-
O VAXT PARLAMENT NƏ DÜŞÜNÜRDÜ?
Bu həftə bir hadisə səssiz, elə bir diqqət çəkmədən sovuşub keçdi-düz 23 il bundan əvvəl Azərbaycan parlamenti Dağlıq Qarabağın muxtariyyatını ləğv etmişdi.
Demirik ki, bu hadisə sonradan Dağlıq Qarabağ probleminin bütün gedişini müəyyən etdi, yox, belə olmadı. Amma o, hər halda bu mövzuda düşünmək və müəyyən nəticələr çıxarmaq üçün bir presedent yaratdı.
Ötən bu zaman ərzində Dağlıq Qarabağ özünə ən yüksək statusu əldə etdiyini düşünür, Azərbaycan isə bu bölgəyə heç bir status vermədiyini, onu sıfır muxtariyyat səviyyəsində saxladığını düşünür...
O vaxtkı radikallığa bu gün bəraət qazandırmaq mümkündürmü? Nəzərə alanda ki, indi Azərbaycan rəsmilərinin ən çox sevdiyi fikir Dağlıq Qarabağa dünyada təsadüf edilən ən böyük statusu verməkdir, görürsən ki, bu, bir o qədər də zəruri deyildi...
Ötən bu zaman ərzində Dağlıq Qarabağ özünə ən yüksək statusu əldə etdiyini düşünür, Azərbaycan isə bu bölgəyə heç bir status vermədiyini, onu sıfır muxtariyyat səviyyəsində saxladığını düşünür...
Prinsipcə, hər iki tərəfdən radikallar razı qala bilər. Amma məsələ də bundadır ki, radikalların mövqeyi heç vaxt münaqişələrin siyasi həllinə gətirib çıxarmır, radikallar prosesi münaqişəyə gətirib çıxarır və sonra da siyasi səhnədən çəkilirlər...
DAĞLIQ QARABAĞ HƏLƏ SOVETLƏR VAXTINDA...
Amma ən maraqlısı bilirsiniz nədir? Bu Qarabağ probleminin bir əsrlik yaşı var. Dağlıq Qarabağın muxtariyyatı haqqında qanun ilk dəfə Azərbaycanın Ali Soveti tərəfindən hələ 1981-ci ildə qəbul olunmuşdu. Həmin qanun Qarabağa geniş səlahiyyətlər verilməsini nəzərdə tuturdu...
Biz bu səlahiyyətlərə diqqət yetirdik. Onların içində belə bir məqam da vardı ki, Dağlıq Qarabağa həm də müdafiə sahəsində səlahiyyət verilirdi...
Təbii ki, bu suallara 1981-ci ildə cavab verilməli idi. Amma hələ də bu məsələnin üstündən sükutla ötüb keçirlər. İndi baxıb görürsən ki, Dağlıq Qarabağın erməni əhalisinin indiki tələblərində hətta müəyyən məntiq var.
Bəs bu nə demək idi? O vaxt, yəni hələ sovet dövründə, 1981-ci ildə kiçik bir vilayətin müdafiə səlahiyyətləri nəyinə lazım idi? Onlar bu səlahiyyətlə nə edəcəkdilər?
Təbii ki, bu suallara 1981-ci ildə cavab verilməli idi. Amma hələ də bu məsələnin üstündən sükutla ötüb keçirlər. İndi baxıb görürsən ki, Dağlıq Qarabağın erməni əhalisinin indiki tələblərində hətta müəyyən məntiq var.
Bu bölgənin hələ 80-ci illərdə çox geniş səlahiyyətləri olub. Ona görə də onlara Azərbaycan rəsmilərinin indiki bəyanatları və vədləri o qədər də maraqlı görünmür.
Əgər bu bölgənin hələ 1981-ci ildə müdafiə sahəsində belə geniş səlahiyyətləri var idisə indi onların müəyyən hərbi strukturlara malik olması təəccüblü görünməlidirmi?..
QARABAĞ NƏ VAXT NƏZARƏTDƏN ÇIXMIŞDI?
Bir hüqüq müdafiəçisi bizə belə bir epizod danışmışdı. Seminarların birində ona bir Ermənistan vətəndaşı yaxınlaşıb deyibmiş ki, Azərbaycan Dağlıq Qarabağa nəzarətini hələ 70-ci və 80-ci illərdə itiribmiş...
Faktlara baxanda, o dövrün məmurlarının dediklərini araşdıranda görürsən ki, həmin Ermənistan vətəndaşı müəyyən mənada haqlı imiş...
Bir neçə il sonra İlham Əliyev həmin bölgəyə Avropada təsadüf edilən ən yüksək muxtariyyatları vəd etdi. Amma Ermənistan və Dağlıq Qarabağ yenə də razı olmadı...
Amma bu, hələ hamısı deyil. Tragikomediyanın finalı hələ irəlidədir. İndi Azərbaycan Dağlıq Qarabağa hansı səlahiyyətləri vəd etmir? Hətta bir neçə il bundan əvvəl, Heydər Əliyevin dövründə bu bölgəyə Tatarıstanın statusu vəd edilmişdi. Dağlıq Qarabağ və Ermənistan buna razı olmadı...
Bir neçə il sonra İlham Əliyev həmin bölgəyə Avropada təsadüf edilən ən yüksək muxtariyyatları vəd etdi. Amma Ermənistan və Dağlıq Qarabağ yenə də razı olmadı...
Elə bu səbəbdən 23 il bundan əvvəlki hadisəni, Dağlıq Qarabağın muxtariyyatının ləğvini düşünəndə adam burada bir məntiq tapa bilmir. Belə qəbul etmək olar ki, o vaxt bu, impulsiv qərar olub, axıradək düşünülməyib...
NƏSİLLƏRİN İMTAHANI...
Amma kiçik bir ekskurs Azərbaycanın on illər ərzində Dağlıq Qarabağ uğrunda apardığı mücadilənin bütün palitrasını sərgiləmək iqtidarındadır. Bu nəsil özündən sonrakılara nə deyəcək? Deməyə söz varmı?
Nəzərə alanda ki, bu ölkədə nəsillər hesabat verməyi xoşlamır, bir o qədər də qorxulu bir şey yoxdur. Amma bu günün siyasi konyunkturası əbədi deyil və dərindən fikirləşəndə nəsillər qarşısında da hesabat var, tarix qarşısında da...
Telekanallar 1993-cü ilin iyununadək işğal olunmuş rayonları xatırlayırlar. Amma sonradan işğal olunan altı rayon haqqında tamam sükutdur, sanki onlar heç olmayıb, sanki Azərbaycanın heç belə bölgələri olmayıb...
Amma indi nə edirlər? Telekanallar 1993-cü ilin iyununadək işğal olunmuş rayonları xatırlayırlar. Amma sonradan işğal olunan altı rayon haqqında tamam sükutdur, sanki onlar heç olmayıb, sanki Azərbaycanın heç belə bölgələri olmayıb...
Təbii ki, bu, indiki siyasi konyunkturanın məntiqi və tələbidir. Amma o heç də əbədi deyil. Vaxt gələcək çox şey dəyişəcək-1981-ci il də yada düşəcək, 1993-cü ilin payız ayları da...
Yazıdakı fikirlər müəlliflərin şəxsi mülahizələridir.