələ odur ki, bu ölkəyə ciddi maliyyə yardımı edilsin. Çox güman ki, Avropa da prezident seçkilərini, onların nəticəsini gözləyir. Bu da əhəmiyyətsiz məsələ deyil. Avropa istəyir ki pulun kimə, hansı siyasi komandaya, hansı siyasi kabinetə veriləcəyini bilsin.
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.
Sən də fikirlərini aşağıdakı foruma qeyd edib,
polemikaya qoula bilərsən.

Ən son yazılan

XS
SM
MD
LG