►Restoranlar bağlandı
Qənaət və müasir texnologiyaların tətbiqi üçün insan əməyi robotla əvəzlənir. Ancaq bu üsul heç də bütün sahələrdə özünü doğrultmur.
Çində yaşanan bir olay da həmin fikri təsdiqləyir. “The Korea Times” yazır ki, Quançjou şəhərində robot ofisiantların çalışdığı iki restoran bağlanıb. Robotların xidmət etdiyi digər müəssisənin sahibi isə onlardan birini "işdən çıxarmağa" məcbur qalıb.
“Ofisiant”ların işdən ayrılmasına səbəb onların müştərilərə yemək verə bilməməsi və tez-tez sıradan çıxmaları barədə şikayətlər olub.
Restoran sahiblərindən biri deyib ki, robotlar yalnız məhdud sayda işlərin öhdəsindən gələ biliblər. Onun sözlərinə görə, robotlar müştəriləri yaxşı cəlb etsələr də, insan əməyini əvəzləyə bilmirlər.
Quançjou Texnologiya Universitetinin prorektoru Çjan Yun vurğulayıb ki, müasir robotlar istehsal əməliyyatlarında çox faydalıdırlar, ancaq insanlarla aramsız ünsiyyətə ehtiyac duyulan sahələrdə, hələlik, özlərini doğrulda bilmirlər.
Bunlara da bax: 21-ci əsrin robot Məşədi İbadı
2 ildir, avtobusda yaşayan 4 uşaqlı ailə