Gerçək budur ki, Azərbaycanda zülm adiləşib. Bu zülmü yaşayanlar minlərdirsə, onun icrasında iştirak edib öz həmvətənlərinə qan udduranlar da minlərlə adi insanlardır
Qarşılıqlı siyasi güzəştlər ümumi məqsədlər uğrunda daha güclü siyasi qüvvənin yaranışına yol açır
Azərbaycan ordusunda baş verənlər Azərbaycanda ümumən baş verənlərin əksidir. Sadəcə, əsgərlərin silahı var
Əslində bütün iri mübarizələr kimi Kinqin də mübarizəsi ən adi insan idealları uğrunda aparılırdı – öz ölkəsində azad, diskriminasiyasız, xoşbəxt həyat uğrunda
Bu kənddə Aşura günü yerli əhali ilə polis arasında yaranan qarşıdurma bir nəfərin özünü yandırması ilə nəticələnib və çox kənd sakini polis tərəfindən saxlanılıb
Ermənistanın Azərbaycana təklif etdiyi 1993-1994-cü illərdə irəli sürülən təkliflərin eynidir. O vaxt Rusiya diplomatı Kazimirov da regiona tez-tez gəlib elə təqribən bu razılaşmanı təklif edirdi. Məgər Azərbaycan son 16 il ərzində bu qədər zəifləyib ki, 1993-cü ildə qəbul etmədiyi şərtləri indi qəbul etsin?
Bu dövlətlərdə hakimiyyətin insanların başına açdığı oyunlara diqqət edin, bəlkə də onları banderloqlara bənzətməyə görə banderloqların özündən üzr istəmək lazımdır?
Azərbaycan az qala bütün dünya dövlətlərini ikili standartlarda ittiham edərək dünyadan küsmüş acıqlı uşağa bənzəyir
Protokolları imzalayan tərəflər danışmamağa üstünlük versələr də, sənədlərin özləri də bəzi şeylər barədə danışa bilirlər
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin məqaləsindən sonra Azərbaycan mediasında şoular mövzusu yenidən gündəmə qayıdıb...
Azərbaycan xalqı çox dözümlü xalqdır. Bu fikri ilk dəfə keçmiş prezident Heydər Əliyev işlədəndə onu müsbət mənada nəzərdə tutmuşdu. Azərbaycanda baş verənlərin fonunda sadə xalq arasında eyni fikir əks mənada populyarlıq tapdı
Hər dəfə Azərbaycan rəhbərliyi bəyan edəndə ki, Azərbaycanın hərbi xərcləri Ermənistanın bütün dövlət büdcəsindən artıqdır, Ermənistandan tikanlı cavab gəlir
Avqustun 4-də ABŞ prezidenti Barak Obamanın 48 yaşı tamam oldu. Barak Obama Ağ Evdəki mətbuat konfransı zalında bir balaca ad günü mərasimi keçirdi. Amma…
Adnan Hacızadə və Emin Millinin həbsi qeyri-hökumət təşkilatları haqqında qanuna təklif olunan dəyişikliklər zamanı müşahidə olunan beynəlxalq etirazları daha böyük miqyasda təkrarlayıb
İstər Rusiya, istərsə də Qərb Azərbaycan hakimiyyətini Qarabağ məsələsində sıxır və belə görünür ki, məqsədlərinə də çatmaq üzrədirlər
Obamanın Rusiya səfəri öncəsi ABŞ mətbuatı iki ölkə arasında münasibətləri təhlil edən geniş yazılar dərc edərək qarşıda duran problemləri və onların həlli yollarını araşdırır
Azərbaycan hökuməti geri çəkildi. QHT və media haqqında qanunlara edilməsi planlaşdırılan mürtəce dəyişiklik və əlavələr kənara atıldı
İyunun 18-də ABŞ-ın tanınmış siyasi xadimi Nelson Ledski vəfat edib
Nə vaxtsa, mollaların hakimiyətdə olduğu İrandan demokratiya öyrənəcəyimizi eşitsəydim, yəqin ki, gülümsəyib keçərdim. Amma zaman başqadır
QHT qanuna edilən əlavələrlə bağlı məlumatlar dəhşətlidir. Əlavələrə görə ölkədə siyasi treninqlər həyata keçirən beynəlxalq qurumlar qanundan kənar vəziyyətə salınacaq
Davamı