Yeni il ərəfəsində üçüncü bələdiyyə seçkisi başa çatdı. Bununla da ölkədə bələdiyyələr öz mövcudluğunun onuncu ilini başa vurdular. Bu az müddət deyil. On il mövcud olan struktur haqqında artıq müəyyən nəticələrə gəlmək olar. Amma əvvəlcə seçkilər haqqında.
BƏLƏDİYYƏ SEÇKİSİ NİYƏ POPULYAR DEYİL?
Əslində populyarlığın bir neçə aspekti var. Populyarlıq dedikdə burada müxalifət partiyalarının, əhalinin seçkidə iştirakını və alternativ namizəd korpusunu nəzərdə tutmaq olar. Müxalifət seçkiyə qatıldı, amma çox az namizəd ilə. Məsələn, əsas müxalifət partiyalarından birinin – Müsavatın seçkidə iştirak edən namizədlərinin sayı hakim Yeni Azərbaycan Partiyasının namizədlərinin sayından on dəfə az idi. Ona görə də məsələyə müxalifət prizmasından baxanda alternativlik yetərincə təmin olunmamışdı.
Alternativlik daha çox bitərəflər hesabına təmin edilmişdi. Üstəlik, hakim Yeni Azərbaycan Partiyasının üzvləri arasında bələdiyyələrə maraq böyük idi. İş o yerə çatmışdı ki, Yeni Azərbaycan Partiyası seçkidə siyahıdan kənar iştirak etmək istəyən üzvlərini cəzalandırmaq fikrinə düşmüşdü.
İndi seçki başa çatıb. Artıq müəyyən nəticələr söyləmək mümkündür. Əhali seçkidə çox zəif iştirak etdi. Beynəlxalq müşahidə korpusu da o qədər də böyük deyildi, cəmi əlli iki nəfərdən ibarət idi. Amma bütün bunlar seçkinin təmtəraqlı təqdimatına mane olmadı. Ola bilsin, sonradan hansısa məntəqədə seçkilərin nəticələri ləğv edilsin. Amma bu, seçkinin ümumi nəticələrinə təsir etməyəcək.
BƏLƏDİYYƏLƏRİN MARAQLI VƏ MARAQSIZ TƏRƏFLƏRİ
Maraq da çoxmənalı xarakter daşıyır. Bəli, insanlar bələdiyyə üzvü olmaq istəyirlər, çünki bələdiyyə üzvü olmaq beş il vəzifədə olmaq deməkdir. Bu strukturlar daha çox özünüidarə üçün nəzərdə tutulsalar da onların büdcəsi, səlahiyyətləri var. Məsələn, yada salmaq lazımdır ki, ümumi torpaq fondunun 23 faizi bələdiyyələrə məxsusdur. Elə sonuncu amil bələdiyyələri azərbaycanlıların nəzərində müəyyən qiymətə mindirmək gücündədir.
Onların maraqsız tərəfinə gəldikdə isə bu, daha çox passiv seçicilər arasında müşahidə olunur. Bələdiyyələr ötən on il ərzində seçiciləri maraqlandıran fəaliyyətlə məşğul ola bilməyiblər. Geniş əhalinin nəzərində bələdiyyələr daha çox icra aparatlarının əlavəsi və bir də izafi vergi, rüsum idarəsi kimi yadda qalıb. Təsadüfi deyil ki, ötən on il ərzində ayrı-ayrı bələdiyyələrdən və bələdiyyə üzvlərindən Ədliyyə Nazirliyinə çoxlu sayda şikayətlər daxil olub.
Bələdiyyələr yarananda zaman keçdikcə onların səlahiyyətlərinin artırılması nəzərdə tutulmuşdu. Amma hakimiyyət bu on ildə bələdiyyələrlə bağlı bir nəticəyə gəlib və indi bu istiqamətdə iş görür. Söhbət ondan gedir ki, çox kiçik bələdiyyələr effektiv deyil və onların fəaliyyəti səmərəsizdir. Buna görə də çox kiçik bələdiyyələrin birləşdirilməsi nəzərdə tutulub.
Əsas odur ki, Avropa Şurasının tövsiyəsi ilə Azərbaycanda iki struktur yaradılmışdı. Bunlardan biri ictimai televiziya, o birisi isə bələdiyyələrdir.
Hər iki struktur onlara bəslənilən ümidləri doğrultmadı. Ola bilsin, nə vaxtsa bu strukturlar öz məzmununu tapacaq, amma hələlik bunu demək çox çətindir.
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.