Keçid linkləri

Təcili xəbərlər

Həkimlər diabetiklərə brokoli yeməyi tövsiyə edirlər


Uzun zamandır ki, alimlər brokolinin əsl superqida olduğunu qeyd edirlər. Daha öncə aparılan araşdırmalara görə, brokoli xolesterinin səviyyəsini aşağı salır, sümüklərin sağlamlığını möhkəmləndirir, həzmi asanlaşdırır, görmə qabiliyyətini yaxşılaşdırır və hətta şişlərin inkişafını da dayandırır. Yeni araşdırmanın nəticələrinə görə isə brokoli şəkər diabetinin ikinci növü ilə mübarizə aparmağa da qadirdir. Mütəxəssislər hesab edirlər ki, brokoli ekstraktı qandakı şəkərin səviyyəsini aşağı sala bilir.

İkinci növ şəkər diabetindən dünyada 450 milyona yaxın insan əziyyət çəkir. Böyrəklərin zədələnmə riskinə görə onlardan yalnız 15 faizi metformin (diabet xəstəliyindən dərman) qəbul edə bilir.

İsveçin Lund universitetinin alimləri siçovullar üzərində təcrübə keçiriblər. Mütəxəssislər müəyyən ediblər ki, gəmiricilərdə brokoli diabetlə bağlı olan qaraciyər hüceyrələrində zülalın istehsalını və genlərin ekspressiyasını aradan qaldırır.

Alimlərin apardığı başqa bir eksperimentdə piylənmə problemləri və nəzarət altına alına bilinməyən ikinci növ diabetdən əziyyət çəkən 97 nəfər iştirak edib. 12 həftə aparılan təcrübədən sonra alimlər müəyyən ediblər ki, nəzarət altında olan qrupla müqayisədə brokoli ekstraktı qlükozalaşdırılmış hemoqlobində qlükozanın səviyyəsini aşağı endirməyə qadir olub. Təcrübə prosesində mütəxəssislər şəkər xəstəliyi ilə mübarizənin öhdəsindən gələ biləcək diabetin “genetik imza”sını və 3852 birləşməni öyrənə biliblər.

XS
SM
MD
LG