Sadə Azərbaycan vətəndaşı üçün Azərbaycan neftinin 2028-də tükənəcəyi ilə bağlı Qərbdən gələn sədanın heç «ağcaqanad vızıltısı» qədər də əhəmiyyəti yoxdur. Ona görə ki, Molla Nəsrəddinin sözü olmasın, «o vaxtacan bəlkə Azərbaycana elə asteroid də gəldi...»
Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız bəyan edib ki, rəsmi Ankara Azərbaycan qazının Avropa bazarlarına çıxarılması ilə bağlı bir zirvə toplantısına ehtiyac durur
Bu gün çoxlarını bir məsələ maraqlandırır: görəsən Azərbaycan öz qazını Türkiyəyə neçədən satacaq? Onun qiyməti Rusiyaya satılan qazın qiymətindən baha olacaqmı? Bu suallar müxtəlif auditoriyalarda müxtəlif səviyyələrdə o qədər verilir ki, sanki bundan Azərbaycanın gələcək taleyi asılıdır
Yaxın 5 ildə Sumqayıtın şimal hissəsi öz simasını tamamilə dəyişəcək, «Azərkimya»nın ekoloji təhlükə mənbəyi olan müəssisələri gündəmdən çıxacaq və çoxdandır ki, TEXNOPARK deyə hakimiyyətin reklam etdiyi layihə reallaşmağa başlayacaq
Azərbaycan qazının potensial alıcıları sırasında olan Yaxın Şərq ölkələrindən 2-də (İsrail və Suriya) idxal qaz həcmlərinə yenidən baxılıb və onların hökumətləri qaz hasilatının artması ilə əlaqədar əvvəlki planlarına düzəlişlər etməyə başlayıblar
Müstəqil Azərbaycan tarixində xalqın yaddaşında isə «Azərkimya» sadəcə «xlor mənbəyi» kimi qaldı. 2009-cu ilin əvvəlindən xlor istehsalı kəskin azaldı və artıq Bakı həyətlərində «xlor var, xlor» deyən səyyar ticarətçilər də gözdən itdilər
Rəsmi Bakı özünə YENİ YOL axtarır ki, bundan sonra onun ÖZƏL YOLU olsun: ürəyindən keçən vaxt ondan istifadə edə bilsin və ən əsası oradakı hərəkət qaydalarını özü müəyyənləşdirsin
2014-cü ildə uzunluğu 3000 km olan bir kəməri fiziki baxımdan tikib başa çatdırmaq mümkündürmü?
Azərbaycan Nigeriya yolunu getməsə də, hər halda Norveçin açdığı cığırla da addımlamaq istəmədi.
XALQ çoxdan müasir dəyərlərə yiyələnib, MƏMURLAR isə elə bil dünyadan bixəbər həyat sürməkdədirlər – nəinki qənaət rejiminə keçə bilmirlər, hələ sadə vətəndaşların min bir əziyyətlə qənaət etdikləri enerjini artıqlaması ilə sərf etməkdədirlər.
Azərbaycan son bir ilini sanki qaza həsr edib: dövlət başçısının istənilən xarici səfərində bu mövzu bu və ya digər halda müzakirə obyektinə çevrilir, Qərblə münasibətlərin sanki başqa mövzusu yoxdur – ancaq mavi yanacaq prizmasından çözülür
Bakı ilə Rumıniya arasında artıq bir-neçə gündür ki, gələcəkdə qaz alqı-satqısına dair intensiv danışıqlar gedir.
«Nabucco» qaz kəməri layihəsi baş tutmaya bilər. «Nabucco» konsorsiumunun rəhbəri, Avstriyanın OMV şirkətinin neft-qaz bölməsinin sədri Verner Auli kifayət qədər təklif daxil olmazsa, layihənin ləğv olunacağını açıqlayıb
Azərbaycan hökuməti qarşısında 2011-ci ilə «Cənub» yeni istilik-elektrik stansiyasını istismara verməkdən ibarət çətin bir vəzifə qoyulub
Avropa Komissiyası enerji sektorunda islahatlar proqramına dəstək üçün Azərbaycan hökumətinə cari ildə 13 milyon avro vəsait ayırıb
Hökumət bildirirdi ki, bəs 2009-cu ildə bütün dünyada böhran yaşansa da, Azərbaycanda onun izi-tozu da olmayıb. Elə isə nədən hökumət bu uğurlarını xalqla bölüşməkdən boyun qaçırtdı və 1-2 milyon manat xərc çəkib millətə atəşfəşanlı Yeni il ərməğan etmədi?
Türkiyə mətbuatı «Əsrin layihəsi» «Əsrin xətası»na döndü» yazır. Türkiyənin BOTAŞ şirkəti Bakı-Tbilisi-Ceyhan boru kəmərində zərərlə işlədiyini etiraf edib
Neft Fondu yaradılarkən Heydər Əliyev onun əsasnaməsini təsdiq edərkən bir detalı xüsusilə qabartmışdı: Neft Fondunun illik xərcləri onun gəlirlərinin 50%-dən çox ola bilməz! Ancaq Azərbaycanın neft gəlirləri artmağa başlayan zaman prezident İlham Əliyevin sərəncamı ilə Neft Fondunun Əsasnaməsinə dəyişikliklər edildi
Bu ilin yanvar-oktyabrında Azərbaycanın daxili bazarında 7 mlrd 496.13 mln kubmetr qaz satılıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 mlrd 183.6 mln kubmetr və ya 13.6% azdır
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) nəhayət ki, noyabrın 24-də özünün 2008-ci ildəki fəaliyyətinə dair hesabatı «təqdim etdi»
Davamı