2017-ci ilin yanvar ayında ABŞ-ın Salk İnstitutunda çalışan bir qrup alimin insan-donuz hibridi rüşeymi yaratdığı xəbəri böyük əks-səda yaratdı. Hadisə barəsində geniş məlumat verilməyinə baxmayaraq bəzi KİV-lər çox şişirdilmiş və həyəcanlı xəbərlər verdi.
1) Bir canlının fenotipi (fiziki olaraq müşahidə edilə bilən əlamətləri), genotipindən (orqanizmdəki bütün genlərin məcmusu) fərqlidir. Fərdlər arasındakı fenotipik fərqliliklərin bir qismi genetik fərqliliklərdən, digər qismi isə ekoloji təsirlərdən irəli gəlir...