-
Rəsmi bəyanatda deyilir ki, Amerika hökuməti qalaktika sülhünə tərəfdardır və başqa planetləri partlatmaq istəmir.
Bununla da Ağ Ev məşhur «Ulduz müharibələri» filmindəki «Death Star» (Ölüm ulduzu) adlı kosmik gəmini qurmaqdan rəsmən imtina edib.
Adıçəkilən silsilə filmlərdəki gəmi Ay boydadır və bircə şüa zərbəsi ilə istənilən planeti partlatmaq iqtidarındadır.
Dünyanın ən ciddi idarələrindən biri olan Ağ Evi belə bir qeyri-ciddi petisiyaya cavab verməyə məcbur edən isə ölkə qanunlarıdır.
Bu qanunlara görə, 25 mindən çox imza toplamış hər hansı bir müraciətə rəsmən cavab verilməlidir.
Fantastik səma döyüş gəmisinin tikilməsini isə 34 mindən artıq ərizəçi tələb edib.
Obama administrasiya cavab bəyanatında bildirib ki, «Death Star» gəmisinin tikilməsi 850 kvadrimilyona (850 000 000 000 000 000 dollar) başa gələ bilər.
YER KÜRƏSİNİN ÜDM-SİNDƏN 13 MİN DƏFƏ ÇOX
Hesablamalara görə, bu boyda gəminin təkcə xam materialı üçün 541 trilyon funt sterlinq vəsait lazım gələ bilər ki, bu da Yer kürəsinin illik daxili məhsulundan 13 min dəfə çoxdur.
Rəsmi bəyanatda deyilir ki, hazırda ABŞ büdcəni genişləndirməyi yox, daraltmağı düşünür.
Petisiyanın özündə isə deyilirdi: «Biz Obama administrasiyasından tələb edirik ki, «Death Star» gəmisinin tikintisini 2016-cı ilədək başa çatdırılsın».
34 minlik bu petisiyanın imzaları arasında bir neçə fantastik-bədii qəhrəman da var.
Petisiyaçılara bir növ təsəlli də verən bəyanatda deyilir ki, Amerikanın Ay boyda gəmisi olmasa da, futbol meydançası böyüklüyündə beynəlxalq orbital stansiyası var.
Bu da xatırladılır ki, NASA-nın «Mars Rover» peyki lazer şüaları ötürə bilir.
Sonda bəyanatı imzalamış Ağ Ev menecment və büdcə idarəsinin elm və kosmos şöbəsinin rəisi Paul Shawcross əksəriyyəti tələbə olan petisiyaçıları elmi daha dərindən öyrənməyə çağırır.