DNT-yə fayl yüklədilər

Gen. İllüstrasiya

►Alimlər rəqəmsal dünyada çox böyük çevrilişin izinə düşüblər

“CNN”in xəbərinə görə, Vaşinqton Universitetində qeyri-adi sınaq aparılıb.

Sınaq zamanı DNT molekullarına – genetik koda fayl yerləşdirilib və bu faylın təkrar oxunması gerçəkləşdirilib . Bu yolla, artıq canlıların saxlanc yeri kimi istifadəsi gündəmə gəlib.

Tədqiqatda DNT-nin çox böyük həcmdə saxlama tutumu olduğu ortaya çıxarılıb. Sən demə, bu təbii yaddaş sahəsinə Google-un bütün informasiya bazası qədər fayl yerləşdirmək olar.

Microsoft mühəndislərinin də qatıldığı təcrübədə sintetik DNT molekulunun üzərinə bir şəkil faylı yüklənib və sonra onu yenidən oxumaq mümkün olub. Ancaq sintetik DNT istehsalı olduqca çətin və bahalıdır. Alimlər bu çatışmazlığı aradan qaldırıb, rəqəmsal dünyada təbii bir çevriliş etməyə çalışırlar.

Belə sınaqların gələcəkdə süni beyinlərin hazırlanmasına imkan verəcəyi güman edilir.

Buna da bax: Meymunabənzər robot hazırlanıb

Sizin brauzer HTML5-i dəstəkləmir

Meymunabənzər robot hazırlanıb

___________________________________________________________

Bunlara da bax:
Müsəlman ölkələri Qarabağ probleminin həllinə qoşulur
Xədicə İsmayıl: "İlham Əliyev də sifarişi verməkdə acizdir"

___________________________________________________________