GÜCÜMÜZ MEQAVATDADIR
Azərbaycan hökuməti qarşısında 2011-ci ilə «Cənub» yeni istilik-elektrik stansiyasını (İES) istismara verməkdən ibarət çətin bir vəzifə qoyulub. Bunu Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2009-cu ilin yekunlarına həsr olunmuş geniş iclasında bəyan edib.
Prezidentin sözlərinə görə, həmin stansiya Şirvan şəhərindəki (Bakıdan 150 km cənuba doğru) mənəvi və fiziki cəhətdən köhnəlmiş İES-i əvəz etməlidir. O, qeyd edib ki, bu layihənin maliyyələşdirilməsinə artıq başlanılıb və müvafiq strukturlar yeni elektrostansiyanın inşasına girişiblər.
«Gücü 800 meqavat olan bu stansiya 2010-cu ildə istismara verilə bilməz, amma bunu 2011 ildə etmək olar», - deyə İlham Əliyev bildirib.
Bununla bərabər dövlət başçısı qeyd edib ki, köhnə elektrik stansiyalarının yenidən qurulması sayəsində 2010-cu ildə ölkənin enerji potensialının ən azı 400 MVt artacağı gözlənilir.
Respublika prezidenti həmçinin elektrik enerjisi ixracı üçün böyük imkanların olduğunu vurğulayıb: «Beləliklə, Azərbaycan nəinki neft və qaz ixracı sayəsində öz imkanlarını genişləndirəcək, lakin həm də xaricə böyük həcmlərdə elektrik enerjisi satışı ilə məşğul olacaq. Hal-hazırda bu sahədə bütün müvafiq infrastruktur yaradılır».
ELEKTRİK STANSİYALARI TİKİLSƏ DƏ, «İŞIQ» İSTEHLAKI AZALIR
Qeyd edək ki, son 5 ildə Azərbaycan energetika layihələrinə (köhnə elektrik stansiyalarının yenidən qurulması, modul və stasionar İES-lərin inşası, elektrik xətlərinin dəyişdirilməsi və s.) $2 mlrd.–dan artıq vəsait xərcləyib və bunun nəticəsində ölkənin enerji potensialı artaraq 4300 MVt-dan 6400 MVt-a çatıb. Çox ehtimal ki, yaxın 2 ildə bu sahəyə daha $1,2 mlrd. sərmayə qoyulacaq. Hökumət bölgələrdə 2 su elektrik stansiyası tikməyi, Abşeronda 230 MVt gücündə yeni İES işə salmağı, eyni zamanda qərb və cənub istiqamətlərində yeni elektrikötürmə xətləri çəkməyi planlaşdırır.
Bütün bu tədbirlərə baxmayaraq ölkədə elektrik enerjisi istehsalının tənəzzülü davam edir: Əgər 2005-ci ildə respublikada 22,3 mlrd. kVt/saat enerji istehsal edilmişdisə, 2009-cu ildə bu göstərici cəmi 18,6 mlrd. kVt/saat olub.
Qonşu ölkələrlə enerji mübadiləsi nəticəsində yaranmış elektrik ixracı isə ildə 0,5 mlrd. kVt/saat-dan çox deyil. Həm də ki, xaricə elektrik enerjisi satışı sahəsində Azərbaycan indiyə qədər hətta orta müddətli perspektivdə belə heç bir dənə də olsun müqavilə bağlamayıb, onun enerji mübadiləsi çərçivəçində satdığı elektrikin qiyməti isə özünün daxili bazarındakı pərakəndə satış qiymətindən 2 dəfə azdır.
Buna görə də normal məntiqə əsaslanaraq Azərbaycan hökumətinin ölkənin enerji potensialının daim artırılması üzrə apardığı siyasəti başa düşmək çətindir. Energetika sektoruna qoyulan sərmayələr, nəticə etibarilə, azsəmərəli biznes layihələrinə gətirib çıxarır, çünki yeni istehsal obyektlərinə nə daxili, nə də xarici bazarlarda ehtiyac var.
Xatırlatmağına dəyər ki, bu hökumət hələ sovetlər dövründən gündəmdə olan mürəkkəb vəzifələrin öhdəsindən indiyə qədər gələ bilməyib:
Birincisi, ölkədə elektrik enerjisinin nəqli və paylanması sahəsində itkilər hələ də çox böyükdür (3 mlrd. kVt/saat-a yaxın).
İkincisi, köhnə elektrik stansiyalarının modernləşdirildiyi və yenilərinin istifadəyə verilməsinə baxmayaraq indiyə qədər 1kVt/saat elektrik istehsal etmək üçün 330 qram şərti yanacaq işlədilir. Bu göstərici Avropa standartlardan 2 dəfə çoxdur.
Üçüncüsü isə, təkcə bölgələrdə deyil, hətta Bakını mərkəzində belə adi istehlakçı çox böyük çətinliklə keyfiyyətli elektrik enerjisi ala bilir (ona qabaqcadan şərtləşdirilmiş 220 volt əvəzinə əksər hallarda 200 voltdan aşağı gərginlikdə elektrik cərəyanı verilir).
Bundan başqa, Azərbaycanın Dövlət Statistika Komitəsi son vaxtlar bu cür məlumatları ictimaiyyətə ümumiyyətlə bildirmir və bu gün Azərbaycanın sənaye sektorunda elektroenergetika sahəsi ən qapalı sahə sayılır.
Çox ehtimal, əgər bu sahədə əsaslı YENİDƏNQURMA aparılmasa, istisna etmək olmaz ki, «Azərenerji» ATSC sadəcə olaraq ayrıca, müstəqil struktur kimi fəaliyyət göstərə bilməyəcək («Azəriqaz» QTSC-nin aqibətini yada salmaq kifayətdir). Ola bilsin, son vaxtlar ölkənin energetika idarəsinin rəisi Etibar Pirverdiyevin tezliklə öz vəzifəsini itirəcəyi, «Azərenerji»nin isə bilavasitə Azərbaycan Sənaye və Energetika Nazirliyinin tabeliyinə veriləcəyi barəsində gəzən şayiələr heç də əsassız deyil.
STATİSTİKA KOMİTƏSİ «AZENERJİ»NİN MƏHSULUNU «ÇIXDAŞ» EDİR
2009-cu ildə Azərbaycanda 17,8 mlrd kVt/saat elektrik enerjisi istehsal edilib. Bunun 12,5%-ni su elektrik stansiyaları (HES), 87,5%-ni istilik elektrik stansiyaları (İES) istehsal edib. Bu barədə Dövlətstatkomun məlumatında deyilir.
Qəribədir ki, elektrik enerjisi istehsalı üzrə Dövlətstatkomla «Azərenerji» ASC-nin məlumatlarında 0,8 mlrd kVt/saat fərq var. Bunu «Azərenerji» ASC-nin bu ilin 12 yanvarında yayılan məlumatından görmək olar:
«2009-cu ildə Azərbaycanın enerji sistemində 18,6 mlrd kVt/saat elektrik enerjisi istehsal edilib, bu, 2008-ci ildəkindən 1 mlrd 578,8 mln kVt/saat azdır. Bu həcmdən İES-lərin payına 16,3 mlrd kVt/saat (2008-ci ildə 18 mlrd 33,6 kVt/saat), HES-lərin payına 2,3 mlrd kVt/saat (2 mlrd 142,2 mln kVt/saat) düşür».
İndiyə qədər müvafiq dövlət qurumları bu məsələyə aydınlıq gətirməyiblər. Sözün düzü itmiş 800 mln kVt/saat elektrik enerjisini tapmaq heç də sadə bir şey deyil, axı!
Bundan başqa, heç cür anlamaq olmur ki, niyə ÜDM-i son 6 ildə görünməz (məmur deyimində - «analoqu olmayan») sürətlə (təkcə 2009-cu ildə 9,3%) artan, 812 min yeni iş yeri açılan, əhalisinin sayı 600 min nəfər artan Azərbaycanda elektrik enerjisi istehlakı katastrofik həddə (2005-ci ildə Dövlətstatkomun məlumatına görə, ölkədə 24,1 mlrd kVt/saat elektrik enerjisi satılıb) azalır?
Qeyd edək ki, Avropa Komissiyası (Avropa İttifaqı strukturu) bu il Azərbaycan hökumətinə energetika sahəsində islahatlar keçirmək üçün 13 mln avro qrant ayırıb. Bundan 250 min avro «Energetika sahəsində rəsmi statistikanın təkmilləşdirilməsi» layihəsinin icrası üçün ayrılıb. Bəlkə, bundan sonra Azərbaycan hökuməti energetika sahəsində statistikanı qaydaya sala bildi.
GERİYƏ, MORTEN SOBALARINDAN DAŞ DÖVRÜNƏ
Ötən əsrin 60-cı illərində Karib böhranından sonra Sovet İttifaqı Amerikadan heyfini çıxmaq üçün polad istehsalı və ağır maşınqayırma sənayesinin inkişafında liderliyi əldə etmək üçün milyardlarla vəsaitindən keçməli oldu. Və həqiqətən də arzusuna çatdı. Ancaq sonda dağıldı. Ona görə ki, bu sahələrin inkişafına görə Amerikaya çatmaq və onu ötmək siyasəti yürüdərkən, ABŞ iqtisadiyyatı bu sahəsindən yavaş-yavaş əl çəkir və üzünü o dövr üçün yeni olan plastmas istehsalına yönəldirdi. Çox keçmədi ki, Qərbdə öz möhkəmliyi və davamlığına görə poladdan geri qalmayan plastik kütlə də gündəmə gəldi. Sovetlərdə isə on milyardlarla kVt/saat elektrik enerjisi Marten və Domna sobalarının fasiləsiz işlənməsinə sərf edilirdi ki, polad istehsalında geriləmə olmasın.
Bu gün müasir dünya yeni texnologiyalardan yararlanmağı gələcək inkişaf üçün başlıca sahə kimi görür. Alternativ enerji mənbələri axtarışında az qala sudan da yanacaq kimi istifadə etməyi sınaqdan keçirir.
Bu istiqamətdə aparılan elmi tədqiqatların nəticələri göz qabağındadır. Hazırda Norveçdə dünyada ilk elektrik stansiyası fəaliyyət göstərir ki, şirin və şor suyun qarışığı nəticəsində yaranan enerjini «işığa» çevirir.
Britaniyada artıq çoxdandır ki, dəniz dalğalarının yaratdığı enerjidən istifadə edirlər, külək enerjisinin istehsalı isə o qədər mütərəqqiləşdirilib ki, vətəndaşlar ondan nəinki istifadə edir, hətta artıq qalan «işığı» enerji paylayıcı şirkətlərə satmaqla əlavə gəlir də əldə edirlər və nəhayət, bu gün 11 vatt gücündə olan «ağ işıqlı» lampalar əvvəllər məişətdə istifadə edilən 60 vatlıq közərmə lampaları qədər işıq verməyə qadirdirlər.
Azərbaycanda isə elə birucdan tikinti gedir, fərqi yoxdur ev tikilir, yoxsa elektrik stansiyası. Təki tikilsin, təki xərci çox olsun, təki nəhəng olsun. Qərbdə artıq çoxdandır ki, daşdan ev tikmirlər (onun səs və istilik izolyasiyası zəifdir, təbiətə ekoloji ziyanı böyükdür və zəlzələ və ya partlayış zamanı ətrafdakılara ölümcül təsiri yüksəkdir), Azərbaycanda isə XXI əsr Bakısı durmadan daş və betonla yüklənir, elə bil məqsəd geriyə DAŞ DÖVRÜNƏ qayıtmaqdır. Daha nəinki Qaradağın, şimaldakı çayların daşlarını da gecə-gündüz Bakıya daşıyırlar. Artıq avtomobil yollarına da beton döşənir.
Nə bilmək olar, bəlkə hökumətin başı daşdan-daşa dəyəndən sonra (yəni neft gəlirləri azalandan sonra) başa düşəcək ki, daş-baş etmək üçün heç də çörəyi daşdan çıxartmaq lazım deyilmiş?

Bu gün müasir dünya yeni texnologiyalardan yararlanmağı gələcək inkişaf üçün başlıca sahə kimi görür