-
TOPXANADA NEÇƏ AĞAC QIRILMIŞDI?
Bu yazını qəsdən bir gün sonra yazdım. Fikirləşdim ki, baxım görüm, Dirçəliş günü ilə bağlı nə deyəcəklər, nə göstərəcəklər...
Topxanada neçə ağac qırılmışdı, ümumiyətlə, ağac qırılmışdımı o meşədə? Əsas bu deyil. Odur ki, 70 illik sovet hakimiyyəti illərində azərbaycanlılar ilk dəfə kütləvi etiraza çıxmışdı.
Xatrılayan çox az oldu o günü. Halbuki öyünüləsi çox şey vardı o gündə. İndi doğrusu, bilmirik, Topxanada neçə ağac qırılmışdı, ümumiyətlə, ağac qırılmışdımı o meşədə? Əsas bu deyil. Odur ki, 70 illik sovet hakimiyyəti illərində azərbaycanlılar ilk dəfə kütləvi etiraza çıxmışdı.
Əvvəllər belə bir şey olmamışdı. Bəlkə də sovet hakimiyyətinin gəlişi ərəfəsində o qədər adam əlinə bir taxta parçası götürüb küçələrə çıxsaydı XI ordunun qarşısı alınardı.
Həm də o vaxtadək yenidənqurma Azərbaycanda hiss olunmamışdı. Elə o da çox qəribədir ki, yenidənqurma ideoloqları öz siyasətlərinin bilavasitə ilk təzahürünü görəndə qorxdular onun haqqında yazmağa, danışmağa və göstərməyə...
ONLAR BİR TRİBUNADA İDİLƏR...
Amma o gün olmuşdu. O günün qəhrəmanları hələ uzun müddət siyasətdə olacaqdı. Onlar bəlkə də özləri də bilmirdi ki, bu siyasət hekayəsi ən azı 25 il davam edəcəkdi. Sonradan onların yolu ayrılacaq və bir vaxt çiyin-çiyinə dayanan bu adamlar biri-birinin müxalifətinə, hətta düşməninə çevriləcəkdi...
İndi o illərin təsvirlərinə baxanda görürsən ki, tribunadakı insanlar sanki bir ansambl təşkil edirdi. Sonradan isə onlar kiçik qruplara bölünəcəkdi...
1992-ci ilə qədərki bütün proseslərin nəticəsi 92-ci ildə bərqərar olan AXC hakimiyyəti olacaqdı. Buradan da yollar ayrılmağa başlayacaqdı. Amma o vaxt çoxu hələ bilmirdi ki, ən pis demokratiya avtroritarizmdən yaxşıdır... O vaxt insanlar ya maksimalist idilər, ya da ki, iddialar böyük idi...
İndi o illərin təsvirlərinə baxanda görürsən ki, tribunadakı insanlar sanki bir ansambl təşkil edirdi. Sonradan isə onlar kiçik qruplara bölünəcəkdi...
TARİXDƏN UTANMAZLAR, O, SADƏCƏ GÜZGÜDÜR...
Tarixdən utanmaq olmaz. Tarix bütün hallarda qiymətlidir. Doğrusu, indiki hakimiyyətin tarixə qarşı on illərdir ki, açdığı savaşın səbəbini bilmirik.
Bəlkə də bu adi qısqınaclıqdır, bəlkə də qara paxıllıqdır, bəlkə də özləri o proseslərdə iştirak etmədiklərindən onlar üçün utanc yeridir... Kim bilir?
Amma bir adam çox nadir hallarda əbədi olaraq cəmiyyətin sevimlisi olur. Bir vaxt həddən çox populyar adam öz reytinqini tamamilə itirə də bilər. Amma belə adamlara qarşı həmişə bir sayğı duyulur, çünki cəmiyyət öz yaddaşını da çox nadir hallarda itirir...
Bəlkə də bu adi qısqınaclıqdır, bəlkə də qara paxıllıqdır, bəlkə də özləri o proseslərdə iştirak etmədiklərindən onlar üçün utanc yeridir... Kim bilir?
İndi həmin dövrün qəhrəmanlarından biri, bəlkə də ikisi həbsdədir. Həbsdə olan insanlar haqqında yalnız xoş sözlər deyilir. Biz də dərinə getməyəcəyik. O adamlar sonradan AXC demokratiyasının qəti opponentlərinə çevrildilər. Halbuki bu demokratiyaya, onun belə vəziyyətdə olmasına görə elə onlar da məsuliyyət daşıyırdı...
İKİNCİ EKSPERİMENT NİYƏ BAŞ TUTMADI?
Bu gün otrub düşünürsən ki, bir əsrdə ikinci demokratiya cəhdi niyə alınmadı? Səbəblər olduqca çox idi. Bəlkə də birinci səbəb o idi ki, ideal demokratiya üçün insanları haradan götürmək lazım gəldiyini bilən yox idi...
Hamı sovet adamları idi. Hamının düşüncəsində azacıq da olsa totalitar dövrün izləri vardı, hamı totalitar keçmişin yükünü daşıyırdı - kimi az, kimi isə çox...
O dövrdə bir rus siyasi publisisti gözəl yazmışdı. Yazmışdı ki, keçmiş sovet məkanında hansı partiyanı yaradırsan, yarat, axırda gəlib kommunist partiyası alınacaq...
Həqiqətən də belə idi. O vaxt biz də hətta deyirdik və yazırdıq ki, AXC hakimiyyətinin hansı vəziyyətdə olduğunu bilmək istəyirsinizsə onun mənzil-qərargahına baxın, onda hər şey sizə aydın olacaq...
Amma bu xalq idi, bizim xalq idi. Bəlkə də o dövrün siyasiləri də bunları görür və susurdu, ona görə ki, başqa bir xalq sifariş etmək imkanı olmur və sən məcbursan ki, mövcud «material» ilə işləyəsən...
...bu xalq idi, bizim xalq idi. Bəlkə də o dövrün siyasiləri də bunları görür və susurdu, ona görə ki, başqa bir xalq sifariş etmək imkanı olmur və sən məcbursan ki, mövcud «material» ilə işləyəsən...
Belə bir çoxluğun ərsəyə gətirdiyi demokratiyanı da təsəvvür etmək elə də çətin iş deyil. Bu, kobud, bir az da qaba demokratiya idi. Amma o, iyirminci əsrdə ikinci cəhd idi...
Birinci cəhdə-ADR hakimiyətinə hələ də eksperiment deyirlər. Bəlkə elə bu da - ikinci cəhd də bir eksperiment idi?..
Ən tragik tərəf o idi ki, bu eksperiment cəmi bir il çəkdi. Bir ildə o dövrün siyasiləri nə etdi ki, cəmiyyət onlardan belə bezdi?
İDARƏ ETMƏDƏN İDARƏ ETMƏK...
Bəlkə də onlar onu etdilər ki, çox az şey etdilər. Qədim Çin fəlsəfəsində də deyilirdi ki, idarə etmədən idarə etməyə çalış...
Bəlkə də onlar da buna çalışırdılar. Amma cəmiyyət zəif çıxdı, o, öz potensiyasına inana bilmədi. İanana bilmədi ki, axıradək özü-özünü idarə edə bilər...
Ona görə də gücsüz cəmiyyət güclü ələ əl açdı, lap dilənçi qəpik-quruşa əl uzadan kimi. Qəpik-quruş isə güclü əlin verə biləcəyi azadlıq idi...