Keçid linkləri

Təcili xəbərlər

“Allahu əkbər”in pozduğu uşaqlar


D vitamini qəbul eləsin deyə, oğlumu günəşli bir gündə yaxınlıqdakı parka çıxartmışdım. “Evdə çox vaxtını qızlarla keçirir” – bunu da tez-tez mənə qəbahət kimi bildirirlər ərki çatan qohumlar.

Uşaq heyrətlə mənə sığınmışdı. O vaxta qədər oğlum qız oyuncağı, oğlan oyuncağı deyə bir şey bilmirdi. Heç qızlar da bilmir.”

Biri deyir, uşağı qoyma qızlarla oynasın, guya qızbibi olar. Biri deyir, qonşuluqdakı oğlan uşaqlarıyla oynasın, indidən dalaşmağı öyrənsin, qorxaq olmasın. Biri deyir, gərək kişi xasiyyətinə yiyələnsin, vursun, yıxsın, cəsur olsun. Hətta sahə həkimimiz bir dəfə oğlumun əlində çəhrayı oyuncaq görəndə uşağa təpinmişdi. “Adə, qızsan çəhrayı oyuncaq oynadırsan?”

Uşaq heyrətlə mənə sığınmışdı. O vaxta qədər oğlum qız oyuncağı, oğlan oyuncağı deyə bir şey bilmirdi. Heç qızlar da bilmir. Hər üç uşaq evdə eyni oyuncaqlarla oynayır. Dalaşanda da eyni oyuncaqların üstündə dalaşırlar, barışanda da.

Bütün yuxarıda deyilənləri nəzərə alıb oğlumu parkda oğlan uşaqlarının çox olduğu yerə gətirdim. Bizimki istiqanlı uşaqdı, tez də dost tapdı özünə. Kənardan fikir verirdim. Gördüm ki, oğlumun yeni dostu gah təpik atır, gah yumruq. Birbaşa uşağı vurmasa da, bu fəndləri göstərir. Hər dəfə də “Allahu əkbər!” deyə qışqırır. Uşağı çağırdım, soruşdum ki, niyə hər dəfə “Allahu əkbər” deyir. Qayıtdı ki, ərəb dərsinə gedirəm, Quran oxuyuram. Dedim, yaxşı eləyirsən, sakit oynayın, yumruq-təpiksiz. Uşaq heç nə demədi, qayıtdı oğlumun yanına. Bir azdan gördüklərim məni şoka saldı.

Bir də baxam ki, oğlum yerə uzanıb. Bu “Allahu əkbər ” deyən uşaq isə əlini yalandan elə açıb ki, guya əlində qılınc var, özü də “Allahu əkbər” qışqıra-qışqıra.

Bir də baxam ki, oğlum yerə uzanıb. Bu “Allahu əkbər ” deyən uşaq isə əlini yalandan elə açıb ki, guya əlində qılınc var, özü də “Allahu əkbər” qışqıra-qışqıra. Artıq buna dözə bilməzdim. Uşağı bir də çağırdım. “Hardan öyrənmisən bunu” – deyə soruşdum. “Mən videolara baxıram, dini mərsiyələrə qulaq asıram” - dedi. Sən kiminlə gəlmisən bura, anan hanı soruşdum. “Nənəmlə gəlmişəm, nənəm mağazadadı, soyuducu seçir, mən də burda onu gözləyirəm” - dedi.

“Sən birdən İŞİD-in videolarına baxarsan ha!” - dedim səsimdə xəbərdarlıq tonuyla!

“İŞİD nədi? Mən imamlara, dini videolara baxıram. İmamlara baxmaq savabdı. Burda pis nə var ki? Bilirsiz, Yəzid imamlara necə zülm eləyib?” - dedi və sonra başladı xəyali qılıncını qaldırıb yenə “Allahu əkbər” deyə qışqırmağa.

Böyüyünü tapsaydım, onları gələcəkdə gözləyən təhlükədən xəbərdar etmək istəyirdim. Amma uşaq parkda özbaşına buraxılmışdı.

Mənə görə, uşaq nə parkda, nə kompüter arxasında, nə məktəbdə, nə həyətdə özbaşına buraxılmamalıdır.

Oğlumu həmin uşaqla oynamağa qoymadım. Çarəni bunda gördüm. Kobud, aqressiv uşaq idi. Ancaq durmadan təpik atır, yumruqlamaq istəyirdi.
9 yaşlı uşağın beyni indidən yuyulmuşdu. Nə desəm kar eləməzdi ona. Mənim çarəm ona qaldı ki, öz uşağımı qoruyum.

Oğlumu həmin uşaqla oynamağa qoymadım. Çarəni bunda gördüm. Kobud, aqressiv uşaq idi. Ancaq durmadan təpik atır, yumruqlamaq istəyirdi.

9 yaşlı uşağın beyni indidən yuyulmuşdu. Nə desəm kar eləməzdi ona. Mənim çarəm ona qaldı ki, öz uşağımı qoruyum. Lap Tutu ilə Ağcanı oynamağa qoymayan qəddar qadın kimi göründüm o balaca oğlanın gözündə. Bircə vicdanım buna görə məni narahat elədi.

“Mən bu qadına neyləmişəm ki, oğlunu mənimlə oynamağa qoymur” - deyirdi baxışlarıyla.

Kaş ki, başa sala bilsəydim...

Kaş ki, anlasaydı...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG