Keçid linkləri

Təcili xəbərlər

Erkin Qədirli nəyi danosbazlıq hesab edir?


REAL Hərəkatının idarə heyyətinin üzvü Erkin Qədirli.
REAL Hərəkatının idarə heyyətinin üzvü Erkin Qədirli.

-

Erkin Qədirlinin ingilis dili ilə problemi

Və ya həqiqət hansı dildə yazılmalıdır?

Günel Mövlud
Günel Mövlud

Məşhur “Kasablanka” filmində Amerikaya viza alverçisi filmin özünü sonuncu sinikliyə vurmuş qəhrəmanından soruşanda ki, “sən mənə nifrət edirsən?” sonuncu deyir:

Əgər mən azacıq da olsa, sənin barəndə düşünsəydim, bəlkə də, edərdim.

Sözügedən qəhrəmanın təbiri ilə desək, əgər mən nə vaxtsa Erkin Qədirli barədə düşünsəydim, ona hansısa münasibətim olardı. Amma tam ciddiyyətlə deyirəm ki, bu ziyalı siyasətçiyə, ya da siyasətçi ziyalıya qarşı hər hansı simpatiyam, antipatiyam, ümumiyyətlə, hər hansı münasibətim yoxdur. Dünyada görmədiyim yerlər, çaylar, dağlar, bulaqlara münasibətim necədirsə, Erkin bəyə də münasibətim elədir. Yəni heç necə. Sadə bir fakta görə ki, bəyi şəxsən demək olar ki, tanımıram, Bakıda olduğum müddətdə yolumuz kəsişməyib, mübahisəmiz düşməyib, söhbətimiz olmayıb. Eyni zamanda, bir şəxs olaraq, keyfiyyətlərindən və ya qüsurlarından da xəbərim yoxdur.

Buna da bax: "Ədəbiyyatdan uzaq siyasətçidən nə gözləyəsən?.."

Ümumiyyətlə, insan kamilləşdikcə anlayır ki, normal insanlar arasında şəxsi ədavət, dava, hətta dostluq - olmamalıdır. Dostluq edən də, ədavət aparan da, düşmənçilik edən də fikirlər və dəyərlər olmalıdır. Yalnız fikirlər və dəyərlər hansısa emosional münasibətə, reaksiyaya, nifrətə və ya sevgiyə layiqdir. Zira fikirləri və dəyərləri bizə dost olmayanların, şəxsən dost ola biləcəkləri ehtimalı da azdır. Və fikirləri ilə dəyərləri dostluq etməyən insanlar əgər dostluq edirlərsə, deməli, onlar ya öz fikir və dəyərlərində tam səmimi deyillər, ya da kamilliyin zirvəsinə qalxıblar.

Gəlin, hələlik, “Vəkil Patlen”dəki hakimin məşhur ifadəsi ilə desək, “öz qoyunlarımızın yanına qayıdaq”. Yəni, mövzuya keçək.

Təxminən iki il əvvəl Erkin bəy “Ermənistan prezidenti Sərkisyana siçan zəhəri verib öldürmək lazımdır” formulalı bir sıra stasuslar yazmışdı. Gənc yazar Əli Novruzov bu stasusları ingilis dilinə çevirib, öz bloqunda yerləşdirmişdi. Bundan sonra da iki ziyalı və onların fikirdaşları arasında absurdluğu ilə adamı heyrətə salan bir müharibə başlamışdı. Müharibənin səbəbi isə bu olmuşdu ki, bəzi Avropa ölkələrinin səfirlikləri bu stasusun tərcüməsini oxuyandan sonra Erkin bəyi nəinki adətən dəvət etdikləri tədbirlərə çağırmaqdan imtina etmiş, hətta ona viza problemi də yaratmışdılar. Və gənc siyasətçi öz fikirlərinin ingilis dilinə çevrilməsini “xəbərçilik”, “donosbazlıq” kimi qəbul etmişdi.

Və gənc siyasətçi öz fikirlərinin ingilis dilinə çevrilməsini “xəbərçilik”, “donosbazlıq” kimi qəbul etmişdi. Bu günlərdə isə məlum oldu ki, Erkin Qədirlini ABŞ U.S. Capitol Visitor Centerdәki "Azerbaijan: Do Human Rights Matter?" panelindәn kәnarlaşdırıblar. Sosial şəbəbkələrdə gedən müzakirələrdən belə anlaşılır ki, buna səbəb onun daha bir neçə homofobik, seksist elementlər olan çıxışının ingilis dilinə tərcümə edilməsidir.

Açıq, publik deyilən fikirləri ingilis dilinə tərcümə edən adamları “donosbaz” adlandırır, onlara müxtəlif yarlıqlar yapışdırırlar.

Açığı, səbəbin məhz bu olması şübhəlidir. Ola da bilər, olmaya da bilər. Bu, başqa məsələdir. İşin ən qəribə tərəfi Erkin bəyin, bir siyasətçinin, üstəlik, onu dəstəkləyən böyük bir dəstənin bu fikirləri tərcümə edənlərə münasibətidir. Açıq, publik deyilən fikirləri ingilis dilinə tərcümə edən adamları “donosbaz” adlandırır, onlara müxtəlif yarlıqlar yapışdırırlar.

Maraqlıdır, bu adamlar nəyə əsəbiləşirlər? Nəyin davasını edirlər? Bu nə absurd, mənasız bir davadır? Nədir donosbazlıq, xəbərçilik, qərəzlilik, düşmənçilik?

Bir siyasətçi fikir bildirir. Bunu publik şəkildə edir. Yəni gizli söhbətlərdə, qapalı dost məclisində, evində, ailəsində, şəxsi ərazisində deyil, üzünü publikaya tutub, fikrini, mövqeyini, münasibətini açıqlayır. Bu fikirlər hamı üçündür. Üstəgəl, məsələn, etsəydi də, qəribə görünərdi, amma heç fikirlərinin altından da qeyd etmir ki, bunlar yalnız yerli publika üçündür, amandır, başqa dillərə tərcümə etməyin.

Tərəfdarlarının davası isə çox maraqlıdır.

Tutaq ki, onlar Erkin bəyin tərcümə olunan çıxışlarında haqlı olduğunu düşünürlər. Tutaq ki. Xub. Onda, bu haqlı fikirlərin ingilis dilinə çevrilməsi sizi niyə narahat edir? Gözəl ingilis dilinə sahib, bu dili olduqca seksi danışan bir adamın ingilis dili ilə problemi nədir axı? Bəs haqlıdırsa, necə ola bilər ki, eyni fikirlər azərbaycan dilində haqlı olsun, ingilis dilində haqsız? Eyni şeyi bir dildə deyəndə haqlı olursansa, necə olur ki, o şeyi başqa dilə çevirəndə haqsız duruma düşürsən?

Aha, siz düşünürsünüz ki, haqlıdır, amma Amerikada, Avropada belə söhbətlər yaxşı qəbul olunmur. Bilirsiniz ki, onların dəyərləri başqadır, fərqlidir və bu fikirlər öz “cəzasını” alacaq. Buna görə də kiminsə ehtimal olunan homofobluğunu, seksistliyini, millətçiliyini Avropadan, Amerikadan gizləmək istəyirsiniz. Yəni onları aldatmaq istəyirsiniz.

Buna da bax: "Vaşinqtonda Azərbaycanda insan haqlarının vəziyyəti müzakirə edilir (Canlı yayım)"

Deməli, siz istəyirsiniz ki, yerli publikanın rəğbətini qazanmaq üçün yanında milli, patriot, millətçi, patriarxal, maço olasınız. Amma Avropa bunu bilməsin. Amerika bilməsin. "Amma anan bilməsin".

Çox maraqlıdır. Deməli, siz istəyirsiniz ki, yerli publikanın rəğbətini qazanmaq üçün yanında milli, patriot, millətçi, patriarxal, maço olasınız. Amma Avropa bunu bilməsin. Amerika bilməsin. "Amma anan bilməsin". Deməli, bir siyasətçi öz ölkəsində patriarxal, millətçi, homofob çoxluğun rəğbətini qazanmaq üçün onlara ünvanlanan fikirlər desin. Eyni zamanda, Avropanın, Amerikanın yanında da tolerant, multikultural, feminist, LGBT haqlarına hörmət edən bir siyasətçi kimi tanınsın.

Bunun isə adı yalançılıq, riyakarlıq, saxtakarlıqdır.

Bəlkə fikirləşirsiniz ki, yox, haqlı deyil. Yanlışdır bu fikirlər, dünyəvi dəyərlərə uyğun deyil. Amma həm də fikirləşirsiniz ki, yerli publikanın səsini, rəgbətini qazanmaq üçün boğazdan yuxarı da olsa, belə şeylər deyilməlidir.

Bunun da adı yalançılıqdır. Bunun da adı riyakarlıqdır. Bu da yerli publikanı aldatmaqdır. Bu, bəşəri dəyərlərə tüpürməkdir. Bu, prinsipiallıqdan uzaqlıqdır, publikaya oynamaq adlı ucuz, yeyilmiş, sürtülmüş üsuldur.

Sözün açığı, intellekti, müasirliyi, savadı, mütaliəsi barədə ancaq gözəl şeylər eşitdiyim bir siyasətçinin belə üsula əl atdığına şahid olmaq çox kədərlidir. Nədən ki, son iyirmi ildə çoxluğa, publikaya oynamaq siyasətçilərə kömək etsəydi, lazım gələndə millətçi olan, ehtiyac yarananda dindar olan müxalifət liderlərinə edərdi.

Rusların gözəl bir sözü var:

“Siyasətçinin yalan danışdığını necə bilmək olar? Onun dodaqları tərpənir”.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

Ən son yazılan

XS
SM
MD
LG