-
ABŞ-da odlu silahlarla yaraqlanmış 20 yaşlı gənc Konnektikut ştatında yerləşən Nyutaun şəhərinin ibtidai məktəbində qanlı gülləbaran törədib.
Nəticədə 5 yaşından 10 yaşınadək 20 uşaq da daxil olmaqla 27 nəfərin qətlə yetirildiyi xəbər verilir.
«Reuters» agentliyi hadisəni ABŞ tarixində ən ağır gülləbaran hadisələrindən biri kimi qiymətləndirir.
Dörd odlu silahı olan, qoruyucu jilet geyinmiş gəncin özünün də Sendi Huk ibtidai məktəbində öldüyü xəbər verilib. Onun özünü vurub-vurmadığı bilinmir.
Bəziləri Amerikanın belə xəbərlərə artıq alışqan olduğunu deyə bilərlər. Lakin hadisə prezident Barack Obama-nın göz yaşları axıtmasına səbəb olub.
«Bu gün bizim qəlblərimiz qırılmışdır», - deyib prezident.
Televiziya ilə yayımlanan çıxışı zamanı Obama göz yaşlarını saxlamaq üçün nitqini bir neçə dəfə dayandırmalı olub. O bildirib ki, qətlə yetirilən uşaqları gələcəkdə hələ ad günləri, məzunluq və toy-düyün gözləyirdi.
Cənab Obama deyib ki, bu faciə barədə xəbərə onun ilkin reaksiyası prezident yox, valideyn kimi olub.
«Bu gün Amerikada elə bir valideyn yoxdur ki, mənim çəkdiyim hədsiz kədəri çəkməsin», - deyib prezident.
Ağ Evdən canlı yayımlanan çıxışında Obama kədərli şəkildə bildirib ki, onun ölkəsi belə faciələrlə dəfələrlə üzləşməli olub.
«BU İCMAYA BU GÜN ŞƏR BAŞ ÇƏKİB»
Bu sözləri isə Konnektikut ştatının qubernatoru Dannel Malloy deyib.
Təəssüf ki, baş verənləri təkcə siyasətçilər yox, jurnalistlər, şərhçilər və adi insanlar da başqa cür izah edə bilmirlər.
20 yaşlı gəncin silah götürüb əvvəlcə anasını, sonra isə onun meyiti üstündən keçib daha onlarca insanı qətlə yetirməsini izah etmək çətindir.
Baş vermiş faciənin təfərrüatları araşdırılmaqdadır, lakin ilkin məlumata görə, 20 yaşlı Adam Lanza anasını öldürdükdən sonra ibtidai məktəbə gedərək orada iki sinifdə gülləbaran törədib.
KONNEKTİKUT GÜLLƏBARANI AVROPADA ƏKS-SƏDA VERİB
Dünya liderləri baş vermiş faciədən «sarsıldıqlarını və dəhşətə gəldiklərini» bildiriblər.
«Mən Konnektikut məktəbində baş vermiş faciəli qətliamla əlaqədar dəhşətə gəldiyimi bildirmək istəyirəm», – Avropa Birliyinin xarici işlər komissarı Catherine Ashton deyib.
Avropa Komissiyasının sədri Jose Manuel Barroso da dərin sarsıntı keçirdiyini söyləyib.
Britaniyanın baş naziri David Cameron da hadisədən kədərləndiyini bildirib.
Baş nazirin kədərinə Britaniya kraliçası Elizabeth II də qoşulub. O, faciədə həlak olanlara öz adından və Britaniya Birliyinə daxil olan ölkələr adından başsağlığı verib.
Barack Obama-ya məktubunda Fransa prezidenti Francois Hollande da dərindən kədərləndiyini bildirir.
Konnektikutda baş verən hadisələri Avropa, o cümlədən Britaniya mətbuatı da qızğın müzakirə edir.
«The Guardian» qəzeti konkret sual qoyur: «Silahlara nəzarət barədə danışmağın vaxtı çatmadımı?».
SİLAHLARA NƏZARƏT QANUNLARI YENƏ GÜNDƏMDƏ
Amerika mətbuatı yazır ki, Konnektikut gülləbaranı ölkənin silahlara nəzarətə dair qanunlarını yenidən müzakirə mövzusuna çevirəcək.
«Merlər Qanunsuz Silahlara Qarşı» (Mayors Against Illegal Guns ) kampaniyasının banisi Nyu-York meri Michael Bloomberg bəyan edib ki, təcili tədbirlərə ehtiyac vardır.
O deyib ki, silahlara nəzarət məsələsində nə Ağ Ev, nə də Konqres təşəbbüsü ələ ala bilmir.
Ağ Evin sözçüsü belə bir hüznlü vaxtda siyasətbazlığa yer olmadığı barədə bəyanat səsləndirsə də, siyasətçilər məqamı əldən buraxmaq istəmirlər.
Demokrat-konqresmen Jerrold Nadler dərhal reaksiya göstərərək deyib ki, «silahlara nəzarət barədə danışmağın vaxtı indi deyilsə, bəs nə vaxtdır?».
«Silahlı zorakılıq epidemiyası cəmiyyətimizi bürüyüb. Daha bir qeyri-adekvat şəxs odlu silahlara yiyələnib və məsum uşaqlara qarşı cinayət törədib», - deyir Jerrold Nadler. «Biz bunu sadəcə olaraq Amerika həyatının cari məhsulu kimi qəbul edə bilmərik».
O, prezident Obama-nı, Konqresi və Amerika ictimaiyyətini bu hiddətə cavab verib hərəkətə keçməyə çağırır.
Mətbuat xəbər verir ki, Obama-nın prezidentliyi dövründə bir neçə kütləvi qətl törədilib.
Məsələn, 2011-ci ildə demokrat konqres üzvü Gabrielle Giffords-a silahlı hücum olub və o, möcüzə nəticəsində sağ qalıb.
Həmin ilin iyulunda Kolorado kinoteatrında törədilən qətliam daha 12 nəfərin həyatına son qoyub.
AĞ EV NİYƏ SUSUR?
Mətbuat bildirir ki, hətta ötən yay hindu məbədində törədilmiş qətliamda 6 nəfərin ölümündən sonra da Ağ Ev silahlara nəzarətə dair yeni qanunvericilik ideyasını rədd edib.
Obama bildirir ki, onun administrasiyası silahların cinayətkarların və qeyri-sabit şəxslərin əlinə düşməməsi üçün bacardığını edəcək. Bununla belə, amerikalıların silah gəzdirməyə konstitusion haqqı danılmazdır.
Bu da qeyd olunur ki, Amerikanın silah lobbisi silahların satışına məhdudiyyət qoyulması barədə təklifləri keçmişdə uğurla dəf edə bilib.
Qanunların dəyişdirilməsi üçün Konqresin qərarı zəruridir. Orada isə respublikaçılar federal silah qanunlarına dair bütün islahatların qarşısını alırlar.
Hətta Bill Clinton-un döyüş tüfənglərinə qoyduğu qadağanın müddəti belə uzadılmır.
Silahlara nəzarətə aid qanunvericiliyin əleyhinə olanları isə son qətliam o qədər də riqqətə gətirməyib. Onlar əmindirlər ki, odlu silahlara məhdudiyyət qoyulması problemi həll etmir.
Bu sayaq düşünənlərdən biri, lobbini təmsil edən Alan Gottlieb-in sözündən isə belə çıxır ki, Konnektikut məktəbindəkilərdən kimdə isə silah olsaydı, faciə bəlkə də belə miqyas almazdı.
TÜKÜRPƏRDƏN STATİSTİKA
Belə bir statistikaya «The Washington Post» qəzeti baş vurub.
Qəzet son 30 ildə baş vermiş qətliamlardan söhbət açır.
1982-ci ildən bəri ABŞ-da odlu silahla 30 ştatın ərazisində 61 kütləvi qətl hadisəsi törədilib. Əksər hallarda qatillər silahları qanunsuz yollarla əldə ediblər.
Son 50 ildə dünya üzrə baş vermiş 20 ən ağır qətliamdam 11-i ABŞ-da baş verib.
İkinci yerdə Finlandiya gedir.
Qəzet İsrail və İsveçrəni misal gətirir. Orada odlu silahın qanuni yolla əldə edilməsi son dərəcə asan olsa da, bu cür ağır cinayətlər törədilməyib. Hərçənd, indi bu iki ölkədə silah qanunlarının sərtləşdirildiyi xəbər verilir.
Qəzet bildirir ki, şimalla müqayisədə ölkənin cənubu daha zorakıdır.
Belə bir fakt da vurğulanır ki, son illər Amerikada silah gəzdirilməsi rekord dərəcədə azalıb.
Mühüm faktlardan biri də budur ki, odlu silahla törədilən cinayətlərin sayı bu silahlara dair daha ciddi qanunlara malik ştatlarda daha azdır.
Qəzet yazır ki, son rəy sorğularına görə, silahlara məhdudiyyət qoyulmasına adamların yarıdan azı tərəfdardır.
Bu baxımdan, silah lobbisinin qüdrətini izah etmək çətin deyil.