Məndən məsləhət uman oxucuma nə deyərdim? Deyəcəklərimin çoxları üçün ilginc ola biləcəyini düşünərək deyirəm. Bu söyüş və nəşə-filan məsələsinə görə meyxanadan dilxor olanda yadına sal ki, oxşar hallar Qərbin repində, reperlərində də olur
Azərbaycan türkləri hansı konularda söhbətdən ləzzət alırıq? Özü də o ləzzəti ki, içində özümüzü ağıllı bilməyimizin də məmnunluğu var?
Onun haqqında nəsə yazmaq borcum idi, gecikdim və indi başlayanda belə bir problemlə rastlaşdım: necə etməli ki, yubiley məddahçılığı olmasın…Kimsə söyləyib ki, qafiyə şeirin misralarına vurulmuş qızıl mismarlardır. Eləcə də parlaq kəslər mədəniyyətə vurulmuş qızıl qafiyələrdir. Vaqif İbrahimoğlu, bax, belə mismarlardandır
Bizim camaat tez-tez «məna» sözünü işlətsə də soruşanda bəlli olur ki, «məna»nın mənasını «hiss edirlər», di gəl bilmirlər
İnsanların ara danışıqlarında «problem», «prinsip» terminlərini işlətməsi «csientizm»in, yəni elmbazlığın çoxdan dünyamıza girməsinə tanıq, şəhadət verir. Bu tanıqların ən maraqlısı isə 70-ci illərdə hətta kənddən gəlib tikintilərdə işləyən fəhlələrin də dilinə keçmiş «variant» sözüdür
Kimsə deyə bilər, nə fərqi var, «məfhum» sözünü işlədək, ya «anlayış» sözünü? Nə fərqi var, «həqiqət» olsun, ya «doğru», «gerçək», «şey», «cisim» olsun, ya «nəsnə»?
İndi isə gəlin, belə bir sual qoyaq: nədən dilimizin düşüncə mədəniyyəti üçün önəmli olan sözlərinin sırasına öz sözlərimizin sayını, gücümüz çatan qədər, artırmalıyıq?
Bakının landşaftı elədir ki, dağ tərəfdən amfiteatr kimidir və əyri-üyrü trayektoriyanın oyununa imkan açır
Milli yaddaşsızlığımız özümüz haqqında saldığımız əski sör-söhbətlərdəndir. Özümüzü yaddaşsızlıqda suçlamağımızın kökündə belə bir ideya durur ki, yaddaşlı və yaddaşsız uluslar var