70-ci illərdə Azərbaycan teatrında dalğa yaratmış, bir xeyli aktyor, sonralarsa xeyli olmayan rejissor doğ-urmuş Vaqif İbrahimoğlunun ötən ay 60 yaşı tamam oldu. Onun haqqında nəsə yazmaq borcum idi, gecikdim və indi başlayanda belə bir problemlə rastlaşdım: necə etməli ki, yubiley məddahçılığı olmasın…Kimsə söyləyib ki, qafiyə şeirin misralarına vurulmuş qızıl mismarlardır. Eləcə də parlaq kəslər mədəniyyətə vurulmuş qızıl qafiyələrdir. Vaqif İbrahimoğlu, bax, belə mismarlardandır. «Necə yazım»ı düşünə-düşünə gördüm ki, ən səmimisi onun haqqında gündəliyimdən seçmələri çıxarmaqdır.
22.01.88.
Yadıma Vaqif İbrahimoğlu ilə tanışlığım bütün dadı-tamı ilə düşür. Moskvadan gələndə Zeynal (Məmmədli) məni Anarla tanış etdi. Məqaləmi oxuyub bəyəndi. Yanına gedəndə dedi ki, məqaləni oxumaq üçün Rəhman Bədəlova vermişəm. Getdim onunla tanış oldum. Məqaləmin adı «Söz sənətində arxaik qalıqlar» idi.
Sonra Rəhman dedi ki, sizin institutda Vaqif adında maraqlı bir rejissor var, get adımı ver, məşqlərinə bax. Demə, onları da Anar tanış edibmiş.
Nəsə, getdim teatra, uzun, arıq, yaşıl pencəkdə oğlan gördüm (bu pencək xeyli onun əynindən çıxmadı), başında da qədeşsayağı tüklü papaq. Soruşdum məşqinizdə olmaq olar. Dedi yox. Dedim Rəhman deyib sizinlə tanış olum. Bunu eşidəndə mehribanlaşdı. Məşqdə isə məni mat qoydu. Ondan sonra Tədris teatrında hamımıza ləzzət verən, hamımızı gəlişdirən söhbətlər başladı. Bütün bunlar, təxminən, 1978-ci ildə olmuşdu.
7.02.83.
Vaqifin Az.TV-dəki çıxışlarından hoqqalar. Birinci dəfə Tədris teatrının rejissoru kimi çıxış edəndə qara gözlük taxmışdı. Bu öyrəşilməmiş şeydi, deyirdilər ki, nə ədabazdır.
Musiqili Komediyanın baş rejissoru olanda isə teleefirdə «interpretasiya», «motiv» kimi «elmi» sözləri əda ilə işlədirdi və hər birisindən öncə guya onların azərbaycanca qarşılığını tapmağa çalışırmış kimi fasilə verir, iki gözünü də yada salma aktının bildiricisi kimi yuxarı bərəldirdi və guya tapa bilmədiyi üçün o sözləri işlətməli olurdu …Kim idi ondan başqa TV çıxışında belə oyunbazlığa gücü və üzü çatan?!
26.12.86
Vaqif «O olmasın, bu olsun» tamaşasını qoyanda Zori Balayanı ələ salan bir şeiri Hacıbabanın dilindən verdi (o zaman Mərkəzi Komitə xalqlar dostluğunu yeridirdi). Tamaşada hamının ürəyindən elə bil tikan çıxdı. Bir DTK polkovniki gəlib Vaqifə sağ ol dedi.
30.12.86
Moskvada nəsə teatr rejissorlarının təkmilləşdirmə kursunda olanda müəllim mövzu ortaya atır, hamı danışır, Vaqifsə uzun müddət susur. Onu dilləndirməyə cəhd edəndə həyasız qafqazlı səsi, kobud azərbaycanlı ləhcəsində və norka papaqlı alverçi sifətində başlayır Levi-Strossdan, Baxtindən istifadə edə-edə binar strukturlardan, arxetiplərdən intellektual gop yapmağa. Yalnız sonralar görürlər ki, onun normal ruscası var.
14.03.87.
Vaqifin «Gözün aydın» tamaşasına baxdım. Birinci hissə qurulmağına qurulmuşdu, ancaq dramaturji materialın darıxdırıcılığı qalmışdı. Vaqif tənəffüsdə soruşdu: - «Necədir?».
Mızıldadım. Demə bu da Vaqifin bir fırıldağı idi. İkinci hissədə mən, Zeynal başladıq gülməkdən ölməyə. Vaqifə xanımım Dilarə yemək üçün balıq gətirmişdi. Səhnədən aktyorlardan biri harasa uzaqlara qışqırdı: A filankəs, Niyaziyə denən balığı çatdırdılar mənə (istəsən, buna Dava vaxtı sədrin korrupsionerliyinə eyham kimi də başa düşmək olardı).
Başqa yerdə arvad eşidəndə ki, Salyanski Salyandadır, qışqırır, Rəhmanı tanıyırsan (Rəhman Bədəlovun bir tərəfi Səlyandandır).
Vaqifə tamaşadan qabaq balıq gətirdiyim çantanı vermişdim. Orada Borxesin də kitabı vardı. Sonrakı hissədə soruşdum: Qəhrəmanın arvadı üç gündü kənddədi. Bəs niyə o biri sevgilisinə çaş-başlığı anlatmır?
Vaqif: Borxes - dedi.
Bu cavabdan güldüm. Borxesin ağ yalanları gizlətmək istəmədiyi gopları və bizim bayağı, dayaz libretto müəllifimiz.
Rəhman dedi ki, bu tamaşa Vaqifdə yeni mərhələdir, parodiya deyil, aşağı janrı elə kanonlaşdırmaqdır ki, sonucda yeni anlam və yeni görüntülər qazanılır.
Bəlkə burada ardı var yazım?