-
Britaniyada Santa Klaus adı ilə tanınan Şaxtababalardan biri işdən qovulub.
O, əvvəla uşaqlara dünyada Şaxtababa adında bir kəsin olmadığını deyib, sonra isə onlara ABŞ-da baş vermiş gülləbaran hadisəsindən danışıb.
Şaxtababa bu hekayətləri söylədikcə, ona qulaq asan körpələr hönkür-hönkür ağlayırmışlar.
Hər şey ondan başlanıb ki, 33 yaşlı ana Wendy Kennett və onun əri Steven 10 yaşlı oğulları Ryan, yeddi və altı yaşlı qızları Amy və Katie-ni Şaxtababa ilə görüş üçün yerli parka aparıblar.
Bu görüşün bilet qiyməti 6 funt sterlinq imiş.
Uşaqlar da kamali-səliqə və ya «yolka protokolu» ilə Şaxtababanın dizi üstdə oturaraq ötən il ərzində «necə yaxşı oğlanlar və necə yaxşı qızlar olduqları barədə» hesabat veriblər.
Lakin Şaxtababa uşaqlara ABŞ-ın Konnektikut ştatının Sendi Huk ibtidai məktəbində onların həmyaşıdlarının necə gülləbaran edildikləri barədə söhbət açıb.
Daha sonra Şaxtababa iki balaca qıza getmələrini xahiş edib ki, 10 yaşlı qardaşlarına mühüm bir xəbəri çatdırsın.
Santa baba oğlanın qulağına nə deyibsə, 10 yaşlı Ryan ağlaya-ağlaya ata-anası tərəfə qaçaraq Şaxtababanın real olmadığını söyləyib. Bunu eşidən iki kiçik bacı bardaş quraraq ağlaşma açıblar.
ŞAXTABABANI DA İŞDƏN QOVARLARMI?
Şaxtababanın aid olduğu «Notkats» şirkətinin sözçüsü Jim Hawker üzrxahlıq edib və bildirib ki, adıçəkilən işçi artıq qovulub və bilet pulu ailəyə qaytarılıb.
Şirkət hətta onu da bildirib ki, zərərçəkmiş ailə üçün Londonun Hayd Parkındakı «Qış möcüzəsi» əyləncəsinə pulsuz biletlər də verilib.
Lakin uşaqların anası bununla da sakitləşməyib və etiraz edib ki, niyə onun uşaqlarını gözüyaşlı qoymuş Şaxtababa yerindəcə qovulmayıb.
Şirkətin sözçüsü cənab Hawker izah edib ki, bu hadisə baş verəndə, növbədə yüzlərcə uşaq vardı. Onlara Şaxtababanın işdən qovulduğunu söyləmək elə həmin Şaxtababanın moizəsini təkrar etmək kimi bir şey olardı.
Amma şikayətçi Kennett ailəsinin sərgüzəştləri bununla da bitməyib.
ŞAXTABABANIN DAHA VACİB İŞLƏRİ VAR
Onlar uşaqlarını bir az toxtatmaq üçün yaxınlıqdakı «Tandem Hungry Horse» adlı kafeyə nahar etməyə aparıblar.
Burada uşaqlar hava şarlarını şəkillərlə bəzəyən rəssama Şaxtababaya məktub yazdıqlarını söyləyiblər. Yəni, uşaqlar özlərini hələ də inandırmağa çalışırmışlar ki, real dünyada real Şaxtababa hər halda var.
Rəssam isə, eləmə tənbəllik, uşaqlara deyib ki, «Şaxtababa mənim də ən yaxşı dostumdur. Amma mənə keçən həftə dedi ki, məktublara cavab verməyə vaxtı yoxdur və daha vacib işləri var…».
Ailənin rəssamdan şikayəti naharın müftə başa çatması ilə nəticələnib.
Amma heç də hamı bu qədər səxavətli olmur.
VAHİD ŞAXTABABA MƏSƏLƏSİ
Müsavat başqanı İsa Qəmbər heç kimə müftə nahar və ya əyləncə vəd etməsə də, bu günlərdə AzadlıqRadiosunun canlı efirində eyni acı həqiqəti açıqlayıb: «Real dünyada Şaxtababa olmur».
Onun bu çıxışı son dərəcə böyük maraq doğurub və bu müsahibənin mətni bəzi internet qəzetlərində dərc edilib.
Lakin radio adamı kimi bilirəm ki, radio müsahibəsini oxumaq olar, amma onu hər halda dinləmək lazımdır.
Dinləyəndə isə görürsən ki, İsa bəyin bəzi sözləri həmin mətnlərə düşməyib. Ələlxüsus da onun xoşuna gəlməyən suallara verdiyi cavablarda.
İlk hədəf müsahibə alanın özüdür:
«AzadlıqRadiosunun hər şeyi şübhə altına alan jurnalistləri...».
Ona verilən suallardan birinə cavab belə başlayır:
«Belə bir iddia çox gülüncdür və qərəzdən xəbər verir».
«Rəqabətdə korrekt olmalıyıq», - deyir İsa bəy. «İnsanları incidəcək, insanları aşağılayacaq, qarşı tərəfi küskün salacaq ifadələr işlətməməliyik».
«Gəlin arabanı atın qabağına qoymayaq» – deyir Müsavat başqanı.
Bir məqamda İsa Qəmbər dinləyici sualına sualla cavab verir:
««Elçibəy əsgəri» adı altında gizlənib, bu yalanları, bu hədyanları nə vaxtadək davam etdirəcəklər?».
Sonra isə başqan «Elçibəyin adından yekə-yekə danışanlara» məsləhət verir:
«Bizə dərs vermək çoxlarına adət olub... Yerindən duran bizə dərs verir».
İsa bəy AzadlıqRadiosuna da şikayətini bildirir:
«Bu qeyri-ciddi, mənasız ittihamlara vaxt ayırmağı mən düzgün hesab etmirəm... Bizi cib müxalifəti hesab edənlər ya başdan xarabdırlar, ya da ölçü hisslərini itirmiş adamlardırlar... Kamran bəy, xahiş edirəm bu cür cəfəngiyata AzadlıqRadiosunun qızıl vaxtını sərf etməyəsiniz... Hər halda, belə bir cəfəngiyata mən vaxt itirmək fikrində deyiləm».
Arif dinləyici üçün bu siqnal olmalıdır ki, Müsavat başqanı birdən prezident olsa, dəqiqələrlə yox, karatlarla ölçülən vaxtını opponentlərinin cəfəng suallarına sərf etməyəcək.
BUNU MƏNSİZ DƏ EDƏ BİLƏRDİNİZ
Onu ən çox qəzəbləndirən partiyasının nizamnaməsinə rəğmən niyə indiyədək postunu tərk etməməsi və vahid namizəd barədə suallardır.
«Bunu siz mənsiz də edə bilərsiniz. Bir dəfə oxucu məktublarına bir saat vaxt ayırın və orada da kim Müsavata qarşı təhqir, böhtan yazır hamısını oxuyun»- deyir İsa Qəmbər.
Lakin ən ləzzətli məqam müsahibənin sonundadır:
«Hamı sevir vahid namizədi. Şaxtababanı hamı sevir, amma hamı bilir ki, Şaxtababa real həyatda olmur da... vahid namizəd də olmur».
Azərbaycanda müxalifətin «vahid namizəd» polemikası təxminən 1997-ci ildən başlanıb.
O vaxt İsa bəyin 40 yaşı vardı. Yəqin ki, hələ ondan ən azı 20 il öncə Şaxtababa söhbətinə inanmırdı.
Amma nə əcəb bu acı həqiqəti – yəni Şaxtababanın real olmaması həqiqətini indi rəsmən bəyan edir.
Bu rəsmi bəyanatla Azərbaycanda avtoritetinə yalan-doğru inanılan yeganə ağsaqqalı hörmətdən salır.
İndi vahid namizəd ideyasına on illərdir inananlar da həmin ingilis uşaqları kimi ağlaşma açsınlar?
Bir təsəlli budur ki, real olub-olmaması barədə bəyanatlara və İctimai Palatanın qərarlarına baxmayaraq, Şaxtababa ən azı bir gün – dekabrın 31-də hakimiyyətdə olacaq.
Ən azı hər «cəfəngiyata» inanan uşaqlar üçün.
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir