Xatırladığım qədər Məleykə Abbaszadə azı 2013-cü ildən qəbul imtahanlarının dəyişdiriləcəyi xəbərini verir, yəni ki, xəbər yeni deyil. Üstəlik də bu istiqamətdə illərdir hazırlıqlar ediblər, konkret addımlar atıblar, məsələn, yeni tip imtahanlarda cavabları qiymətləndirəcək yüzlərlə mütəxəssislər (marker) hazırlayıblar.