Hüsniyyə babamgilin qonşusu idi. Yayda günortaları adamın ciyərini bişirən aranda yerləşmişdi babamgil. Yaz-payız yenə nəsə yaşarır, göyərirdi, amma yayda hər yer qovrulub yanırdı. Gündüzlər hara baxırdın, göz işlədikcə sarı, tozlu, otları yanmış torpaq və adamın nəfəsini dalayan isti.
Günel Mövlud: Deməli, siz istəyirsiniz ki, yerli publikanın rəğbətini qazanmaq üçün yanında milli, patriot, millətçi, patriarxal, maço olasınız. Amma Avropa bunu bilməsin. Amerika bilməsin. "Amma anan bilməsin".