Qızımın oxuduğu məktəbin girişində daşdan tikilmiş bapbalaca dükan var. Orda 55-60 yaşlarında eynəkli bir qadın uşaqlara saqqız, bulka, şirin və adi sular, bir sözlə xırt-mırt satır. Bir neçə ildi ondan az qala hər gün nəsə alıram. Bu neçə vaxtda ancaq bu günlərdə qadınla ayaqüstü bir balaca söhbət eləmişik...
... Bu xəbərlər çoxlu reaksiyaya səbəb olur, ən ciddi, ən vacib xəbərlərdən də daha çox paylaşılır, müzakirə olunur. Həmişə də adamlar bu cür hadisələrin səbəbini sosial şəbəkələrdə, votsapda, mobil telefonda axtarırlar.
D vitamini qəbul eləsin deyə, oğlumu günəşli bir gündə yaxınlıqdakı parka çıxartmışdım. “Evdə çox vaxtını qızlarla keçirir” – bunu da tez-tez mənə qəbahət kimi bildirirlər ərki çatan qohumlar.
... Mat qaldım. “Baxarıq, baxarıq” - deyə-deyə gör nə qədər vəd verib əməl eləməmişəm...