İndi İran İslam Respublikası elan edib ki, «özünün YouTube»unu açır. Yayım İdarəsi iranlılara muştuluq verib ki, xalq indən belə istədiyi musiqi, film və başqa videoları həmin saytdan yükləyə biləcək. Təbii ki, söhbət rəsmi Tehranın dəyərlərinə uyğun proqramlardan gedir…