Depressiyayla mübarizə üçün müxtəlif dərmanlar, metodlar var. Artıq, mobil proqram vasitəsiylə də müalicə üsulu hazırlanıb.
Mount Sinai Health System tədqiqatçıları mobil proqramdan istifadəylə idraki-emosianal depressiya müalicəsi hazırlayıblar.
Üz tanıma texnologiyasına əsaslanan sistem kliniki olaraq sınanıb və depressiyanın əsas simptomlarını önəmli dərəcədə azalda bilib.
51 xəstə üzərində sınaq altı həftə davam edib. Depressiyanın əsas əlamətləri xəstələrin 42 faizində azalıb.
Sistem insan üzündə ifadə olunan bir çox duyğunun tanınmasına əsaslanır. Mütəxəssislər hesab edirlər ki, depressiya zamanı ortaya çıxan duyğular beyinin müəyyən sahələri ilə əlaqəlidir və idarə oluna bilər. Xəstələrin duyğuları üz ifadələrinə əsasən tanınır və beyində həmin duyğularla bağlı sahələrin aktivliyi balanslaşdırılır.
Hazırda proqram daha da təkmilləşdirilir. Onun iOS və Android versiyası olacaq.