Avqustun 4-də ABŞ prezidenti Barak Obamanın 48 yaşı tamam oldu. Adətən Amerika prezidentləri öz ad günlərini ümumiyyətlə siyasiləşdirməsələr də, Barak Obama Ağ Evdəki mətbuat konfransı zalında bir balaca ad günü mərasimi keçirdi... amma özü üçün deyil, 89 yaşlı qocaman jurnalist Helen Tomas üçün. Helen xanımın da ad günü Barak Obamanın ad günü ilə üst-üstə düşür və ABŞ prezidenti həmin gün «happy birthday» mahnısını qocaman jurnalist üçün şəxsən oxumaqla və ona ad günü tortunu təqdim etməklə dolayısı ilə öz ad gününü də ictimaiyyət qarşısında qeyd etmiş oldu. Bura Amerikadır və burada bu işi başqa cür etmək mümkün deyildi. Ya da gülünc bir tədbir keçirib özünü biabır etmək olardı.
Azərbaycan isə fərqlidir. Söhbət heç ondan da getmir ki, burada özlərini «əvəzolunmaz siyasi xadim», «millətin yeganə ümidi», «ümummilli lider», «alternativsiz siyasi lider» və s. hesab edən dövlət məmurları, yaxud siyasətçilər var. Söhbət xeyli mənada ondan gedir ki, qeyd olunan tipləri qəbul edənlər, onları həzm edənlər və onların gülünc iddialarına dözənlər sadə azərbaycanlılar arasında çoxluq təşkil edir. Bu da Azərbaycanda avtoritarizmin kök saldığı, yaltaqlığın siyasi normaya çevrildiyi, şəxsiyyətə pərəstişin sərhəd tanımadığı xüsusi bir siyasi mühit yaradır.
Siyasi mədəniyyətdən Azərbaycanda zaman-zaman danışılıb və yazılıb. Amma rakurs çox vaxt bir qədər fərqli olub. Siyasi mədəniyyətdən danışarkən əsas diqqət tolerantlığa, disput mədəniyyətinə, opponentlə hörmətcil davranmağa və bu tip başqa məsələlərə yönəlib. Azərbaycanda hətta hökumət rəsmiləri də siyasi mədəniyyətdən söz açaraq siyasi müxalifətdən giley etmişlər. Azərbaycan rəsmilərinin şikayəti o idi ki, müxalifət uduzmaq mədəniyyəti nümayiş etdirmir və seçkilərdə hakim YAP-ın namizədləri qalib gələndə onları təbrik etmək əvəzinə onlara ittihamlar yağdırır.
Siyasi mədəniyyətin məhz bu kontekstdə başa düşülməsi təkcə Azərbaycan üçün xarakterik deyil. Məsələn Misirdə uzun müddət bir Əl-Şəəb qəzeti var idi ki, işi-gücü seçkilərdə qalib gələn hakimiyyət nümayəndələrini Misir müxalifət partiyalarının adından təbrik etmək idi. Seçkilərdə 97-98 %-lə qalib gələn Hüsni Mübarəkin ölkəsində başqa cür müxalifət və başqa cür qəzet ola da bilməzdi. Həmin bu Şəəb qəzeti 2000-ci ildə öz cızığından biləsən-bilməyəsən çıxdı və o vaxtdan bu qəzet də, onun təmsil etdiyi Misir Sosialist Əmək Partiyası da bağlanıb.
Siyasi mədəniyyətin pozitiv formada (tolerantlıq, opponenti qəbul etmə, onunla normal dialoq qurma) müəyyənləşdirilməsi özü-özlüyündə pis bir şey deyil. Sadəcə, onu da nəzərə almaq lazımdır ki, siyasi mədəniyyət həm də neqativ formada özünü təsbit edir. Nəyi cəmiyyət heç cür qəbul edə bilməz? Hansı siyasi davranış toplum üçün qəbuledilməzdir? Siyasətçi hansı hərəkəti ilə özünü tam məhv etmiş olar? Bir sözlə, cəmiyyətin siyasi davranış üçün cızdığı sərhədlər nədən ibarətdir və bu qırmızı xətlər siyasətçilər üzərində ictimai nəzarəti nə dərəcədə təmin edir?
Azərbaycan kontekstində bu suallara aydın cavab vermək xeyli çətindir. Kənardan elə görünür ki, Azərbaycanda siyasi güc sahiblərini istədiklərini və istədiyi formada edə bilərlər. Xalq isə dözəcək və qəbul edəcək. Buna görə də Polşada, Litvada, Estoniyada mümkün olmayanlar Azərbaycanda normadır.