Keçid linkləri

Təcili xəbərlər

Rusiya mozaikası


Moskvada rus millətçilərinin yürüşü - 4 noyabr 2014
Moskvada rus millətçilərinin yürüşü - 4 noyabr 2014

-

Gözlə
Embed

No media source currently available

0:00 0:04:12 0:00
Direct-ə keçid

RUSİYA MƏTBUATINI NƏ QEYZLƏNDİRİB?

Rusiya mətbuatı tatarları millətçilkdə ittiham edir. Maraqlıdır, görən tatarlar buna nə ilə rəvac veriblər? Məlum olur ki, Qazanda tatarlar rus millətçilərinə «Rus marşı» keçirməyə icazə verməyiblər....

Bu gün, noyabrın 4-də Rusiyada milli birlik günüdür. Ona görə də bir az əvvəldə yazdıqlarımız bu konteksdə bizə maraqlı göründü. Ümumiyyətlə isə Rusiya mövzusu bir neçə səbəbdən indi çox aktual görünür...

Məhz bu ölkənin təhriki ilə Ukraynanın Şərqində «seçkilər» keçirildi. Təbii ki, bu seçkiləri dünyanın heç bir sivil dövləti tanımayacaq...

Əgər tanınmış siyasətçini Krımın ilhaqını pislədiyinə görə cinayət məsuliyyəti ilə hədələyirlərsə, bunu da ciddi qəbul etmək lazımdır...

Amma məsələ bunda deyil. Əgər bu gün rus müğənnisi, özü də sovetlər dövründə də yaşamış bir insan durub «Mənim ölkəm dəli olub!» deyirsə, bunu ciddi qəbul etmək lazımdır. Əgər tanınmış siyasətçini Krımın ilhaqını pislədiyinə görə cinayət məsuliyyəti ilə hədələyirlərsə, bunu da ciddi qəbul etmək lazımdır...

Bu ölkənin tarixində çox şey olub ki, onlar müəyyən mənada ölkə əhalisinin indiki davranışını izah edir.

Tarixdə «rus milli ideyası» kimi konsepsiya olub və yenidənqurma illərində qartalın ikibaşlı olmasını zarafatla şəkil çəkilərkən onun başını tərpətməsi ilə izah etsələr də bu, məsələyə səthi yanaşma idi - qartal həqiqətən də ikibaşlı idi, biri Qərbə, digəri isə Şərqə baxırdı...

ADENAUER ALMANLARA HANSI «DİAQNOZ»U QOYDU?

Alman siyasətçisi Konrad Adenauer haqqındakı kitabda maraqlı detala rast gəlmişdim. Bu mübariz alman öz millətinin beynindən onların əlahiddə millət olması haqda söylənilənləri silmək, əvəzində almanların da dünyadakı bütün millətlər kimi yaxşı və yaman keyfiyyətlərə malik olması haqdakı fikirləri öz həmvətənlilərinə aşılamaq istəyirdi...

Bu çox düzgün sosial diaqnoz idi. Faşist təbliğatı insanların beyinlərini korlamışdı, onları xəstə millətə çevirmişdi. Lider lazım idi ki, bunu görsün və öz millətini yenidən normal həyata, normal düşüncə tərzinə qaytarsın...

Faşist təbliğatı insanların beyinlərini korlamışdı, onları xəstə millətə çevirmişdi. Lider lazım idi ki, bunu görsün və öz millətini yenidən normal həyata, normal düşüncə tərzinə qaytarsın...

Elə orta statistik rusiyalı da müəyyən mənada təbliğatın qurbanı olub. Bəlkə də onların arasında elələri vardı ki, bir şüşə araqdan savayı heç nəyin fərqində deyildilər. Amma onların adını «böyük qardaş» qoymuşdular, halbuki bu adamlar öz həyatlarının belə yükünü çəkə bilmirdilər...

YAXŞICA İŞLƏMƏK VƏ YAXŞICA İSTİRAHƏT ETMƏK...

Bir dəfə bir alman siyasətçisi də demişdi ki, onun ölkəsinin heç bir missiyası və ideyası yoxdur, biz yaxşıca işləmək və yaxşıca da istirahət etmək istəyirik...

Bu, çox düzgün yanaşma idi. Normal insan üçün həyat nə vaxt maraqlı olur? O vaxt ki, o, səhər işə tələsir, axşam da evə...

Yazının əvvəlində tatarlara hiddətlənən Rusiya mətbuatı haqqında yazdıq. Bəs bu adamlar özləri kimdir? Özləri də rus millətçiləridir. Bunun elə bir fərqi varmı? Təbii ki, yoxdur! Dünyanın bütün ulturamillətçilərinin dedikləri və yazdıqları o qədər oxşar olur ki, siz, məsələn, Burkina-Faso millətçisinin dediyi şeylərə, çəkdiyi adlara dərhal Rusiya adları qoysanız təxminən rus millətçisinin manifesti alınar!

MİLLƏTÇİLƏRİN ÜÇ İDEYASI...

Onların birinci «ideyası» özlərinin əlahiddə, seçilmiş millət olmaları haqqında deyilən sosial mifdir. İkinci «ideya»ları....

Onlar, dünyanın bütün millətçiləri eyni şeyləri deyirlər, eyni vurğuları edirlər. Onların birinci «ideyası» özlərinin əlahiddə, seçilmiş millət olmaları haqqında deyilən sosial mifdir. İkinci «ideya»ları qüdrətli dövlət yaratmaq ideyasıdır və nəhayət, üçüncü «ideya»ları bütün dünyanı idarə etmək istəyidir...

Bütün millətçilər üçün sanki əvvəldən bir mətn yazılıb. Onlar sadəcə, bu mətni fərqli dillərdə oxuyurlar. Hətta auditoriyaları da eynidir. Millətçilərin toruna kimlər düşür? O, insanlar ki, həyatda özlərini reallaşdıra bilməyiblər, o insanlar ki, bu dünyada özlərini bir fərd kimi hiss edə bilmirlər, o insanlar ki, özlərini kütlə içində daha rahat hiss edirlər...

RUSİYAYA KİM LAZIMDIR?

Təbii ki, milli haqlar olmalıdır. İnsan millətini sevməlidir. Ona görə ki, bu, müəyyən mənada özünü sevməkdir. Biz burada ultramillətçilərdən bəhs edirik.

Elə Rusiyanın öz tarixində də adamlar vardı ki, ona imperiyanı sevmək üçün Qafqaz dağlarının zirvəsindən aşağıya baxmaq kifəyət idi...

Dərindən düşünəndə görürsən ki, ultramillətçi adlananlar əksər hallarda öz millətlərini sevmirlər, onun haqqında təsəvvürlərində yaratdıqları obrazı sevirlər... Elə Rusiyanın öz tarixində də adamlar vardı ki, ona imperiyanı sevmək üçün Qafqaz dağlarının zirvəsindən aşağıya baxmaq kifəyət idi...

Elə insanlar da vardı ki, bir rus şəhərindən digərinə səyahət edir, imperiyanın nə gündə olmasını və insanların necə ağır həyat yaşadıqlarını göstərirdi...

Qəsdən ad çəkmədik və iki rus yazıçı tipini göstərdik. Onlardan hansı millətini daha çox sevirdi?

200 il keçsə də orta statistik rusiyalı hələ də bu suala cavab verməyib...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG