BP iş elanı yayımladı. Getdim qeydiyyatdan keçdim, bir ingilisin maşının sürəcəyəm, evdən işə-işdən evə, nə isə, sağlıq arayışı, sürücü vəsiqəsi, şəhəri tanıyırammı sorğu-sualı zad, ora-bura, başladım işə...
Dövlət dairələrində işlə təmin olunsun deyə uyğun ixtisas dalınca getməsini arzulayan ailəsini qarşıma alıb əmioğluma içindən gələn yönü seçməyini məsləhət bilirəm. Əmim “Sən bir əvvəl özünü yönləndir” deyir...
Bir naşirlə iş görüşməsindən sonra maşını ilə məni qaldığım yerə aparır. Deyir “ Əsasən qadın işçi seçirəm, bilirsən niyə? ” Dedim “ Vizuallıq, “prezentabl” olurlar”. Qarşı çıxdı: “Yox, daha az maaşa razı olurlar. Bir də ki, verdiyim çərçivədən çıxmırlar, özlərindən hoqqa çıxartmırlar oğlanlar kimi”.
Yaponiyada reklam agentliyi işçisi olan Matsuri Takahaşi çox işləməkdən öldü. Şirkətin rəhbəri istefa etdi, Yaponiya höküməti iş saatlarının nizamlandırılması üçün çalışmalara başladı.