KARDİOQRAMMANIN ESTETİKASI VƏ «ZOOLOGİYASI»
Kardioqrammanın qalxıb-enən zirvəli əyri cızıqları - buz sır-sırası, salxımları - Nyu-Yorkun, Hyustonun «daun-taun» deyilən mərkəzlərində göydələnlərin sinusoid əyriləri – hamısı qalxıb-enən trayektoriyalara dürlü görüntülər verir.
Kardioqrammada dik-dük cızıq düz xəttə çevriləndə ürəyin dayanmasını göstərir. Oxşar olaraq, tam simmetriklik ölgünlükdür. Ona görə də pasport şəklində qımışıqdan əyilməmiş azərbaycanlı üzü donuqdur. Təbəssüm üzü asimmetrikləşdirəndə isə canlı sifət peyda olur.
Bakının landşaftı elədir ki, dağ tərəfdən amfiteatr kimidir və əyri-üyrü trayektoriyanın oyununa imkan açır. Bir lay aşağıda, o birisi yuxarıda, biri çəpinə sağdan sola qalxır, o birisi sağdan sola düşür. Ancaq di gəl ki canlı görüntünün bu təbii, mərtəbə-mərtəbə meydançaları indiki memarlığın boyda bir-birindən az fərqlənən binaları ilə ölgünləşdirilib. Plakatda bir boyda biçilmiş əsgərlər intizam ideyasının dəlisi olan generallara ləzzət verir. Güman ki Bakının çiyin-çiyinə durmuş yeni binaları ancaq hərbi intizam vurğunlarını xoşhal edər. Baxın Mehdi Hüseyn küçəsinin dikdirindən dənizə üz tutmuş böyür-böyürə düzlənmiş binalara, kardioqrammada ürəyin dayandığını göstərən düz cızığı cızırlar. Burda da belə tikintiyə icazə verərlər?! Mənhəttəndə isə binaların «kardioqramması» adamı fantastik trayektoriyalar məkanına salır.
Bakıda bina üçün ayrılmış yerdən maksimum pul çıxarmaq istəyi və hündürlüyə limit qoyulması ona gətirir ki, yan-yana bir boyda düzülmüş evlər tikirlər. Kim əyri xətlərin oyunu və estetikası xətrinə pulundan keçər?! Ona görə də Bakının «kardioqrammasında» çoxlu dayanmış ürək cızıqlarını görmək olar.
Bəs bu durumda nə yapmaq olardı? Məsləhətlər Bakı üçün bir az gec olsa da, bəlkə Gəncə, Sumqayıt üçün gec olmayacaq?
QANUNVERİCİLİYİ MEXANİZMƏ ÇEVİRMƏK İSTƏSƏK
Görünür, yan-yana tikilmiş binalardan birinin qısa boy o birinin hündürboy olması üçün və sonucda canlı ürəyin kardioqrammasını almaq üçün qanunvericilik «balacaboy» binanı tikənin itgisinin əvəzini verməyə məcbur etməlidir. Məsələn, İcra hakimiyyətini həmin tikinti şirkətinə başqa yerdə güzəştlə yer verməyə zorunlamalıdır. Vergidə də güzəşt ola bilər və s.
Başqa bir qanunvericilik məsləhəti (bunu iki üç millət vəkilinə də söyləmişəm): ayrıca bir qanun çıxmalıdır və Bakının konkret yerlərində, məsələn, sökülmüş Moskva mehmanxanasının yeri tipində məkanlarda tikintiyə 10-15 il üçün yasaq qoymalıdır. Nəyə görə? Ona görə ki bizdə hələ də sovet görməmişliyi, zövqsüzlüyü var və standart göydələnlərə baxanda ağlımız gedir. Aman Allah, 70-ci illərdə Yasamalda 9 mərtəbəli evlər tikiləndə mən necə öygü duyurdum, elə bil, bizdə dünyanın 7 möcüzəsindən biri yapılıb. İndiki zamanda bu memarlıq görməmişliyi başqa səviyyədə yenə qalmaqdadır. 15-20 mərtəbənin şokoladsayaq plitkaları, gümüşü üzlükləri bəs edir ki, özümüzü nəfis qolbağılara tamaşa edən kimi duyaq…Hərçənd son zamanlar Bakı memarlığında yaxşı kitablara düşəcək bir olay baş verib. Yox, bu olay bina deyil. Bu olay rəmzdir. Tarixi «Beşmərtəbə» adını qorumaq üçün estetikası heç nə olan Beşmərtəbəni abıra salıblar. Bizim sökmək həvəsinə görə belə amansız çağımızda bahalı yerin verdiyi pul semiotikanın, tarixi adın güdazına verilib və bu ola bilməz bir iş, dərin düşüncəyə material verəcək faktdır.
Ancaq bu tərifdən qayıdaq xəfif tənqidə. Bakının görünüşünə canlı ürəyin kardioqrammasını verəcək neçə-neçə məkan tərg edilib. Bu vəziyyətdə qanun müəyyən yerləri 10-15 il üçün tikməyə yasaq etsə, gələcəkdə görməmişliyimiz gedəndə, zövqlərimiz incələndə və Bakıya qayğı mədəniyyətimiz formalaşanda ümid etmək olar ki, unikal biçimli, dünya memarlığına ərməğan sayılan binalar Bakının ən ilginc nöqtələrinə sancılmış olacaqlar.
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.