«Kim bizim kimi fikirləşmirsə və yaşamırsa, deməli o, normal adam deyil». Diktatorların məntiqi budur. Amma burada normal adam sözünə bir aydınlıq gətirmək lazımdır. Kimdir normal adam?
Azərbaycan hərb yoluna müraciət edə bilərmi? Əgər müraciət edərsə nə baş verər? Müharibə ehtimali o qədər də böyük olmasa bu ehtimal da araşdırılmalıdır
İranlı mühacirlər iddia edirlər ki, Təbriz hadisələrin gedişinə qoşulmayınca İranda inqilab baş verməyəcək. Ötən əsrdə İrandakı inqilabların tarixinə nəzər salanda görürsən ki, hamısının beşiyi Təbriz olub
«Azadlıq» qəzetinin də iyirmi yaşı tamam oldu. Qəzet artıq yaşı ilə öyünə bilər. Azərbaycan gerçəkliyində iyirmi il fəaliyyət göstərə bilmək bəlkə də normal şəraitdə yüz il fəaliyyət göstərməyə bərabərdir
Yeni il ərəfəsində üçüncü bələdiyyə seçkisi başa çatdı. Bununla da ölkədə bələdiyyələr öz mövcudluğunun onuncu ilini başa vurdular. Bu az müddət deyil
Ötüşməkdə olan ildə daxili siyasətə nəzər salsaq, ən yadda qalan hadisə prezident seçkisi üçün iki dəfəlik məhdudiyyətin götürülməsi oldu…
Nəcəf Nəcəfovun adı həmişə müstəqil mətbuatın yaranması ilə bağlanır. Bu çox düzgün haldır. Ötən əsrin sonunda müstəqil mətbuatın banisi Nəcəf Nəcəfov oldu
Şərq ədəbiyyatı etikaya və Aristotel məntiqinə söykənir. Qərb ədəbiyyatı isə daha çox estetikaya bağlıdır. Min illər ərzində nəsihətnaməyə çevrilən Şərq ədəbiyyatı əsl kamil insan və kamil ictimai quruluş yetişdirə bilmədi
Türkiyənin Avropa Birliyinə üzv olmaq istiqamətində maneələr onsuz da çox idi. Hakim partiya kürdlərlə barışıq qurmağa çalışanda məhz bu maneələrin sayını azaltmaq istəyirdi
Nobel komitəsinin üzvləri etiraf edirlər ki, ABŞ prezidentinə mükafat gördüyü işlərə görə yox, daha çox görəcəyi işlərə görə verilib. Müəyyən mənada bu mükafat avans və stimullaşdırıcı xarakter daşıyır
Məmurların elmi titullar almaq həvəsindən danışanda unutmayaq ki, İlham Əliyev də siyasi elmlər doktorudur. Əgər prezident «elmlə məşğul olmağa» vaxt tapırsa, digər məmurların «elmlə məşğul olması» niyə təəccüblü görünməlidir?!
Reket jurnalistikası haqqında hamı danışır. Amma xəstənin sonuncu qəpiyini onun əlindən alan həkimlər haqqında heç kim danışmır. Uşaqlardan min bir üsul ilə pul qoparan müəllim və direktorlar haqqında heç kim danışmır
Bu ölkədə hələ də ümidlə yaşayanlar var. Cəmiyyət səviyyəsində vəziyyət qəlizdir. Hamı öz ailəsinə və onun problemlərinə qapılıb. Ümid də, arzu da ancaq məişət xarakteri daşıyır
Artıq bir neçə gündür ki, bələdiyyə seçkisinin təşviqat mərhələsi davam edir. Təkcə YAP 15 min nəfərdən çox namizəd irəli sürüb. Qalan partiyaların namizədlərinin sayı isə təxminən 1700 nəfərdir
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev təklif edir ki, xaricdə təhsil almaq üçün tələbələrin seçimi Prezident yanında Təhsil üzrə Komissiya tərəfindən həyata keçirilsin. Qısası budur ki, xaricdə təhsil almaq istəyənlərə bundan sonra cənab Mehdiyevin özü razılıq verməlidir
Hər prezident seçkisindən sonra ABŞ tənqid edilir. Səbəb də budur ki, hakimiyyət Ağ Evin qarşısındakı çəmənlikdə görünmək istəyir. Amma ABŞ rəsmiləri belə bir bəxtəvərliyi Azərbaycan prezidentinə qismət etmirlər
Sürix protokollarının imzalanmasından sonra Ermənistan öz mövqeyini ciddi şəkildə dəyişdi və yenidən danışıqlar prosesinin əvvəlinə qayıtdı. İndi maraqlı situasiya yaranıb, Ermənistan vaxt qazanmaq istəyir
Bu gün 17 noyabr – Milli Dirçəliş günüdür. Daha bir tarixi an. Tarixdə yüz minlərin iştirakına şahidlik edən bir gün. Və yenə də sual: Milli Dirçəliş günü indiki Azərbaycanda necə qəbul edilir?
Uinston Çerçill deyirdi ki, gəncliyində inqilaba meyli olmayan adamın ürəyi yoxdur. İki bloqqerin həbsi haqda düşünərkən bu fikri xatırlamamaq olmur
Ötən əsrdə məşhur «Berlin divarı» söküldü və Almaniya yenidən vahid dövlətə çevrildi. Bu, artıq dünyanın yeni düzənindən xəbər verirdi. Amma azadlıq dalğası heç də bütün xalqlara müyəssər olmadı
Davamı