Təhsilimizin və təhsil sistemimizin bərbad vəziyyətdə olmasının çox səbəbləri var. Amma əsas səbəbi, təbii ki, həyata keçirilən təhsil siyasətində axtarmaq lazımdır.
Əksəriyyətimiz tez-tez müəllimlərimizi qınayırıq, müəllimlərimizin səviyyəsindən şikayətlənirik. Amma unuduruq ki, məktəblərimizdəki problemlərin əsas səbəblərindən biri də müəllimləri hazırlayan pedaqoji universitetlərdir, onların bərbad vəziyyətdə olmasıdır.
Ümumtəhsil məktəblərimizin (orta məktəblər) vəziyyəti hamımıza məlumdur. Əksəriyyətimiz tez-tez müəllimlərimizi qınayırıq, müəllimlərimizin səviyyəsindən şikayətlənirik. Amma unuduruq ki, məktəblərimizdəki problemlərin əsas səbəblərindən biri də müəllimləri hazırlayan pedaqoji universitetlərdir, onların bərbad vəziyyətdə olmasıdır.
Təhsil siyasətimizin yanlışı ondadır ki, 1999-cu ildən bu yana orta təhsil sahəsində beynəlxalq donorların dəstəyi ilə iki böyük təhsil islahatı layihəsi həyata keçirilib, amma bu günə kimi ölkədə ali təhsil islahatı (və onun tərkib hissəsi kimi pedaqoji universitetlərin islahatı) həyata keçirilməyib.
Ölkədə islahatların əvvəlcə orta təhsildən başladılması doğru qərar olub, çünki ilk növbədə məktəblərdəki daha təcili problemlərlə məşğul olmaq lazım idi, amma sonra tədricən ali məktəblərə keçmək də zəruri idi. Bizdə isə, təbii ki, belə etmədilər.
Buna da bax: Müəllim
Nəticədə, bir tərəfdən guya orta məktəblərdə mövcud vəziyyəti düzəltməyə çalışırsan, müəllimləri inkişaf etdirirsən, amma pedaqoji universitetlərdən keyfiyyətsiz müəllim ordusu gəlməkdə davam edir. Bu il Pedaqoji Universitetə birləşdirilmiş Azərbaycan Müəllimlər İnstitutunun və onun rayon filiallarının hansı vəziyyətdə olduğunu bilsəniz, dəhşətə gələrsiz və məktəblərimizin bugünkü vəziyyətinə heç təəccüblənməzsiz.
...2011-2012 tədris ilində hökumətə Ali Təhsil islahatı layihəsi keçirmək təklif olunsa da, bu təklif rədd edilib. ...səbəb idman oyunlarına milyardlarla pul israf edən hökumətimizin bu işə 40-50 milyon pul ayırmaq istəməməsi olub.
Amma bütün bunlara baxmayaraq, 2011-2012 tədris ilində hökumətə Ali Təhsil islahatı layihəsi keçirmək təklif olunsa da, bu təklif rədd edilib. Əsas səbəblərdən biri də, idman oyunlarına milyardlarla pul israf edən hökumətimizin, əsasən də Maliyyə Nazirliyimizin bu işə 40-50 milyon pul ayırmaq istəməməsi olub.
Əlbəttə, ali təhsildə islahat kompleks yanaşma tələb edir. Bu da təkcə Təhsil Nazirliyinin işi deyil, bir neçə nazirlik və dövlət qurumu bu işdə iştirak etməlidir, buna isə hökumət səviyyəsində iradə lazımdır. Amma vacib olan məqam odur ki, bu işdə əsas maraqlı tərəf Təhsil Nazirliyidir və öndərliyi də Nazirlik etməliydi – həm cəmiyyətdə bu məsələnin əhəmiyyətinin təbliğini, həm də hökumət daxilində lobbiçiliyi həyata keçirməliydi.
Etməyinə ediblər, amma çox zəif və uğursuz. O dərəcədə uğursuz ki, hətta ölkənin ən "firavan", milyardlarla pulun "aqlay" layihələrinə israf edildiyi bir dövründə də, belə əhəmiyyətli bir sahə üçün hökumətdən 40-50 milyon vəsait almağı bacarmayıblar.
Arabir məktəbyaşlı uşaqların müxtəlif fənlərdən ev tapşırıqlarını və sinifdəki fəaliyyətlərini nəzərdən keçirirəm. İstənilən fənndə müəllimlərin qarşısında sadəcə məsələnin həllini göstərmək artıq, daha dərin və qlobal məqsədlər və son hədəflər qoyulmalıdır. Effektiv təhsil sisteminin yaxşı məktəbindəki keyfiyyətli müəllimin hər bir hərəkəti, hər bir sözü, hər bir məsələnin həllinə yanaşma, hər bir şagirdə münasibət və rəftar məhz bu vacib son hədəflərə xidmət etməlidir. Yəni müəllimin məktəbdəki bütün varlığı bu hədəflərə xidmət etməlidir.
Amma bütün bunları düzgün və dəqiq edə bilmək üçün də müəllimdə müvafiq peşəkar və insani keyfiyyətlər lazımdır. ...Bu vəzifənin öhdəsindən yüksək səviyyədə gələn çox bacarıqlı müəllimlərimiz də var, yaxşı məktəblərimiz də var, amma onlar çox azlıq təşkil edir.
Amma bütün bunları düzgün və dəqiq edə bilmək üçün də müəllimdə müvafiq peşəkar və insani keyfiyyətlər lazımdır. Bunun üçün təkcə fənn biliklərinə yox, uşaq psixologiyasına, uşağın inkişaf səviyyəsinə və fərdi xüsusiyyətlərinə, müəyyən pedaqoji incəliklərə həm bələd olmalısan, həm də bunlardan hədəflərə nail olmaq üçün düzgün istifadə etməyi bacarmalısan.
Bu vəzifənin öhdəsindən yüksək səviyyədə gələn çox bacarıqlı müəllimlərimiz də var, yaxşı məktəblərimiz də var, amma onlar çox azlıq təşkil edir.
Finlandiyada iki orta məktəbdə (şəhər və kənd) müəllimlərin dərs prosesini izləmək, həm də bu müəllimləri hazırlayan pedaqoji universitetlərində müəllim hazırlığı proqramıyla tanış olmaq fürsətim olub. Finlandiyada orta statistik məktəb müəllimi öz fənnini yaxşı bilməklə yanaşı, həm də 'effektiv tədris etmək/öyrətmək' sahəsində həm güclü nəzəri, həm də praktik bazası var, o bu işin əjdahasıdır. Sinifdə və sinifdən kənarda öyrənmə prosesinə təsir edə bilən əksər amilləri çox effektiv idarə edə bilir.
Bunlar öz-özünə yetişmir, bu "əjdaha"nı pedaqoji universitetlər/fakültələr hazırlayır. Bizim orta statistik müəllim isə hələ o səriştə sahibi deyil, ola da bilməz, bu, ümumiyyətlə mümkün deyil. Çünki bizim pedaqoji universitetlər və ixtisasartırma müəssisələrimiz o səviyyədə müəllim hazırlamaq iqtidarında deyil.
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.